writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock10:55 calendar-gray 19 Sentyabr 2017 view-gray2463 dəfə oxunub
view-gray2463 dəfə oxunub

O qızı fahişəyə necə çevirdilər?

Könül Cəfərli

Fermada qızı ilə yaşayan bir kimsəsiz qadın vardı. Səhərdən axşamadək mal-qaraya baxırdı. Həftənin 7 günü işləyir, aldığı pul isə qarınlarını doyurmağa ancaq yetirdi. Vaxtından tez qocalmış, qarıya oxşayırdı. Arada qonşular da çağırıb qapıda işlədir, zəhmət haqqı kimi qəpik-quruş verirdilər. Canı yanan olanda bişirdiyi yeməkdən ana-balaya da bir boşqab aparırdı.

Fermada qaldıqları otaq tövlədən seçilmirdi. Yataq, 1-2 qırıq stul və qonşuların verdiyi sınıq-sökük əşyalardan başqa heç nələri yox idi.

Beləcə illər ötdü, övladı böyüdü. 16-17 yaşına çatanda qonşu bu kimsəsiz ailəyə kömək məqsədi ilə qızı oğluna nişanladı. Camaat da dil-ağız etdi ki, yiyəsiz qıza sahib çıxmaqla savab iş görübsən-filan. Nə isə, mağar qurub, sadə bir toy etdilər.

Səhəri hay-küy düşdü. Dedilər ki, bəs qız bakirə deyilmiş, oğlan da gətirib anasının üstünə atıb. Aləm dəydi bir-birinə. Qonşular utancaq, fağır qıza yaraşdıra bilmirdi. Dilə tutsalar da, başına gələni danışmırdı. Yazıq ana o qədər çarəsiz idi ki. Bütün günü ağlayır, dizinə döyürdü. Yiyəsiz görüb qadının üstünə çımxıran, rahatlıqla “əxlaqsızlar” deyənlər də oldu. Qonşular adı ləkələnmiş qız və anası ilə münasibətlərini kəsdi. Guya hamısı günahsız mələklər idi.

İş polisə düşdü, istintaq aparıldı və axır ki, səbəb məlum oldu. Demək qadın evlərə təmizliyə gedəndə fermada tək qalmaması üçün balaca qızını da özü ilə aparırmış. Hadisə də elə qapıların birində baş verib. 9-10 yaşı olanda baba dediyi qoca qıza təcavüz edib. Sonra da qorxudub ki, kimsəyə demə. Kişini həbs etdilər.

Qızın günahsız olduğu ortaya çıxandan sonra əri yenə götürüb evinə apardı. Qaynanası da hamıya car çəkdi ki, gəlinin təqsiri olmayıb, yazığımız gəldi, yiyə durduq, həm də oğlum sevir. Amma bu dəfə də camaat ailə olmağa imkan vermədi. Hadisədən xeyli ötsə də söhbət dillərdən düşmədi. Arada söz atan, namusu “kirlənmiş” qızı qəbul etdiyi üçün oğlanı məsxərəyə qoyanlar da olurdu. Zorlanmış qız günahsız olsa da, el arasında yenə də ləkələnmiş sayılır axı. Nə qədər fikir verməməyə çalışsalar da arada dava düşürdü. Axırda görürlər ki, camaatın ağzı bağlanmır, gəlini yenə anasının yanına qaytardılar.

Fermaya qayıdandan sonra qızın günü lap qara olur. Bu dəfə də səhərdən-axşamadək namusdan dəm vuran kişilər var ha, onlar narahat etməyə, sataşmağa başlayır. Dünənədək “qızım” deyən fermanın sahibi də göz salır. Gücsüz ana balasını müdafiə etməyə çətinlik çəkir. Daha qonşular da təmizliyə çağırmır. Psixoloji basqılar, pulsuzluq ana-balanı daha da çarəsiz duruma salır.

Sonrakı aqibətlərindən xəbərim olmadı. Bir də yaxın günlərdə eşitdim ki, polis Gəncədə reyd keçirib, bir qrup əxlaqsız qadın tutub, aralarında o zavallı qız da olub. Qonşular xəbərlərdə görüb tanıyıb.

Təcavüz qurbanı olan qızı camaat belə fahişəyə çevirir. Zorlandınsa kitabın bağlandı, günahkar olmasan da, adın ləkələnir, heç kim əvvəlki gözlə baxmır. Ən yaxşı halda sənə “bədbəxt oldu” deyəcəklər. Kim elə qızla evlənmək, ailəsinə gəlin gətirmək istəyər?

Çox zaman təcavüzün də cinayət olduğunu unuduruq. Biri küçədə bıçaqlanır, o biri də zorlanır. Birinci necə qurbandırsa, ikinci də elə zərərçəkəndi.

Qızı erməni əsirliyində intihar etmiş bir qadından müsahibə almışdım. Əsirlikdən evə qayıtmaq istəməyib. Deyib ki, namusum kirlənib, mən qohum-əqrəbanın üzünə baxa bilmərəm. Saç sancağı ilə venasını deşmişdi. Ailəsinə cəsədini təhvil verdilər.

Halbuki namus ancaq bakirəlikdən ibarət deyil və zorlanmaqla da kirlənmir. O qızları barmaqla göstərmək, ləkəli qəbul etməyin özü elə əxlaqsızlıqdır. Heç kəs sabahından sığortalanmayıb. Kimin başına nə gələcəyi isə bəlli deyil.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İlbzlərin sevişməsindən həzz alan kişi
11:32 24 Yanvar 2021
Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021