news-inner
clock10:15 calendar-gray 28 Sentyabr 2017 view-gray277 dəfə oxunub
view-gray277 dəfə oxunub

Sənədli filmlərin ssenari müsabiqəsi davam edir

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi davam edir.

İttifaqdan verilən məlumata görə müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.

Müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə sənədli filmlər üçün ssenarilər qəbul olunur. Hər müəllif üç ssenaridən artıq təqdim edə bilməz. Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

Ssenarilər oktyabrın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (Səməd Vurğun küç. 43 (World Business Center, 16-cı mərtəbə) göndərilməlidir.

Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qalib elan edəcək. Qalib ssenarilərin müəllifi pul mükafatı və diplomla təltif olunacaq. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq 1500, 1000 və 500 manat veriləcək. Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq.

news-inner-user

18768 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Titanik"də əlyazması tapılan Ömər Xəyyam - Qeyri-adi faktlar
21:00 18 May 2021
Detektiv yazıçımızın yeni romanı çıxdı: "İkinci ruhun kölgəsi"
18:41 18 May 2021
Kibrit qutusunu yandırdım, son kibrit sönər deyə... - Minimalist şeirlər
17:52 18 May 2021
"Leyla ilə Məcnun" serialı ekranlara qayıdır
17:09 18 May 2021
Muzey direktoru: “Uzun Həsənin geyimi Bakıya gətiriləcək” – Müsahibə
16:15 18 May 2021
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
15:28 18 May 2021
Gözlənilməz istefa, Vaqif Mustafayev və “Space”in yaramazları
15:01 18 May 2021
Vüqar Biləcərinin abidəsi belə olacaq - Foto
14:11 18 May 2021
Soyun... - Aqşin Yeniseydən yeni şeir
13:35 18 May 2021
Bacımın bizi Laçına qaytaran oyuncaqları
13:07 18 May 2021
Barat Şəkinskayaya eşq elan etdi, atası onu evdən qovdu, 35 yaşında güllələdilər – Əməkdar artistin faciəvi həyatı
12:24 18 May 2021
Səxavət Məmmədovun qardaşı dünyasını dəyişdi
11:58 18 May 2021
Yataq otağının pəncərəsinə nərdivan söykəyən qonşu gəlin
11:39 18 May 2021
Nöqtə-vergül dilənən fırıldaqçılar
11:06 18 May 2021
Məşhur yazıçı vəfat etdi
10:25 18 May 2021
Özbəklər azərbaycanlı snayperdən film çəkib
09:36 18 May 2021
Bakı yolunda tıxac yaradan yadplanetli – Nahiddən yeni hekayə
09:01 18 May 2021
Olljjjaaaaaassss!..
18:46 17 May 2021
Tamaşaçılar "Avroviziya"nı maskasız izləyəcək
18:02 17 May 2021
İndoneziyada Nizamiyə aid poçt markası buraxılıb
17:15 17 May 2021