Bakıda kino festivalı keçirilir

Bakıda kino festivalı keçirilir
1 noyabr 2017
# 17:05

Noyabrın 2-dən 12-dək Bakıda VIII Avropa Film Festivalı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə reallaşıb.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas tədbirə həsr edilmiş mətbuat konfransında məlumat verib ki, festivalın proqramına 21 film daxildir. Bunlar Azərbaycan, Böyük Britaniya, Norveç, habelə Avropa İttifaqının 18 ölkəsinin (Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç) filmləridir.

Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen var. Onlar Bakıda ustad dərsləri də keçəcəklər. Festival çərçivəsində təşkil ediləcək tədbirlər ictimaiyyət üçün açıq olacaq, yəni giriş sərbəstdir.

Filmlər orijinal dildə nümayiş olunmaqla yanaşı, subtitrlərdən də istifadə ediləcək. Filmlərin nümayişi zamanı interaktiv müzakirələrin keçiriləcəyi də nəzərdə tutulur.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundov qeyd edib ki, festival çərçivəsində 2016 və 2017-ci ildə ekranlaşdırılan filmlər nümayiş etdiriləcək. Filmlər haqqında Aİ-nin Azərbaycan nümayəndəliyinin və “Park Cinema” kinoteatrlar şəbəkəsinin saytında ətraflı məlumat yerləşdirilib.

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər