news-inner
clock12:33 calendar-gray 26 Oktyabr 2017 view-gray114 dəfə oxunub
view-gray114 dəfə oxunub

Yuğ Teatrı bu tamaşanı niyə qoyub? - “Sonuncu” haqda RESENZİYA

Yuğ Teatrının “Sonuncu”suna, yaxın dostumun tövsiyəsi ilə, ötürdüyüm bir tamaşanı görməyə, reallığın zindan ağırlığından qopub bir udum sənət havası almağa getdim.

Bunu səbəb kimi yox, gözləntilərimi xatırlayıb yazıram. Yaşadığımız reallıq insanı o qədər qapsayır ki, hər baxdığın filmə, hər getdiyin tamaşaya, hər dinlədiyin musiqiyə sonuncudur kimi baxırsan.

Bunları niyə yazıram? Bəzən tamaşa qarderobdan yox, özündən, çıxdığı yoldan başlayır.

...Zalda işıqlar sönür - bir neçə saniyəlik qaranlıqda intizar hissini duydumsa, deməli tamaşaçı kimi formadayam. Səhnənin arxa divarındakı iri ekranda kəhkəşan görüntüsü uzağı on addım eni olan dar səhnəyə bir dərinlik gətirir. İşıq, kölgə, musiqi dramatik bir əhvalata kökləyir bizi.

Budur, başında məsumluq çələngi olan ağ geyimli aktrisanın qəhrəmanı da intizardadır. Tamaşaçıların gözlərinə baxa-baxa “Gəlməyəcək?” - soruşa-soruşa sevgilisini gözləyir.

Qız qaranlıqla bir yerdə çəkilib gedən kimi səhnənin lap ortasında deyilmiş tostların, getmiş söhbətlərin dağıntıları kimi dayanmış, üstü dolu stol-stul görürük. Gözləmədiyimiz halda, ekranın altındakı kətildə yatmış aktyor qalxıb bu dağıntıya sahib çıxır. Məlum olur ki, söhbət Fərhad İsrafilovun oynadığı aktyor Əlisöhbət Qələndərlidən gedəcək, bu dram onun dramıdır. Bu stol-stul da onun benefis məclisindən qalıb.

Fərhad İsrafilov peşəkarlara xas asanlıqla, xırdalıqları nişanlaya-nişanlaya qəhrəmanının az əvvəl yaşadığı məclisi oynayır. Harada kim oturmuşdu, kim nə danışdı və bu oyunun içində biz aktyor Əlisöhbətin həyatını, faciəsini görürük. Mizanlar dəqiq, səliqəlidir. Ümumiyyətlə, bu səhnə özü də həm dramaturji üsul kimi, həm də aktyor oyununa meydan vermək baxımından produktivdir: aktyor öz aktyor qəhrəmanının az əvvəl yaşadığı məclisin təfərrüatlarını oynayır.

Elə bu heyndə zaldan səs eşidilir və aktyor Hikmət Rəhimov öz teatrşünas-jurnalist qəhrəmanını qapıdan içəri salır.

Hikmətin aktyor taktikası başqadır, o, qəhrəmanının kimliyini qabaqcadan bəlli edir. İçəri girər-girməz onun tez-tez “müəllim” deyən aktyor-köşə yazarı-jurnalist-teatrşünasından – İlham Çardaqlıdan gözümüz su içmir.

Jurnalist-teatrşünas Çardaqlının psevdointellektual atmacalarının üstündən keçən Əlisöhbət Qələndərli isə cuşə gəlir, oynadığı rollardan, tənha həyatından, nakam sevgisindən, teatrın münasibətindən danışır. Və həmsöhbətlər bu danışıqları bu günə, bu məkana transfer etmək üçün tanış-biliş adlar (Aktyor həmkarı Məmməd Səfadan tutmuş, “464-cü (oxu: 525-ci) qəzet”ə qədər çəkir, göndərmələr edirlər.

Düzü, bu, teatrda başqa dünya görmək istəyən tamaşaçı kimi könlümcə olmur; mən tanış-biliş tamaşa istəmirəm. Amma yəqin ki, bu improvizələr edən aktyorlar da, buna icazə verən rejissor da dramaturji qatlarını saymağa bir barmaq kifayət edən mətnə bir rəng qatmaq istəyiblər, tutacaq bir yer axtarıblar.

Gənc yazıçı Pərvinin pyesi əsasında hazırlanan “Sonuncu” tamaşası aydın mizanlarına, bədii məkana (quruluşçu rejissor və rəssam: Ramiz Həsənoğlu) bir xırda məqamı da ötürmək istəməyən aktyorların peşəkar oyununa baxmayaraq, dramaturji materialın birqatlılığına, publisist pafosuna (xüsusən finalda), fokus mərkəzinin qaçmasına (sənət yolu reallıqla kəsişən aktyorun faciəsi lokallaşdırılır və pafoslu finala calanır), ideyanın az qala deklamativ səslənişinə görə faciə atmosferindən, dramatik ab-havadan uzaqlaşır, məzhəkəyə meyl edir və bu janr “sızmaları” onun ziyanına işləyir.

Tamaşa adı ilə (“Sonuncu”) postmodern dövrünün qiyamət kontekstini xatırladır, amma bu xatırlatma addan və tarixi tamaşalardan alınmış çox dəqiq sitatlardan (məsələn, Sidqi Ruhullanın Qacarının çiyni üstündən baxışını aktyorun dəqiq təqlid etməsi kimi) o yana keçmir. Sənət dəyərlərinin dəyişməsi, mənəvi deqradasiya harada başlayır, nə qədər dərindir, nələri əhatə edir, bir xəbər bilə bilmirik, Hikmətin qəhrəmanı günah keçisi kimi gəlib hər şeyi üstünə alıb gedir. Mövzu-problematika cavabı bonus kimi üstündə olan predmetə çevrilir.

O düzdür, İham Çardaqlının nazirliyə soxuşdurub “Malıy zal”da tezbazar hazırlatmaq istədiyi “odnarazoviy” tamaşa faktoru əxlaq problemidir.

Bəs bir söhbət mövzusu kimi keçən sənət meyarı hara gedir? Ya da haradan gəldi? Axı tamaşa milli teatrın ən böyük aktyorlarının ekrandakı təsviri-xatırlanması ilə bitir?

“Sonuncu” bir aktyorun faciəsini sənət dəyərlərinin itməsi ilə paralelləşdirirsə, aktyor Qələndərlinin ölümü bir dövrün dəyərləri ilə birgə getməsidirsə və biz onun səhnə həllini görə bilmiriksə, tamaşa öz əleyhinə işləmirmi?

Çün tamaşaçı iki göz də borc alıb, müasirliyi çəkilən tanış adlarda, göndərmələrdə, hətta tanış situasiyalarda olmayan, mövzu-kontekst baxımdan, sosial-kulturoloji qatlarının çoxluğu ilə çağdaş dünya ilə ayaqlaşan, dünyəvi tamaşa gözləyir.

Yox, əgər sevgisini qorxusuna qurban vermiş, gerçək həyatı sənət yox, tənhalıq olan teatr aktyorunun faciəsidirsə, məzmunca sevgi, sənət dəyərləri, tənhalıq, mənəvi deqradasiya kimi problemləri əhatə edən tamaşa niyə faciədən, heç olmasa qara komediyaya da yox, məzhəkəyə aparıb çıxarır?

Və dramaturji material belə yarımçıqdırsa (səthidirsə), rejissor onu janr çərçivəsində həll edə bilmirsə, onda bu nəyin problemidir?

news-inner-user
Aliyə

986 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Muğam Mərkəzində “Otello”
14:11 15 Oktyabr 2019
Mimehdi Ağaoğlu: “Kərbəladan roman yazmaq istəyirəm, qorxuram dindarlar məni öldürər”
13:37 15 Oktyabr 2019
Mənzil alanlara kitab hədiyyə olunacaq
12:45 15 Oktyabr 2019
Çarəsiz gecə - Orxan Fikrətoğludan yeni hekayə
12:01 15 Oktyabr 2019
Söz oynadanlar – Elşən Mehdi yazır...
11:32 15 Oktyabr 2019
Kamal Abdullanın romanı çap olunub
10:53 15 Oktyabr 2019
Aktrisa evində ölü tapıldı
10:35 15 Oktyabr 2019
Həmyerlimizin əsəri beynəlxalq festivalda
10:00 15 Oktyabr 2019
Müşfiq Dilbəri ilk dəfə harda gördü, necə sevdi?
08:54 15 Oktyabr 2019
Bukerin iki qalibi oldu
01:05 15 Oktyabr 2019
Bu zarafat ağrını-acını boğa bilməzdi – Milan Kundera yazır...
21:01 14 Oktyabr 2019
Məmməd Arazın xatirəsi anılıb
19:08 14 Oktyabr 2019
Azərbaycana oğurluğa gələn avropalılar – Mehman Qaraxanoğlu yazır...
18:30 14 Oktyabr 2019
Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri
17:42 14 Oktyabr 2019
Xalq artisti əməliyyat olunub
17:07 14 Oktyabr 2019
Kulisin əməkdaşları mükafatlandırıldı
16:21 14 Oktyabr 2019
Alim-filoloq: “Nəsiminin bu portreti haqda fikir bildirin...” – Foto
15:51 14 Oktyabr 2019
Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib
15:04 14 Oktyabr 2019
Qaçırtdığı qızı qəzada itirən oğlan – Yeni hekayə
14:48 14 Oktyabr 2019
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi
14:31 14 Oktyabr 2019