Bir gecəlik sevgilər – Gülsadə İbrahimlinin şeirləri

Bir gecəlik sevgilər – <span style="color:red;">Gülsadə İbrahimlinin şeirləri
7 sentyabr 2017
# 11:37

Kulis.az “Yeni imza” layihəsindən Gülsadə İbrahmlinin şeirlərini təqdim edir.

Qoca fahişənin xatırladıqları

Mən yatdığım adamların ürəkləri olmayıb,

Hansısa qadın barmaqları söküb alıb yerindən.

Kürəkləri olub soyuq və sərt

Baxışları olub planetlərarası boşluğa bənzəyən.

Gecəmin qəhrəmanı olub öz həyatımın pərdəarxası səsiykən.

Ağrıları olub ayaqlarımın arasından axıtdıqları,

Ömür dediyin sərsəri dənizin sahilə vurduğu nə qədər adam...

Xəyalları olub ,

Doğruları olub yalanlarına qurban verdiyi.

Özündən yıxılmışların təsəlli yeriydim oysa

Hamısı mənlə adamdı, adam!!

Ya mən,

Cılız bədənli

Soyuq gülüşlü, ağbəniz,

Qısa sarı saçlarında

neçə gecənin doğmayacaq günəşini basdıran qadın.

Dodaqları boyalı,

Xəyalları güllələnmiş inqilabçı ruh.

Bir kişinin günahını təmizləməyən

yüzlərcə üzləri omayan adam.

Mənim həyatımın tablosu,

Porno jurnalların ən seksual fotosu

Bu məndim... ardında qalan mən

Unutdurmadı səni mənə

İşlədiyim günah,

Almadı qisasımı təkliyimdən.

Qasığımdakı sancıya bənzəmədi ruhumdakı ağrılar,

Bir gecəlik sevgilərin ən bahalı fahişəsi

Sənin həyatının “gülüşü”, “nəşəsi”...

...səndən sonra bətnimə qədərdi,

Mən yatdığım, sevmədiyim adamlar.

Darıxdım

Qaranlığı sevən yarasayam,

sən – qaranlığa kölgə.

Mən sənsiz qaldıqca,

səndən yetim qalacaq bu ölkə!

Oğurluğa çıxıram,

hər qadının pəncərə önündəki gözləyişindən,

hər qadınsız kişinin sevilmək həsrətindən,

hər yetim körpənin gülüşündən alıram,

Yığıram yırtıq cibimə, sənə qaçıram...

Qaçıram,

qaçıram,

qaçıram...

Arxamca səslənir bir polis zildən,

təngnəfəs itirəm işıqsız tinlərdə...

Qorxularım dolaşır ayaqlarıma,

kimsə toxunur çiynimə birdən

diksinib dönürəm ardıma...

Aaaa, sənsənmi, sevgilim,

bə haçandan evdəsən?!

Gedək buralardan

Gedək buralardan,

Bir dənizi ,

Bir adası olan yerə.

Düşək gözlərdən iraq,

Hər səhər dalğa öpək,

Hər gecə ayı saraq.

Unudulaq yol kənarında haçansa dilənmiş

Dilənçi kimi.

Gəl gedək,

Tut əlimdən, bir siqaret yandır,

Şərik udaq tüstüsünü.

Öndə sən, arxanca mən...

Düşək arzularımızın relsinə

Yüklü qatarlar kimi, gedək sabaha sarı.

Ümid daşıyaq,

Cəsarət aparaq vağzallarda

dayanan bütün çarəsiz sevgilərə.

Üzr

Qısılaram yatağının küncünə,

Bahar ömrü qış yaşaram,

Üzülməm.

Söküb atıb ürəyimi yerindən,

Torpaq yaşar, daş yaşaram,

Üzülməm.

Ürəyini yara edib sözlərim

Gözlərindən qoy utansın gözlərim.

Qucağımda üşüyəndə dizlərim,

Tənha yaşar, boş yaşaram,

Üzülməm.

Əllərimi həsrət qoyub əlinə,

Qürbət ollam ayrı düşən elinə.

Sahib çıxıb ürəyinə, belinə

Səbr edərəm, eşq yaşaram,

Üzülməm.

Simam sönsə gözlərinin fərində,

Dəfn eləyib öz ölümü dərində,

Ay zalım yar, əlbət günün birində

Məzar yaşar, nəş yaşaram,

Üzülməm.

Pəncərənə yağış olub yağaram,

Sabahına günəş kimi doğaram.

Acıları gülüşündə boğaram.

Quru yaşar, yaş yaşaram,

Üzülməm.

Xumar-xumar rahat uyu yerində,

Nəfəsinə sığınaram sərində.

Ölüb gedər bu can günün birində,

Xatirəndə xoş yaşaram,

Üzülməm.

Gecəniz xeyrə

Gecəniz xeyrə,

Alnı qırış küçələr,

səslər, kölgələr.

Gecəniz xeyrə,

Küçələrin taleyini yaşayan

İtlər,

Pişiklər,

Fahişələr...

Gecəniz xeyrə...

uzaqlarda doğulan sevgilər!

# 2330 dəfə oxunub

Oxşar xəbərlər

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər