writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

574
clock12:20 calendar-gray 27 Oktyabr 2017 view-gray361 dəfə oxunub
view-gray361 dəfə oxunub

Dəbdəbəli qəbirləri qadağan etməkdənsə...

Mirmehdi Ağaoğlu

Arabir Kulis.az da “Maraqlı fotolar” silsiləsindən qəbir şəkilləri də veririk. Məsələn, sonuncu dəfə verdiyimiz materialda Rumıniyanın Sepınça adlanan kəndində Çimitirul-Vesel adlanan bu qəbiristanlığın fotosu getmişdi. Həmin məzarlıq bəlkə də dünyada ən şən qəbiristanlıqdır. Buranınbir qanunu var - ölənin sağlığındakı məşğuliyyəti parlaq boyalarla karikatura şəklində əks olunur. Bəzən bu karikaturalar satirik şeirlərlə təqdim olunur.

Və ya başqa biri. Səhv etmirəmsə İspaniyadakı bir qəbiristanlıqda elə möhtəşəm qəbir daşları var ki, ora gələn zənn edər açıq hava altında heykəltəraşlıq muzeyindədir. Vallah o qəbir daşlarını düzəldənlər heykəltəraşlıqda Ömər Eldarovun qabağına beş qoyar.

Rusların qəbir daşları isə tamam ayrı mövzudur. İnternetdə çox görmüsünüz, əlində qədəh tutan şən bir kişi, gözəllikdə modellərə meydan oxuyacaq gözəl bir qız qara mərmərdən gülümsəyir.

Dünyanın heç bir yerində insanlar qəbiristanlığa "öldü-bitdi" yeri kimi baxmırlar, əksinə ona xüsusi diqqət ayırırlar. Burda bir tərəfdən ölüyə ehtiram, ona sonuncu dəfə “borc”unu ödəmək istəyi dayanırsa, digər tərəfdən fanilik qarşısında qorxu dayanır. İnsanlar sanki bununla ölüsünü daha çox yaşatmağa, bu dünyada daha çox “saxlamağa” çalışırlar. Desəm ki, qəbirüstü abidəyə gəlmiş-getmiş ən gözəl nümunə Tac-Mahaldır, yəqin yanılmaram. Babur hökmdarı Cahan şahın həyat yoldaşı Mümtaz Mahalüçün tikdirdiyi türbə dünyanın ən gözəl memarlıq abidələrindən biri hesab olunur.

Yavaş-yavaş yazımızın mabədinə yaxınlaşırıq. Dünən belə bir xəbər yayıldı: Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək. Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək.

Əvvəla nəzərinizə çatdırım ki, mən özüm də məzarlıqlarda dəbdəbəli abidələrin qoyulmasına razı deyiləm. Mənə görə bu ifratçılıqdı, heç bir xüsusi əhəmiyyəti yoxdur. Nəyə lazım qəbirüstü abidəyə o qədər pul tökmək. Ondansa o pulu daha səmərəli işlərə xərcləmək olar.

Amma...

Məzarlıqla bağlı xüsusi qadağaların qoyulmasına da razı deyiləm. Hamı eyni cür düşünə bilməz. Bəlkə kimsə itirdiyi doğmasına dəbdəbəli başdaşı düzəltdirməklə təsəlli tapır? Qoy necə istəyir o cür də eləsin.

Bayaq qəbir daşlarından bu qədər misal gətirməyim bihudə deyildi. İnsanı yersiz qadağalarla məhdudlaşdırmayanda o qəbiristanlıqda da “möcüzə” yarada bilir. Yuxarıda sadaladığım nümunələrdə olduğu kimi.

Təbii ki, bu xüsusda hər hansı bir təbliğat, maarifləndirmə işi görmək olar. Tövsiyə xarakterli nəyisə bildirmək olar. Ancaq adamları buna məcbur etmək, xüsusi bir qəlibə salmaq olmaz.

İnsan onsuz bu dünyada azad deyil. İmkan verək heç olmasa o dünyanın astanasında azad olsun.

Kim bilir, bəlkə nə vaxtsa bizdə də muzeyə çevrilən qəbiristanlıqlar oldu?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qara Qarayevin "Yeddi gözəl"i Moskvada nümayiş olunacaq
18:43 28 Yanvar 2021
Akademik Musiqili Teatr növbəti ilkə imza atdı - Video
18:01 28 Yanvar 2021
Çağdaş alman romanı Vilayət Hacıyevin tərcüməsində - Yeni nəşr
17:36 28 Yanvar 2021
Evlilik duyğuların zibil qutusudur – Dahilər ailə haqqında nə deyir?
17:19 28 Yanvar 2021
Sevgisizlikdən "uçan" qadınlar - Günel Mehri yazır...
16:40 28 Yanvar 2021
Aşıq Veysəlin nəvəsi babası ilə bağlı məşhur faktları inkar etdi
15:59 28 Yanvar 2021
"İstəyirəm xanımların mənə yazığı gəlsin" - Vaqif Səmədoğlu ilə müsahibə
15:18 28 Yanvar 2021
Xalq artisti: "Şəfiqə Məmmədovadan hamı narazıdır"
14:40 28 Yanvar 2021
Eyvaz Əlləzoğlunun 65 yaşı tamam olur – Onu yaxından tanıyaq
14:36 28 Yanvar 2021
Nobel ziyafəti verilən salon peyvənd mərkəzinə çevrilir
14:22 28 Yanvar 2021
Aktrisa 94 yaşında vəfat etdi
13:41 28 Yanvar 2021
Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...
13:01 28 Yanvar 2021
Sevgilisi ilə xanımını 4 ay bir evdə saxladı, yəhudi toyunda hamını ayağa qalxmağa məcbur etdi- Heç kimə bənzəməyən Rəmiş
12:30 28 Yanvar 2021
Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021