news-inner
clock14:24 calendar-gray 03 Noyabr 2017 view-gray354 dəfə oxunub
view-gray354 dəfə oxunub

İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ

Kulis.az Ayxan Ayvazın Xalq artisti Rafiq Hüseynovun vida mərasimindən yazdığı reportajı təqdim edir.

...

Yazım da onun vida mərasimi kimi sükutla başlasın.

Çələnglər görünsün əvvəlcə, ardınca gülümsəyən şəkli...

Sonra da yaşıla bürünmüş tabutu.

Rafiq Hüseynovun dəfni. Mahnı Teatrı. Sükut.

Pıçıltılar, hüznlü baxışlar, ağlayışlar.

Hərdən tünlükdən keçəndə eşitdiyin əhvalatlar:

“Televiziyadan uzaqlaşandan sonra...”

“Bir dəfə Rafiq verilişdəydi...”

“O gün Rafiq...”

Yarımçıq, ardı gəlməyən söhbətlər.

Hamı üç-üç, beş-beş Mahnı Teatrının qabağında.

Tanınmış və tanınmamış simalar.

Doğma və yad adamlar.

Mahnı teatrında isə sükutun mahnısı.

İki süpürgəçini görürəm. Asfalt döşəməyə səpələnmiş siqaret kötüklərini süpürüb qırağa atırlar. Bu boyda siqaret ölüb burda. Hər siqaret Rafiq Hüseynovun ölümünə bir təəssüf nidası.

İçəri girib səssizliyi dinləyəndə gözü yaşlı Rühəngiz Qasımova yavaş addımlarla yanımdan ötüb keçdi. Qoluna iki nəfər girmişdi. Yıxılacağından qorxurdular.

Ruhəngiz xanımın yerişi də səssiz idi və ümumi sükuta qarışıb yox oldu...

Biz səhnədəki çələnglərə, Rafiq Hüseynovun şəklinə, yaşıla bürünmüş tabutuna baxıb susurduq.

Bəziləri bu sükutun içinə köks ötürüşlərini, ağlayışı, pıçıltını da əlavə edirdi. Ardınca ötüb keçən maşın kimi sükut sürətlə yanımızdan keçib gedir, bir qıraqda dayanıb əlləri qoynunda bizə tamaşa edirdi.

Mikrofona kimsə toxundu. Sükutu oyadıb qovdular.

İlham Rəhimli çıxış eləməyə başladı.

- Rafiq Hüseynov 17 yaşından ömrünü televiziyaya həsr etmişdi. Əvvəl işıqçı kimi başlamışdı işə. Sonra müsabiqədə qalib gəlib diktor seçildi. Onun verilişlərinin xarakteri vardı. Danışdığı adamlarla elə gözəl söhbətlər aparırdı ki... Fikrət Əmirovla, Tofiq Quliyevlə, Arif Məlikovla danışanda elə bilirdin ki, musiqiylə nəfəs alır.

Rafiq Hüseynovun diktorluq dövrünə işıq salan İlham Rəhimliyə qulaq asa-asa həm də bir yandan sizə bir adamı tanış eləyim.

Onun ən gənc pərəstişkarı. Tünzalə.

Rafiq Hüseynov haqqında anası ona danışıb. Görmədiyi, səsini eşitmədiyi adamı sevib. Sonra görüşüb də. Şəkil də çəkdiriblər. Özü də utandığından şəkil çəkdirməyi dilinə gətirməyib. Rafiq Hüseynov özü deyib ki, gəl səninlə bir şəkil çəkdirək. Sonra Rafiq Hüseynov öz albomunu ona hədiyyə edib. Tünzalə deyir ki, o gün xoşbəxt olduğumu bütün dərinliyi ilə hiss etmişdim.

- Efirə çıxandan bir həftə sonra isə bütün Azərbaycanda məşhur oldu. O, qısa müddətdə peşəkar diktor səviyyəsinə yüksəldi. Onda qəribə cazibə, qərib işıq var idi. Qısa müddətdə Azərbaycan ziyalısının simasına çevrildi. Onda Qarabağdan gəlmə ağayanalıq vardi. İnsan onun peşəkarlığına, ustalığına heyran qalırdı. Rafiqə dəfələrlə Moskvada qalıb işləməyi təklif etmişdilər. Amma o, Azərbaycansız, Bakısız, Şuşasız yaşaya bilmirdi. Adi işıqçılıqdan sədr müavininə qədər yüksəldi. Rafiq Hüseynov Azərbaycan televiziya mədəniyyətinin, ağayanalığının bünövrəsini qoyan şəxsiyyətlərdən idi. – İlham Rəhimli çıxışını başa vurdu.

Tünzalə qulağıma pıçıldayır:

- Əslində, Rafiq Hüseynli olmalıdır. Özü deyirdi, Hüseynov deyiləndə xoşum gəlmir.

Ramiz Həsənoğlu:

- 1966-cı ildə mən televiziyaya gələndə Rafiq artıq tanınmış diktor idi. Onda hər şey vardı. Səs, boy-buxun, istedad, sənətə sevgi. Rafiq bir müddət ekrandan kənarda qalanda demişdi ki, yeni nəsil məni tanımayacaq. Amma bir şey dəqiqdi: Rafiq bu xalqın qan yaddaşına yazılıb. Rafiq bu dünyadan köçdü. Onun səsi qalır indi. Əlvida, Rafiq!

Vida mərasiminə yığışan adamlara baxdım. Kimi başını aşağı salıb kədərlə oturmuş, kimi pıçıltıyla nəsə danışır, kimi də bir mahnı kimi çıxışlara qulaq kəsilmişdi. Rafiq Hüseynovun son mahnısı.

- Onun cəmi 13 mahnısı var. – bunu Tünzalə deyir mənə.

Bu arada köksünə qızılgüllər sıxmış KamiləBabayevanı gördüm. Məşhur “Zəif bənd” verlişinin aparıcısı Kamiləxanım...

- Rafiq Hüseynovun mənim həyatımda xüsusi rolu olub. Radioya əlimdən tutub gətirib – Xalq artisti Əli Məmmədov danışır – Bir xatirə yadıma düşür. Bir dəfə bir nəfər - adını çəkmək istəmirəm - onu öz tədbirinə dəvət etmişdi. Mən də ordaydım. Rafiq gec gəldi. Onu rəyasət heyətinə çağırdılar. Getmədi, mənim yanımda oturdu. Bir az keçəndən sonra qulağıma pıçıldadı ki, Əli, bu çıxış eləyənlərə fikir ver, heç kim o adam haqqında danışmır, özü haqqında danışır.

Bəlkə burda da çıxışlar Rafiq Hüseynov haqqında deyil. Onu tam göstərmir bizə. Səsi kimi canlı deyil. Sadəcə Rafiq Hüseynovun həyatından, fəaliyyətindən fraqmentlərdir. Bəlkə də elə hamı özü haqqında danışa bilir bu dünyada. Kim bilir? Başqası haqqında danışmaq, onu tam xarakterizə etmək nə çətin.

Onun diktor dostları da danışdı. Gülşən Ələkbərova, Nərgiz Cəlilova, Eldost Bayram...

Ofelya Sənani dedi ki, Rafiq bizi yetim qoydu.

Nərgiz Cəlilova göz yaşlarını tuta bilmədi. Hər cümləsinə bir göz yaşı düşdü:

- Biz də yanına gələcəyik. Yarımçıq qalan söhbətlərimizi sonsuza qədər davam etdirəcəyik. Mən əlvida demirəm. Görüşənədək, əziz müəllimiz!

Eldost Bayramdan bir cümlə yaddaşıma həkk olundu:

- Burda ilk dəfə bu qədər çələng görürəm.

Sonra davam elədi:

- Rafiq Hüseynov Azərbaycan dilinə şərəf gətirdi.

Rafiq Həşimovun səsi gəldi:

- Rafiq Hüseynov həyatı və fəaliyyəti ilə sübut etdi ki, ölüm elə də qorxulu şey deyil. Kişi kimi yaşamaq əsasdır.

İlham Rəhimli bütün bunlardan sonra kədərli bir yekun vurdu:

- Mənimlə son görüşlərinin birində demişdi ki, bu həyatda hər şeyi istədiyim kimi elədim. İstədiyim kimi yaşadım, istədiyim kimi sevdim, istədiyim kimi işlədim. Amma iki arzum var. Biri Şuşanı, o biri qızım Leylinin toyunu görmək. Rafiq, sənə söz veririk. Şuşanın alınma xəbərini də, qızın Leylinin toyunun şəklini də ziyaərinə gətirəcəyik.

Alqışlar gəldi, ağlaşma səsinə qarışmış alqışlar...

İlham Rəhimli dedi ki, torpaq qollarını açıb intizarla Rafiq Hüseynovu gözləyir. İcazə verək, doğmaları onunla vidalaşsın.

Hamı Rafiq Hüseynovun doğmasıydı indi. Xanımı və qızı qədər doğma.

Hüznlü bir musiqi də vardı orda. Ağlayanlar, danışanlar, gileylənənlər.

Onu bir böyük sevgi qucağına almışdı. Şəkli göz yaşı axıdanlara baxıb gülümsünürdü.

Mollanın səsi gəldi. Amma hamı Mahnı Teatrını bürümüş Rafiq Hüseynovun səsinə diqqət kəsilmişdi. Sadə, rahat, inamlı səs. O səsə toxunmaq da olardı o an.

Qızı və xanımı heykəl kimi donmuşdular. Bu səs də bu buz heykəllərin donunu aça bilmədi.

Sonra Rafiq Hüseynovun mahnısı gəldi.

13 mahnıdan biri.

Daha artmayacaq 13 mahnı...

Tabut qaldırıldı, ağlayan adamların çiyinlərində getdi. Mən Rafiq Hüseynovun şəkli ilə birgə addımlayırdım. Elə bildim, əli çiynimdədir.

Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ"> Vida mərasimindən REPORTAJ" data-description="gallery" alt="İlk dəfədir bu qədər çələng görürəm – Vida mərasimindən REPORTAJ">
news-inner-user
Ayxan Ayvaz

524 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021