news-inner
clock17:00 calendar-gray 26 Avqust 2017 view-gray332 dəfə oxunub
view-gray332 dəfə oxunub

Folknerin təsiri ilə yazılan Markes əsəri“Yarpaq fırtınası”

Folknerin təsiri ilə yazılan Markes əsəri – “Yarpaq fırtınası”

Mirmehdi Ağaoğlu

“Yüz ilin tənhalığı”ndan neçə-neçə il qabaq Qabriel Qarsiya Markes “Ev” adlı bir roman yazmağı düşünürdü. Və bu roman onun ailəsinin tarixçəsindən, uşaqlıq xatirələrindən bəhs edəcəkdi. Üstəlik qəhrəmanın adını da müəyyənləşdirmişdi-Buendiya. Bu roman çox uzun müddətə yazılacaqdı vəartıq “Ev” yox, “Yüz iln tənhalığı” (1967) adı ilə çap olunanda müəllifinədünya şöhrəti, üstəlik Nobel mükafatı qazandıracaqdı. Ancaq o vaxta qədər müəllif məşhur romanında bəhs etdiyi mövzuya dəfələrləqayıdacaq, bu xəyaliərazinin (Makondanın) sakinlərinin həyatından hekayələr, povest və romanlar yazacaqdı. Bu mövzuda ilk iri həcmliəsəri isə “Yarpaq fırtınası” olacaqdı.

“Makondo” mövzusunda yazmaq ideyası müəllif anası ilə birlikdə Arakataka qəsəbəsinə yollandıqdan sonra yaranır. Markesin doğulub-böyüdüyü Arakataka nə vaxtsa ABŞ-dan gəlmiş banan kampaniyasının sayəsində inkişaf etmiş, ifrastrukturu genişlənmiş, sakinləri artmışdı. İndi isə banan kampaniyası oraları tərk etmiş, yerində xarabalıq qalmışdı, Markesin uşaqlığının şəhəri öz qürubunu yaşayırdı. Bu mənzərədən sarsılan Qabo başa düşür ki, onun mövzuları bu torpaqlarda gizlənib, məhz buralardan yazmalıdı. Beləcə Makondo şəhərinin ilk binasının bünövrəsi qoyulur, - “Yarpaq fırtınası” yazılır.

Müəllif balaca olanda babası onu özü ilə həkim dostunun dəfninə aparıbmış. Markes bu hadisəni unuda bilmirdi. Əsər də bundan bəhs edəcəkdi - uzun zaman öncə Makondaya gəlmiş fransız həkiminin dəfnindən. Markes qərara alır ki, hadisəni bir nəslin üç nümayəndəsinin dilindən nəql etsin: baba (Qarsia Markes), qız (İsabella) vənəvənin dilindən.

Romanda istifadə edəcəyi təhkiyənövüəlbəttəyeni deyildi. Markes bunu Folknerin “Hay-küy vəhiddət”əsərindən götürmüşdü. Ümumiyyətlə Folknerin Latın Amerikası ədəbiyyatına müstəsna təsiri vardı. Təkcə Markes deyil, bir çox Latın Amerikası yazıçısı Folknerdən bəhrələnmişdi. Məsələn, Mario Varqas Lyosanın “Şəhər və itlər” adlı ilk romanı da Folknerin təsiri ilə yazılmışdı.

Tələbə vaxtı valideynlərinin yanına tətilə gələn Markes xəstələndiyi üçün uzun müddət onların yanında qalmalı olur. Bu vaxt dostlarından biri ona böyük bir qutu kitab göndərir. Bu kitabın içində kimlərin əsərləri yox idi: Virciniya Vulf, Uilyam Folkner, Oldos Xaksli, Con Dos Pasos, Con Steynbek, Robert Natan və o dövrün başqa məşhur yazıçıları. Markes avtobioqrafik əsəri “Anlatmaq üçün yaşamaq”da romanının yazılmasında Folknerlə yanaşı bu qutudan çıxan digər yazarların da köməyinin dəydiyini qeyd edir.

Markes əsərə ad axtararkən xeyli əziyyət çəkməli olur, səksəkdən çox adın arasından bilmir hansını seçsin. Axırda nənəsinin banan kampaniyasının xarabalığına verdiyi adın üzərində (“Yarpaq fırtınası”) dayanır.

Əsərdə cəmiyyətdən təcrid olunmuş, arvadı atıb gedəndən sonra qapı-pəncərələri bağlayıb özünü evə həbs etmiş fransız həkimdən bəhs olunur. Həmin həkim neçə illər əvvəl polkovnik Qarsia Markesin qapısına gəlib polkovnik Aureliano Buendiyanın (“Yüz ilin tənhalığı”nın baş qəhrəmanı) məktubunu təqdim etmişdi. Məktubda yazılırdı ki, Markes həkimin qayğısına qalsın. Həkim Markesin evində yaşayır, lakin polkovnikin qulluqçusu Meme ilə arasında münasibət olduğu ortaya çıxandan sonra ayrıca ev tutmalı olur. Onlar ayrı evə köçəndən bir müddət sonra Meme müəmmalı şəkildə yoxa çıxır. Banan kampaniyası buralara gəlməmişdən əvvəl xəstələndikdə fransız həkimə üz tutan sakinlər kampaniyanın gəlişindən sonra şirkətin həkimlərinin qəbuluna yazılırlar. Fransız həkimin pasientləri gündən-günə azalır, artıq heç kəs onun qəbuluna yazılmır. Günlərin bir günü şəhərdəki aksiya zamanı yaralananları onun qapısına gətirirlər ki, Makondanın digər həkimlərinin xəstələri çoxdur, fransız da yaralananlara yardım göstərsin. Sakinləri cəzalandırmaq istəyən fransız həkimliyin daşını atdığını deyərək yararlılara yardım göstərməkdən imtina edir. Yaralılar o gecə həkimin qapısı ağzında ağrıdan qovrula-qovrula ölürlər. Bu hadisədən sonra həkimə qənim kəsilən sakinlər əhd edirlər ki, öləndə onu dəfn etməyəcəklər, qoy cəsədi evin içində qalıb iylənsin. Lakin budur, polkovnik Markes şəhər sakinlərinin qınağına, alkaldın (şəhər adminstrasiyasının rəhbəri) etirazına baxmayaraq qızı İsabella və nəvəsi ilə həkimi dəfn etməyə gəlib.

Hadisə baba, qız və nəvə tərəfindən hissə-hissə nəql edilir. Eyni əhvalatı bəzən hərə özünün bildiyi kimi, bəzən də söhbətin davamı kimi danışırlar. Beləliklə əsər sanki mozaika təki qurulur.

“Yarpaq fırtınası” cəmiyyətin təzyiqlərinə baxmayaraq sona qədər müqavimət göstərən, öz şəxsi azadlığını qoruyan insan haqqındadır. Bir adam heç nədən çəkinməyərək cəmiyyətə qarşı dayanır, onu dışlamış cəmiyyəti cəzalandırır. Cəmiyyətlə fransız həkim arasında yaranmış konflikt nəticəsində cəmiyyətin əsl siması - nə qədər qeyri-humanist, unutqan olması - üzə çıxır. Qisasını almaq üçün o, vəhşi kimi davranmağa belə hazırdır. Ancaq miskin və qorxaq olduğuna görə Min Gün Müharibəsinin iştirakçısı, Aureliano Buendiyanın silahdaşı olmuş Qarsiya Markesə qarşı çıxa bilmir, onun müqavimətini qıra bilmir.

Həkim, cəmiyyət və polkovnik Markes üçbucağında ən çox qəhrəman Markes humanizm nümayiş etdirir. Əvvəla Buendiyanın əmanət elədiyi qonağa sona qədər hörmətlə yanaşır, üstəlik verdiyi sözü tutur: Polkovnik Markesi ölümdən qurtaran həkimin bircə istəyi olur. Öləndə onu azğın kütlənin əlinə verməsin, dəfn eləsin.

Və qoca polkovnik də buna görə indi burdadır.

Bəzi tənqidçilər Markesin ilkin əsərlərini (məsələn, “Polkovnikə məktub yoxdur”) maqik realizmə aid etmirlər. Lakin mənə elə gəlir ki, onlar “Yarpaq fırtınası”nı nəzərdə tutmurlar, bu əsər istisna təşkil edir. Çünki fransız həkimin həyatı (sakinlər ona su vermədikləri üçün su içmir, həyətdə əkdiyi tərəvəzlərlə qidalanır, qapı-bacanı bağlayıb neçə il evdən çölə çıxmır və bunu kimi başqa səhnələr) üstəlik nağılvarı təhkiyə əsərə maqik realistik ovqat baş verir. Bu xüsusiyyətlərinə görə “Yarpaq fırtınası”nı Markesin maqik realizmdə yazdığı əsərlərin birincisi saymaq olar.

“Yarpaq fırtınası” bir neçə ilə qələmə alınıb. Markes əsəri yazdıqca dostlarına göstərir, onların məsləhətlərini dinləyir, düzəlişlər, əlavə və ixtisarlar edirmiş. Əsər tamamlanandan sonra bir dostunun məsləhəti ilə Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən nəşriyyata göndərir. Markes əsərin gücünə o qədər arxayın imiş ki, özündə bir nüsxəsini belə saxlamayıb, hamısını tullayıbmış. Və iki ay sonra Argentinadan Kolumbiyaya “qara xəbər” gəlir: nəşriyyat əsəri çap etməkdən imtina edib. Dostları onu belə təsəlli edirlərmiş: Heyf, əsəri göndərdiyin redaktor Xorxe Luis Borxes olmayıb, o, çap edərdi. Sonra da əlavə edirdilər: Bəlkə də romanı çap etməkdən imtina edən redaktor Borxes olsaydı sənin faciən daha böyük olardı.

Markes çap olunmayan əsərini nəşriyyatdan geri istəsə də səyləri boşa çıxır. Ancaq yaxşı ki, əsəri Markesdən alıb Buenos-Ayresə göndərən dostu surətini çıxarıb özündə saxlayıbmış. Bunun sayəsində Markes “Yarpaq fırtınası”nı yenidən işləyir, babanın Aureliano Bunedia ilə dialoqu, İsabellanın yağışa baxmaq hissəsi (Bu hissə sonradan “İsabella Makondada yağışa baxır” hekayəsi yaranır) də olmaqla ümumilikdə 30-dan çox səhifəni ixtisar edir.

Uzun müddət naşir axtaran Markes nəhayət 1955-ci ildə “Yarpaq fırtınası”nı çap etdirə bilir. Bununla da kitabsevərlər ədəbiyyat coğrafiyasındakı yeni məkanı – Makondonu kəşf etmiş oldular.

Ədəbiyyat qəzeti

Oxşar xəbərlər

Xəbər lenti

Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021
"Neftlix"dən yenilik - Smartfonlar üçün əlavə
12:17 04 Mart 2021
Məşhur verilişin dəhşətli yalanı: Müxbirimiz aparıcı qıza necə vuruldu? – Studiyadan Reportaj
11:33 04 Mart 2021
"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
10:49 04 Mart 2021
Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
10:18 04 Mart 2021
Ssenari müsabiqəsinin siyahısı açıqlandı
09:45 04 Mart 2021
Aristotelin ayaqqabısını geyinən İsa - Aqşin Yenisey yazır...
09:01 04 Mart 2021
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021
Zibillik oyuncağı – Hekayə
16:15 03 Mart 2021
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
15:24 03 Mart 2021
Bakı bulvarını tikdirdi, bolşeviklərə qoşularaq cümhuriyyətə xəyanət etdi, həbsxanada özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı
14:30 03 Mart 2021