Kababı Fransada tanıdan, 500-dən çox sevgilisi olan yazıçı

Kababı Fransada tanıdan, 500-dən çox sevgilisi olan yazıçı
28 oktyabr 2017
# 13:01

Aleksandr Düma kəşməkəşli həyatı boyu müxtəlif janrlarda 500 cilddən çox əsər yazmışdı. Yazıçının təkcə memuarları 22 cilddir. Kulis.az dünya mədəni mirasının bir hissəsinə çevrilmiş yüzlərlə romanın müəllifi olan yazıçının həyatından beş maraqlı faktı təqdim edir.

Amansız dərəcədə bədxərc

Düma kifayət qədər erkən məşhurlaşmağa başladı. Onun pyesləri, məqalələri, romanları olduqca sürətlə auditoriya toplaya bildilər. Şöhrətlə birlikdə yazıçı böyük pullar da qazanmağa başlamışdı. Ancaq zirəkliyinə baxmayaraq qazandıqlarını əlində saxlaya bilmirdi. O, sağa-sola pul xərcləməyi sevirdi. Ömrünün sonunda kitablarının ona qazandırdığı inanılmaz dərəcədə böyük var-dövləti xərcləyib bitirdi və demək olar ki, yoxsulluq içində yaşamağa başladı.

Qəhrəman məşuq

Dümanın temperamenti haqqında Parisdə əfsanələr dolaşırdı. Yazıçının ən diqqətcil bioqrafları belə sevgililərinin sayını müəyyənləşdirə bilməyiblər. Bəzi mənbələrə görə onun təxminən 350 qadını olub. Digərlərinin fikrinə görə qadınların sayı 500-ü keçmişdi. Yazıçı özü sevgi sərgüzəştləri haqqında belə deyirdi: “Mənim “Afrika ehtirası”mı müzakirə edirlər, ancaq bilmirlər ki, sevgilərim insanpərvərliyimə görə bu qədər çoxdur: əgər bircə sevgilim olsaydı, bir həftədən sonra ölərdi!” Qəribə deyil ki, nikahdankənar övladlarının sayından heç Dümanın özünün belə xəbəri yox idi.

Natəvanın dostu

Düma həmişə Rusiyaya səyahət etmək arzusunda olub. Ancaq həmişə bu səyahəti təxirə salıb. Yəqin I Nikolayın Düma yaradıcılığına laqeydliyi onu pərt edirmiş. Bundan başqa çar Dümanın “Qılıncoynatma müəlliminin qeydləri və ya ilyarım Sankt-Peterburqda” romanını (xatırladaq ki, bu dekabristlər üsyanı haqqında ilk əsərdir) Rusiyada qadağan etmişdi. Yazıçı Rusiyaya ancaq 1858-ci ildə, dünyaca məşhur qələm adamı olandan sonra gələ bilir. Peterburq onda dərin iz buraxır. “Bəli, Puşkinin şeirləri gözəldir, ancaq bunlar nəticədə bəşəri poeziyadır. Peterburq gecələri isə ilahi poeziyadır.” – Düma yazırdı. Peterburqdan sonra yazıçı Qafqaza səyahət edir. Azərbaycanı da səyahət edən yazıçı müxtəlif şəhərlərdə yüksək ehtiramla qarşılanır, Bakıda təsadüf nəticəsində Xurşudbanu Natəvanla tanış olur. Dağıstanda isə rus polklarından birinin fəxri kazakı elan olunur. Düma vətənə qayıdandan sonra səfər təəssüratları haqqında “Qafqaza səyahət” əsərini yazır.

Qarınqulu və aşpaz

Düma dadlı yeməkləri nəinki sevirdi, o, yemək mərasimini ayin kimi icra edirdi. Bizim dövrümüzdə yəqin ki, ona “qida asılılığı” diaqnozu qoyulardı. Ancaqı bu asılılığın müsbət tərəflərindən də danışmaq gərək. Dümanın çox gözəl aşpazlıq qabiliyyəti var idi. O, məşhur kulinar kitablarından birini yazmışdı. Bütün ömrü boyu maraqlı reseptləri toplayırdı. Qafqaza səfər zamanı kababla tanış olur. Onun sayəsində kabab Fransada tanınır.

Mistik və öncəgörən

Qadın və yeməklərlə yanaşı Düma spiritual seanslarla da məşğul olur, mistika ilə maraqlanırdı. Onun özünü də hardasa öncəgörən adlandırmaq olardı. 1858-ci ilin noyabrında Düma yazır ki, Rusiyada inqilab olacaq, Polşa və Fransa ondan ayrılacaq. Bundan başqa Düma “Qraf Monte-Kristo” əsərində demək olar ki, öz ölümü barədə əvvəlcədən xəbər vermişdi.

# 3668 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər