“Dialoq fəlsəfəsi” çap olundu

“Dialoq fəlsəfəsi” çap olundu
11 sentyabr 2017
# 16:53

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə, “Avropa” nəşriyyatında çap olunan kitab sivilizasiya, mədəniyyət və dinlərarası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr edilib.

Dialoq amili yeni nəşrdə xalqlar, millətlər və sivilizasiyalararası münasibətlərin saflaşdırılması, onları ziddiyyətlərdən, anlaşılmazlıqlardan, açıq və qapalı şəkildə kin-küdurətdən təmizləyərək ümumbəşəri ideala – sülh və əmin-amanlıq içərisində yaşamağa istiqamətləndirən xilas yolu – katarsis kimi təqdim olunur. Kitabda Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən müasir dünyada sülhü, multikulturalizmi, həmrəyliyi təbliğ etməsi, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası ahəngin, harmoniyanın qorunması istiqamətində aparılan

rasional siyasətindən bəhs olunur.

Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Dialoq fəlsəfəsi” kitabının elmi redaktoru BDU-nun professoru, fəlsəfə üzrə elmlər doktoru Fərman İsmayılov, rəyçiləri AMEA-nın Fəlsəfə İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin müdiri fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovdur.

Qeyd edək ki, Ş.Zeynalovun 2014-cü ildə “Sivilizasiyalararası münasibətlər: problemlər və perspektivlər” adlı monoqrafiyası işıq üzü görüb. Ş.Zeynalov respublika daxilində və xaricdə çap olunmuş 30-dan artıq elmi məqalənin müəllifidir.

# 866 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #