news-inner
clock15:20 calendar-gray 16 Noyabr 2017 view-gray381 dəfə oxunub
view-gray381 dəfə oxunub

Qadın xoşbəxtliyiSeymur Baycanın hekayəsi

Kulis.az Seymur Baycanın “Qadın xoşbəxtliyi” hekayəsini təqdim edir.

(məişət hekayəsi)

Tiflis. Bazar günü. Saat təxminən on. Uzaqbaşı on birin yarısı. Narın yağış tökürdü. Şəhəri başdan-ayağa nəmişlik bürümüş, kül rəngli ağır buludlar az qala evlərin damına qədər enmişdi. Evdə üç nəfərik. Mən, otaq yoldaşım və qonağımız, peterburqlu qız, Yana. O, yaşına görə çox sadəlövh idi. Həyatdan heç başı çıxmırdı. Yəqin o, qırx yaşında da həyatı bilməyəcəkdi. Belə adamlar, adətən, bütün ömürləri boyu uşaq olub qalırlar. Yananın sifətinin quruluşu üçbucağa bənzəyirdi. Çənəsi nazik, alnı isə genişdi.

Mən qarşılıqlı nəzakət qaydaları haqqında kitab oxuyurdum. Bəzi cümlələrin altından qırmızı qələmlə xətlər çəkilmişdi. Kimsə bu cümlələri oxuyanda düşünmüş, başqalarının da bu cümlələri oxuyanda düşünməsini istəmişdi.Vərəqlərinin üstündə qəhvə fincanının izləri olan kitabı oxuduqca o vaxtacan heç ağlıma gəlməyən qaydalardan xəbər tuturdum, yeni-yeni şeylər öyrənirdim.Sən demə, şorba tamam səssiz-səmirsiz içilməlidir. Özü də qaşığı ağıza yan tərəfdən yox, uc tərəfdən aparmaq lazımdır. Yeməyin sousunu boşqabdan çörəklə təmizləmək, qaşığı, çəngəli yalamaq qəbahət sayılırmış. Şorbanı soyutmaq üçün üfürməyi ağlına gətirməməlisən, bunun üçün boşqabdakı qaşığı yavaşca dala-qabağa hərəkət etdirməyə icazə verilir. Həmin günlər çətin bir hekayə yazırdım. Çətin mətn yazanda yüngül, yazdığın mövzuya heç dəxli olmayan kitab oxumaq fayda verir.

Yana nəhəng bir fincandaçay içirdi. Fincanın üstündə ikimərtəbəli, qırmızı rəngli avtobus şəkli vardı. Şəklin altına isə “Old London” yazılmışdı. Yana məndən nə oxuduğumu soruşdu. Barmağımı kitabın arasına qoyub kitabın üz qapağını Yanaya göstərdim. Bu yaşda qarşılıqlı nəzakət qaydaları haqqında kitab oxumağım Yanaya təəccüblü gəldi. Həm də deyəsən, o daha ciddi bir kitab oxuduğumu güman edirdi.Otaq yoldaşım divanda uzanmışdı. O, tavana baxır, arada ürəkdən gərnəşirdi. Çoxlu dost-tanışı olsa da, deyəsən, hara gedəcəyinə, gününü necə keçirəcəyinə qərar verə bilmirdi. Otaq yoldaşım növbəti dəfə bərkdən gərnəşib, gözlərin iştahla ovuşdurub maraqla Yanaya baxdı.

Otaq yoldaşım: Yana sənə bir sual vermək istəyirəm.

Yana: Buyur.

Otaq yoldaşım: Sən həyatdan nə istəyirsən?

Yana: Bu, çox geniş sualdır. Bir az sualı konkretləşdirsən, bəlkə cavab verə bildim.

Mən: Uzanmısan Oblomov kimi divanda, gərnəşə-gərnəşə səhər tezdən adama ağır sual verirsən.

Yana: Tamamilə doğrudur.

Otaq yoldaşım: Yana, bax sən ölkələr, şəhərlər gəzirsən. Adamlarla tanış olursan. Mən bilmək istəyirəm, sən nə axtarırsan? Sən həyatdan nə istəyirsən? Sən Allah, bircə onu demə ki, qadın xoşbəxtliyi axtarırsan.

Yana: Müxtəlif xalqların mətbəxi, adət-ənənələri ilə tanış olmaq mənim üçün maraqlıdır.

Mən: Yana, istəyirsən, sənin əvəzinə bu ağır suala mən cavab verim.

Yana: Bununla mənə böyük bir yaxşılıq etmiş olarsan.

Mən: Yana istəyir ki, onun mehriban ailəsi, tərbiyəli,ağıllı uşaqları, yaraşıqlı əri olsun.

Yana: Düzdür, niyə gizlədim, istəyirəm. Əsl qadın arzusudur. Çox yaxşı dedin.

Mən: Elə bir ər ki, daima Yananı sürprizlərlə təəccübləndirsin, Yananı darıxmağa qoymasın. Həmişə Yanaya xoş sözlər desin.Daima Yananın qayğısına qalsın. Bütün bayramlarda Yanaya hədiyyə bağışlasın. Tez-tez Yananı konsertə, kinoya, teatra aparsın. Bir sözlə, Yana həyatda təlxək axtarır.

Təlxək sözü birdən ağzımdan çıxdı. Sözü deyən an artıq peşman oldum. Yananın inciyəcəyindən qorxurdum, lakin Yana incimədi, əksinə bərkdən güldü. Mən və otaq yoldaşım da ona qoşulduq. Biz üçümüz dəo qədər güldük ki, canımızı bürümüştənbəllik canımızdan tamam çıxdı, gümrahlaşdıq və bizdə şəhərə çıxıb gəzmək, restoranda oturub doyunca yeyib-içmək həvəsi yarandı.Otaq yoldaşım divandan qalxdı. Biz geyindik və evi tərk edib şəhərə çıxdıq.

Oxşar xəbərlər

Xəbər lenti

Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020