Mirzə Cəlilin kinoya çəkilən ilk əsəri

Mirzə Cəlilin kinoya çəkilən ilk əsəri
9 sentyabr 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Rauf Kazımovskinin 1967-ci ildə çəkidyi “Poçt qutusu” qısametarjl filmini təqdim edir.

Süjet. Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır.

O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir.

Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür. Az sonra Novruzəliyə üç ay həbs cəzası kəsilir...

Film, Kulis.az-ın “Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda birinci yeri tutan Cəlil Məmmədquluzadənin məşhur hekayəsinin əsasında çəkilib. Rejissor filmdə hekayəyə müəyyən dəyişikliklər etsə də əsas süjet olduğu kimi qalır.

Ötən həftələrdə Cəlil Məmmədquluzadənin “Pirverdinin xoruzu” adlı hekayəsi əsasında ekranlaşdırılan eyni adlı filmdən (rejissor Ramiz Əzizbəyli, ssenari müəllifi Eldəniz Quliyev) yazmışdım. Bu kinoəsərinin üstünlüyü onda idi ki, müəlliflər klassik hekayəni olduğu kimi ekrana köçürməmişdilər, əksinə, ona öz yozumlarını vermişdilər, xarakterlərdə müəyyən dəyişikliklər etmişdilər, modernist fəndlərdən yararlanaraq uğurlu kino dili seçilmişdi və əhvalat dünyəvilşdirilmişdi. Eyni zamanda hekayənin ruhu saxlanılmışdı.

Hazırki əsas şəkil

“Poçt qutusu” ekran işi haqda isə bunları söyləmək çətindir. Əhvalat ənənəvi kinotəhkiyə çərçivəsində qurulub, hekayəyə müəllif tərəfindən yeni nəfəs verilməyib. Edilən müəyyən redaktələr isə daha çox ideoloji xarakter daşıyır.

Məsələn, Novruzəli məktubu aparmağa gedəndə yolda həbs olunmuş bir neçə nəfəri görür. Görkəmlərindən məlum olur ki, çar əleyhinə mübarizə aparan bolşeviklərdir. Novruzəli özlüyündə onların günahsız olub-olmamasını düşünür. Sonda isə polislərə haqq qazandırır ki, “günahsız adam tutulmaz”.

Sonradan özü haqq etmədən, məlumatsızlığı üzündən üç aylıq cəzaya məhkum olunur. Bu dramaturji ardıcıllıqla da müəllif vurğunu çar rejiminin ədalətsizliyinə vurğu edir.

Ümumiyyətlə isə, filmdə nisbətən uğurlu bədii həll xanın Novruzəlini zaminə götürdüyü səhnədir. Novruzəli divanxanadan xana minnətdarlıq, üzündə sadəlövh, səmimi ifadə ilə çıxır. Xanın “eşşəyini də götür, get kəndə, qorxma arxanda dayanmışam” istehzalı sözləri səslənəndə kadrda ancaq Novruzəlinin müti üzü görünür. Burda xanın ona gerçək münasibəti daha aydın təsvir olunur.

Filmdə maraqlı aktyor oyunu var və hər vəziyyətə uyğun, mübaliğəyə yol verməyən musiqi seçilib.

“Poçt qutusu” Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə çəkilib. Və kinoda yazıçının yaradıcılığına ilk dəfə bu filmdə müraciət olunub.

Rauf Kazımovski Azәrbaycanda ilk radio vә televiziya rejissoru olub. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. R.Kazımovski Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasının radio-tamaşasının rejissorudur.

Filmin operatoru Teyyub Axundov, bəstəkarı Emin Sabitoğludur.

# 3671 dəfə oxunub

Oxşar xəbərlər

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

18:00 17 iyul 2026
“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

15:30 17 iyul 2026
"Ulduz müharibələri"ndə dünya rekordu

"Ulduz müharibələri"ndə dünya rekordu

11:00 17 iyul 2026
"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər