Ayrılıq ən təhlükəli sürünəndir - Eminquey Akifdən YENİ ŞEİRLƏR

Ayrılıq ən təhlükəli sürünəndir - <span style="color:red;">Eminquey Akifdən YENİ ŞEİRLƏR
20 oktyabr 2017
# 13:20

Kulis.az gənc şair Eminquey Akifin yeni şeirlərini təqdim edir.

xərçəngə tutulanların eşqinə,

saçlarımı uzatmıram, biləsən.

dizlərimi göynədir bu soyuqluq hər gecə,

dizlərimə döyməsəm, dizlərimə yağmasam,

heç yatmıram, biləsən.

dodağımı çeynəyir içimdəki hirs mənim,

barmağımı saraldır siqaretlər, tüstülər.

mən hər şeyə dözərəm, bircə üşüməyəydim,

ya bir adam gələydi, sən olmasan da olar,

ya da ki, tez gələydi, tez gələydi istilər.

böyrəyimə dözərəm, ciyərimə dözərəm,

mən hər şeyə dözərəm, nə olsun ki, getmisən,

hamını incidirsə tale yaramazlığı.

yalanın ömrü azdı, düzünü deyim sənə,

əlimi, ayağımı bütün ili üşüdür,

bir az sənin yoxluğun, bir az da qan azlığı.

***

atmağa gecikdiyim bomba kimi

sevgim əllərimdə partladı,

tuta bilmədim əllərindən,

səni apardı uzaqlar...

sənə aid nəyim varsa

toxundum,

tikanlı məftil kimi

səndən məni qopardı

uzaqlar.

hə,

əgər ayaqları olmayan qoca da

tərk edə bilirsə,

deməli,

ayrılıq ən təhlükəli sürünəndir,

bəhanədir əllər və ayaqlar...

***

cərrahlar kirpiklərimizi kəsdilər,

sonra yatdıq,

sonra ayıldıq,

yanımdakı xəstə birinci dəfə işıq üzü görürdü,

mənsə,

həyəcanlıydım,

gözlərimə sataşan uşaqlara

gözlərimdəki işığı göstərəcəkdim...

***

içdiyim badələri

sıraya düzdüm,

nişan aldım,

paart!

mən yaxşı atıcıyam,

elə sən də pis atmamısan...

yığdım bütün albomların,

tozunu sildim,

bir şəklin - düüz yarım saat!

soyuducunu açdım,

gördüm,

şəklin qalıb üşüyüb,

götürdüm,

yandırdım...

deyəsən dəli oluram,

yaddaşımı itirdi,

sevdiyim şərab,

qarağat!

səndən mənə zəng gəlmədi,

açmadım,

bu sən olarsan...

hə, beləcə, günüm keçdi,

nigaran,

narahat.

***

qolundan tutub o yola

keçirirəmmiş sən demə,

bu imiş,

bu qədər imiş,

səni özüm uzaqlara,

ötürürəmmiş sən demə.

hissə-hissə hopursanmış,

dizlərimə, əllərimə,

su imiş,

suya qarışan şəkər imiş,

və beləcə səni, səni

itirirəmmiş sən demə.

pis yola düşmək bu imiş,

əclaf mənmişəm sən demə,

bu imiş,

bu təhər imiş,

girib qolundan pis yola,

gətirirəmmiş sən demə.

***

götürün bu yeri

keçirin çubuğa,

verin uşaqlara,

dünya uşaqları yox,

uşaqlar dünyanı sovursun.

***

uşaqlar partlamış,

tərsinə çevrilmiş maşında,

yellənir.

evlər eynilə öz adamları kimi

şikəst,

bir vətənpərəst

ortaya çıxır,

qışqırır,

"düşmənə ar olsun, atəş!"

meyidlər susur ki,

atəşkəs!

sülh gətirən göyərçinlər

vuruldu göydə,

torpağı qan udan bu yer

adam bitirmir.

anası aldadır uşağı

atan gizlənib gələcək,

gözlərini yum!

gizlincə,

hıçqıra-hıçqıra,

atasını axtaran uşağa,

torpaq qışqırır

- buuuummm!

***

akvarium,

təzə doymuş balıqlara

yem atır uşaq...

# 2207 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər