news-inner
clock10:00 calendar-gray 02 Sentyabr 2017 view-gray189 dəfə oxunub
view-gray189 dəfə oxunub

30 il əvvəl çəkilən bu filmdəki problemlər hələ də qalır

Kulis.az “Naməlum kino” layihəsində Nicat Feyzullayevin 1988-ci ildə çəkdiyi “Yaşa, qızıl balıq” qısametrajlı filmini təqdim edir.

Süjet: Orta yaşlı kişi (Kamil Məhərrəmov) avtobus sürücüsü işləyir. O, köhnə avtobusu ilə planı yetirməyə məcburdur.

Növbəti günlərdən biri... O, yenə iş başındadır.

Dayanacaqda sərnişinlər yavaş-yavaş avtobusa doluşur. Sürücü isə onları gözlədir, dayanacaqda “sportloto” oynayır. Nəhayət, sərnişinlərin deyinməsindən sonra o, sükan arxasına keçir.

Sərnişinlərdən biri gənc oğlan başının üstündə dayanan əli yüklü qadına təpinir ki, torbası ona mane olur. Üstəlik, fürsət tapan kimi torbadan göyərti-tərəvəzləri oğurlayıb yeyir.

Başqa bir kişi sinəsi açıq don geyindiyinə görə gənc qadına irad tutur.

Bir neçə gənc isə avtobusun arxa salonunda rəqs edib oynayırlar. Bəziləri səs-küyə narazılığını bildirsə də, bəziləri əl açıb oynayır. Müharibə veteranı gəncləri ədəbsizlikdə qınayır.

Əsgərlikdəki nəvəsinə sovqat göndərmək üçün poçta tələsən qarı onun toyunun görüb-görməyəcəyinin qayğısını çəkir.

Növbəti dayanacaqda avtobusa 10 yaşlarında bir uşaq (Aqşin Feyzullayev) əlindəki bankada qızıl balıqla girir. Sürücü qəfil əyləci basanda banka yerə düşərək sınır, balıq avtobusun döşəməsində çırpınmağa başlayır. Sərnişinlərdən bir qismi mənzərəni biganəliklə seyr edir. Digərləri isə balığı xilas etməyə çalışır. Sürücü növbəti dayanacaqlarda avtobusu saxlamadan şəhərin mərkəzindəki fəvvarəyə tələsir...

“Yaşa, qızıl balıq” milli kinomuzun ən yaxşı qısa metrajlı filmlərindəndir.

Filmi dəyərli edən birinci cəhət qoyulan mövzu və ona yanaşmadır. Rejissor kiçik qapalı məkanda, 20 dəqiqə ərzində ən müxtəlif insan xarakterləri, onların vəziyyətlərə reaksiyaları ilə cəmiyyətin simasını ustalıqla yaradır. Burda avtobus bizim cəmiyyətin kiçildilmiş, lakin dolğun modelidir. Çəkilməsindən otuz ilə yaxın müddətin keçməsinə baxmayaraq, əhvalatdakı ən xırda problemlər həllini tapmayıb.

Məsələn, bu gün də şəhərin küçələrində sınıq-salxaq, narahat, komfortu olmayan avtobuslar çoxdur. Sərnişinlər mənzilə başına vaxtında çatmır, dayanacaqda çox gözləməli olur. Üstəlik, oturuşmamış sürücü və sərnişin mədəniyyətini də bura əlavə edin.

Filmdə olduğu kimi bu gün də sürücü avtobusu möhkəm sürəndə, qəfil əyləc basmalarından sərnişinlər baş-ayaq olanda “kartof aparmırsan” iradını tutur.

Yenə çox küçə var ki, zibil qutusu tapmaq çətindir.

Yenə də kiminsə geyiminə müdaxilə edənlər tapılır.

Filmdə toxunulan ən vacib problemlərdən biri də mühüm məsələlərdə insanların tutduğu mövqedir. Balığın ölüm-dirim mübarizəsinə bəziləri laqeydliklə qarşılayır, bəziləri şəxsi maraqlarını unudub güclərini səfərbər edirlər. Bu mənada ekran əsəri müəllifin yozumunda ümumən cəmiyyətdə fərqli mövqelərin toqquşmasını təsvir edir.

Nicat Feyzullayev ibrətamiz və aktual əhvalatı dinamik kinodilinə çevirir. Qısa planlarla müxtəlif xarakterlərin kollajını yaradır, fraqmentlərdə bir effektiv vəziyyətlərlə, jestlərlə onların kimliyini bəlirləyir, əhvalatı absurd, komik, dram elementləri ilə yükləyir və sadalananları dramaturgiyada uğurla nizamlayır.

Filmdə çəkilmək üçün beş "qızıl balıq" alınsa da, əvvəldən axıradək "Ağabala" ləqəbli balıqdan istifadə olunub.

“Yaşa, qızıl balıq” Nicat Feyzullayevin ilk bədii filmdir.

“Debüt” studiyasında çəkilən filmin ssenari müəllifi Natiq Rəsulzadə, Nicat Feyzullayev, operatoru Nizami Abbasovdur.

Oxşar xəbərlər

Xəbər lenti

Kəpənək ömrü - Sevinc Nuruqızından yeni hekayə
18:39 06 Aprel 2020
Məşhur musiqiçi də koronavirusa yoluxdu
18:01 06 Aprel 2020
Virus dövrü ədəbiyyatı - Varis yazır
17:19 06 Aprel 2020
Bakılı "peyğəmbər"i şillələyən Hacı Əbdül - Mirmehdi Ağaoğlu yazır
16:42 06 Aprel 2020
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
16:02 06 Aprel 2020
Ayətül-kürsü koronavirusa kömək eləyir? - Bakıda qeyri-adi “təcili yardım” zəngləri
15:12 06 Aprel 2020
Bu videoya baxsanız, virusa yoluxmazsınız - Video
14:30 06 Aprel 2020
"İş qayğılarından müvəqqəti azad olmuşuq" - Azər Paşa Nemətov
13:42 06 Aprel 2020
Boş küçələrin hüznü – Səhər Əhməd yazır...
13:01 06 Aprel 2020
Rafiq Tağının anası vəfat etdi
12:11 06 Aprel 2020
Zalımı zalım edən məzlumdur
11:40 06 Aprel 2020
Karantinin ən ağır günü - Bircə yazır..
11:01 06 Aprel 2020
Məşhur müğənni yatağa düşən şairəyə baş çəkdi - Foto
10:20 06 Aprel 2020
Hacı Əbdül: "Böyük övladım balacasından əlli yaş böyükdür" - Müsahibə
10:00 06 Aprel 2020
"Lolita" filmində rol alan aktrisa vəfat etdi
09:30 06 Aprel 2020
Süleyman Rəhimovun oğlu: “O itki atamın belini sındırdı” – Müsahibə
08:50 06 Aprel 2020
Ərini gözləyən qadın - Ruslan Mollayevdən hekayə
15:30 05 Aprel 2020
Vaqif Səmədoğludan Günün şeiri
11:30 05 Aprel 2020
157 filmə çəkilən, ayaqlarının ikisi də kəsilən, oğlunun toy günü ölən Xalq artisti
10:00 05 Aprel 2020
Meyxanaçılar xalqa meyxana ilə müraciət etdi - Video
21:13 04 Aprel 2020