Samuraylar necə xarakiri edir?

Samuraylar necə xarakiri edir?
25 avqust 2017
# 17:00

Kulis.az samurayların tarixi ilə bağlı faktları təqdim edir.

Köhnə fotolar seriyası 130 il əvvəl yapon samuraylarının həyatını göstərir. Şəkillər arasında xarakiri ritualının təsviri var. Bu rituala "seppuku" deyirlər. Xarakirini ölməklə şərəfini qorumaq istəyən döyüşçülər edirdilər, ya könüllü ya da düşmənə əsir düşərkən. Bağırsaqların çıxarılması ritualın ən çətin hissəsi idi və bu hissə tamaşaçıların gözünün qarşısında baş verirdi.

Şəkildə gənc Samuray katana ilə qarnını yırtır. Döyüşçülər samurayın xarakiri mərasimini izləyir.

Samuraylar bizim eradan əvvəl 710-cu ildə, Xeyan dövründə Xonsyü adasınən şimalında Toxoku bölgəsində yerli əhalinin birləşdirilməsi zamanı meydana çıxıblar. Zamanla onlar daha güclü olublar və Yaponiyanın hərbi elitasına çevriliblər. XII əsrdən XIX əsrədək samuraylar hakim sinif olub.

Samuray xarakiri, ya da seppuku – insanın bağırsaqlarını çıxarması ritualı – edir.

Samurayılar konfutsiçiliyin təsiri ilə formalaşan kodeksə riayət edirdilər. Bu kodeks busido- “döyüşçü yolu adlanırdı. Yazılmamış kodeks sərtliyi, sadiqliyi, döyüş sənətini ustaca bilməyi və ölüm yetişənə qədər şərəfi qorumağı diktə edirdi. Qaydalar samurayı cəsurluğa, ailə qürurunu qorumağa və öz ağasına hüdudsuz sədaqətə səsləyirdi.

1870-ci il qədim yaraq-əsbabda olan samuray qrupu.

XV-XVI əsrlərdə xeyli sayda döyüşən qruplar var idi, bu döyüşlər nəticəsində onların sayı azaldı. Amansız döyüşçülər pullu qalxanlar və müxtəlif silahlar, ox, yay nizə və samuray qılıncı gəzdirirdilər. Sülhün qorunduğu Edo dövründə bir çox samuray rəssam, məmur və müəllim oldu, çünki, döyüç sənətinin sirrlərinə sahib olmaq əvvəlki kimi vacib deyildi.

XIX əsrin sonu qadınlar ənənəvi yapon dükanının qabağında. Feliçe Beato tərəfindən çəkilmiş və rənglənmiş foto.

1868-ci ildə imperator Meydzi taxta çıxanda samurayların səlahiyyətini ləğv etdi. Əvvəlcə onları Yaponiyanın yeganə ordusu olmaq hüququndan məhrum etdi və çağırışla yığdığı ordunu Qərb üslubunda formalaşdırdı.

Bu fotonu ilk hərbi fotoqraf, venesiyalı Feliçe Beato 1862-ci ildə çəkib.

Samuraylar Meydzinin islahatlarının təsiri ilə başqa ictimai təbəqəyə qarışıb sidzoku oldular və katana gəzdirmək hüququ əllərindən alındı. Həmçinin samuraya camaat içində hörmətsizliyə görə istənilən adamı edam etmək qanunu da ləğv edildi.

1890-cı il. Samuraylar qrupu. “Yaponiya: tipajlar, kostyumlar və ənənələr” bukletinə çəkilən şəkildən.

“Sidzoku” termini (ad verilməmiş hörmətli adam) termini İkinci Dünya müharibəsinin sonunadək qalırdı, 1947-ci ildə isə, ondan imtina etdilər. Çiçəklənmə dövründə samurayların Yaponiya əhalisinin 10 faizini təşkil etmələrinə baxmayaraq, onların təsiri indiyədək yapon mədəniyyətində nəzərəçarpandır, xüsusən müasir döyüş sənətində.

Ənənəvi geyimdə və ayaqqabıda olan samuray molyusk çanağını üfürür.

Üç yapon samurayı mundirdə.

Qədim silahlar və zireh taxmış samuray, 1890-cı il.

# 8493 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

15:00 3 noyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 27 oktyabr 2025
"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

10:00 25 oktyabr 2025
Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri  - Həcər Atakişiyeva

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri - Həcər Atakişiyeva

14:15 24 oktyabr 2025
Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər