Dəlicəsinə yeritmək

Dəlicəsinə yeritmək
25 sentyabr 2011
# 09:00

Bu yaxınlarda Qabriel Qarsiya Markesi tanımayan bir qohumum, hansısa yeni çıxmış bayağı bir müğənnini tanımadığıma görə o ki var mənə gülmüşdü. O bir neçə dəfə müğənninin adını, soyadını, “şarkılar”ını təkrarlayıb “müziği”nini mənə tanıtmaq istəsə də cəhdləri əbəs oldu. Səbəb isə çox sadə idi.

Mən bir ildən çox idi ki, yerli kanalların heç birinə baxmırdım. Qohumumun mənim bu “bağışlanmaz” xəbərsizliyimi görüb “sənin dünyadan xəbərin yoxdu” sözlərini deməsi mənim içimdə qəribə bir təəssüf hissi yaratdı. Ona görə yox ki kiminsə “nanay-ninay”ını eşitməmişdim. Ona görə ki TV-yə baxanlarla, baxmayanlar arasında ciddi bir uçurumun yarandığını açıq-aydın sezdim və ürəyim sıxılmadı desəm yalan olar.

Bilirəm ki, mənim kimi bir çox insanlar yerli TV-lərə baxmaqdan imtina ediblər... Ancaq gəlin, bir anlıq düşünək görək bu çıxış yoludurmu?

Yerli kanallardakı dəyirmi masa arxasında keçirilən meyxanalara, paltarlarında yüz cürə rəng olan toylar “şəhzadə”lərinə baxmayıb əsəblərini qorumaq istəyən insanlar TV tələbatını başqa dilli kanallarla ödəmək məcburiyyətində qalırlar.

Rusa baxırıq ağlımız, türkə baxırıq dilimiz çönür həzarat!

Xarici ölkələrin filmlərinə, verilişlərinə baxa-baxa yad mənşəli sözlərin axışıb sətrlərimizin, cümlələrimizin içərisinə qalaqlanmasını heç kim inkar edə bilməz!

Bu gedişlə, türkcə heç bir adı olmayan qalstuka “kravat” deməyimizə az qalıb.

Bəs nə edək? Yəni vəziyyət bu qədərmi qarşısı alınmaz həddə çatıb? Axı nə vaxta qədər səhər-səhər yerindən qalxan istər sadə, istərsə də mürəkkəb vətəndaş TV-lərdəki yağ-soğan qoxulu verilişlərə, makiyaj, gəlinlik paltarları ilə dolu kadrlara, lap bərkini tutsaq “kimciyəzimi axtarıram” kimi zıqqıltılı verilişlərə baxacaq? Heç olmasa insafınız olsun də nə olar. On yerli kanalının onu da hər səhər bar-bağırır: tavanı qızdırırıq, yağlayırıq, içinə xəmiri töküb qoyuruq sobaya... Bütün kanallardan yağ-soğan, isti tava qoxusu gəlir. Aparıcı bunu nə qədər təkrar edir özü bilər. Amma mən bir şeyi xatırladım ki, vallah Azərbaycanda tavanı qızdırdıqdan sonra yağlamağı bilməyən bir dənə də başı qapazlı azərbaycanlı qızı, qadını tapa bilməzsiniz.
Bunu üçün də əziz aparıcılar lütfən, səsinizi və onun tellərini qoruyun! Həm də bu məşəqqəti bizə heç olmasa həftədə bir dəfə yaşadın.

İstər hazırda TV-lərdə işləyən jurnalistlər, aparıcılar, istərsə də vaxtilə orda çalışmış ziyalı şəxslərdən tutmuş sadə vətəndaşa qədər hər kəs baş verənlərin fərqində. Amma heç kim, heç bir iş görə bilmir? Dərinə gedənə hamı bir-birilə dalaşıb oturur. Səbəb isə sosial şəbəkələrdən tutmuş, dörd nəfərlik ailə tərkibimizə qədər yaranan polemikalarda bir çox insanın öz fikrini dəlicəsinə başqa bir insana yeritməsidir. Bu isə dinləmə, dözüm nümayiş etdirmə mədəniyyətinin az olmasından qaynaqlanır. Ay ağıllı, nəyisə məndən çox bilirsən, bil də kim sənə nə deyir?.. İndi mən binəvanın da bildiyi budur da nə istəyirsən? Qoy yaşayaq da...

TV-lərə baxmaqdan qaçmaq çıxış yolu deyil, hara gediriksə bu verilişlərlə rastlaşırıq. Mağazalarda, xəstəxanaların gözləmə salonlarında, şirkətlərdə və s. İndi bir çoxları deyəcək ki, camaat baxır, reytinq yığılır və bu tipli verilişlər yaranır. Axı onu da unutmaq olmaz ki, tamaşaçı zövqünün formalaşmasında da həmin verilişlərin və aparıcıların rolu danılmazdır.

Və nə qədər ki, hər səhər evimizdən mətbəx aparıcılarının səsi, toy müğənnilərinin soyuducu, soba qarşısında dayanaraq oxuduğu bayağı mahnıların avazı gələcək, o verilişlərə baxan tamaşaçı da yemək və oynamaqdan başqa heç nə haqqında düşünməyəcək.

# 5221 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər