writer1

Ayxan Ayvaz

Məqalə sayı

487
clock11:51 calendar-gray 22 Sentyabr 2017 view-gray321 dəfə oxunub
view-gray321 dəfə oxunub

O fahişəni sevirdim

Mən o fahişəylə barların birində tanış olmuşdum. Məsum çöhrəsi vardı, uşaq təbəssümü ilə gülümsəyirdi. Biz onunla otağa girəndə bir anlıq duruxdum.

- Nə oldu? Niyə kefin yoxdur? – soruşdu çiynimdən tutaraq.

- Heç...

- Sevgilindən ayrılmısan?

- Sevgilim yoxdu.

Otağa girəndə hiss etdim ki, mən ona toxuna bilməyəcəm. Bir anlıq qorxdum. Tez o otaqdan çıxıb getmək istədim. Qorxumun səbəbi özümə də bəlli deyildi. Amma bu qorxu sevgidən yaranmışdı. Bir fahişəni sevmək mənə qorxulu yuxu kimi gəlirdi.

Birdən ağlımdan uşaqca bir şey keçdi. Guya fahişəni bu qaranlıq dünyadan çıxarıb işıqlar diyarına aparıram. Nağıl kimi bir şəhərdə xoşbəxtcəsinə yaşayırıq.

- Nə düşünürsən? Soyun də... – o məni tələsdirirdi. İndi fikir verdim ki, artıq ətcəbala qarşımda dayanıb. Belə tez soyunmağı əsəblərimə toxundu, içim buza döndü.

- Niyə belə tez soyundun? – soruşdum. - Mən belə sevmirəm.

- Əşşi, vaxt yoxdu e... Sən romantika axtarırsan.

Qəfil xəyalımda yaratdığım nağıl şəhəri gözlərimin qabağında durdu:

- Gedək buralardan...

- Hara? Başqa yerdə istəyirsən?

Məni başa düşməmişdi, gedib paltarlarını geyinmək istəyirdi.

- Onda qiymət çox olacaq ha...

- Onu demirəm. Gəl səni bu həyatdan xilas edim.

- Nə?

- Deyirəm, xilas eləyim də səni.

- Boş-boş danışma. – qaqqıldadı, bədəni dalğa-dalğa yırğalandı.

Birdən-birə nə qədər axmaq bir təklif etdiyimi anladım, başımı buladım:

- Alınmayacaq məndə.

- Narahat olma. - əlimi tutdu. – Gedək.

Pulu uzatdım, götürmədi. Əlini çiynimə aşırdı, əhli-kef görkəmdə otaqdan çıxdıq. Qabağımıza başqa fahişələr çıxdı, tüstünün içində onların parıltısını görürdüm. Birdən ağlımdan keçdi ki, ən çətini onları seçmək olur. Hamısı sənə baxır və sən yalnız birini seçməlisən. Həm də düşündüm ki, fahişələrin hər şeyi ortadadır, yalan danışmırlar, (əslində onlarınuydurma hekayələr danışmasını çox eşitmişdim)gördüyün kimidir onların həyatları. Və qəribədir, bayaqkı hiss təzədən bütün vücudumu titrətdi: fahişəni sevə bilərəm! Özü də çox dəhşətli bir sevgi olar bu. Heç yerə qaça bilmərəm bu sevginin əlindən. Həm də qorxu da səpilirdi bu sevgiyə.

- Sevgilimdi e... – fahişə rəfiqələrinə baxıb dedi, hamısı gülüşdü. – Zor oğlandı!

Özümü onun cəngindən xilas eləyib küçəyə çıxdım. Tezbazar ordan uzaqlaşmalıydım. Bir də gördüm arxamca gəlir, köynəyini bağlaya-bağlaya. Uzun ayaqlar pillələri enirdi.

- Sənə sözüm var. – dedi mənim yanıma çatmadan.

- Buyur...

- Bir də bura gələndə içmə. Yaxşı?

Başımı tərpətdim.

Bir də ora getməyəcəkdim yəqin ki. Ora getsəm, həmişə bu məsum, uşaq təbəssümlü fahişə çıxacaqdı qabağıma. Mən onu xilas etməyi düşünəcəkdim axmaqca. O da mənə baxıb güləcəkdi. Sevəcəkdim o qadını. Tükürpədici bir sevgi olacaqdı bu.

- Narahat olma. – deyəcəkdi. – Heç kimə demərəm.

- Səni sevirəm!

- Yavaş, eşidirlər. Adamları özünə güldürmə. Fahişəni sevmək olmaz.

Qulağımda onun səsi küçənin qaranlığında yüyürə-yüyürə o bardan uzaqlaşdım.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021