[b]Tanınmış yazıçı cümhuriyyətlə bağlı müraciət etdi[/b] - MƏTN

[b]Tanınmış yazıçı cümhuriyyətlə bağlı müraciət etdi[/b] - MƏTN
25 sentyabr 2017
# 13:19

Natiq Məmmədli yazıçılara müraciət ünvanlayıb. Müraciətin mətnini təqdim edirik:

“Gələn ilin may ayında Azərbaycan öz tarixinin ən mühüm hadisəsini – Şərqin ilk demokratik Cümhuriyyətinin yaramasının 100 illiyini qeyd edəcək.

Bununla bağlı dövlət başçısının sərəncamı var, dövlət komissiyası da yaradılıb. Cümhuriyyətin bir daha tanıdılması, onun ideyalarının təbliği və ümummilli hadisə kimi dərki üçün əlverişli şərait yaranıb. Bununla bağlı kim nə edəcək? Tədbirlər keçiriləcək, iclaslar olacaq və bu qəbildən rəsmi protokol xarakterli işlər görüləcək. Bütün bunlar yetərlidirmi? 26 ildi Azərbaycan müstəqil olsa da, müstəqil ölkənin ədəbiyyatı bu illər ərzində heç vaxt Cümhuriyyət mövzusuna müraciət etməyib! Ara-sıra şeirləri, elmi-publisistik nəşrləri çıxsaq, tariximizin bu parlaq səhifəsinə aid heç bir bədii nümunə yoxdu.

Hərçənd ki, mövzunun fabulası kifayət qədər zəngindir, geniş epik planda dövrün mənzərəsini canlandırmaq olar. Eyni zamanda maarifləndirici tarixi serial, sənədli-bədii film materialları yetərincədir. Amma mən televiziyalara yox, məhz yazıçılara müraciət edirəm, çünki yeni mövsümdə kanalların istifadəyə verdikləri serialların və proqramların anonsuna baxanda ümumi səviyyənin gəlin-qaynana konfliktindən qabağa getmədiyini gördüm.

Qısası, mən qələm adamlarını Cümhuriyyət mövzusunda əsər yazmağa çağırıram. Bunun üçün kiminsə müsabiqə keçirəcəyinə nədənsə inamım azdı. “Cümhuriyyət: reallıqlar, perespektivlər” formatı burada işə yaramayacaq. Bu mövzunu sevərək, dərindən işləmək lazımdır. Cümhuriyyətin bədii obrazını yaratmaq lazımdır və bu, 100 illik yubileyə ən layiqli töhfə olardı. Cümhuriyyət qarşısında alnımızın açıq, üzümüzün ağ olması ümidiylə!

# 3664 dəfə oxunub

Oxşar xəbərlər

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər