Qəhrəmanına Gülnisə adı qoymağa utanan yazıçılar

Qəhrəmanına Gülnisə adı qoymağa utanan yazıçılar
17 avqust 2017
# 15:29

Şəlalə Göytürk

Gənc yazarlarımız (şairlərimiz) arasında dəb düşən ucuzvari tendensiya – əsər qəhrəmanlarına xarici adlar yapışdırmaq məsələsinə bir neçə kəlmə münasibət bildirmək istəyirəm.

Vəziyyət belədi: Sənin həyatda gördüyün Gülnisə ilə Hacəhmədin gün-güzəranıdı, amma beynəlxalq status qazanmaq üçün Conla Cesikanın həyatından yazmağa iddialısan. Dünya şöhrətli yazıçı olmaq ümidi ilə girişirsən bu Sizif əməyinə. Əsərin ortasında bir baxırsan ki, Con anasını Cesikagilə elçiliyə yollayıb, Allahın izni, peyğəmbərin şəriəti ilə qızı gədəyə istəyirlər. Cesinin də atası tərsin biri olur, deyir, sizə verəsi qızım yoxdu. Cesiyə Conla görüşməyi qadağan edir. Bundan sonra sevgililər xəlvət görüşməyə başlayır. Bir gün Cesika Cona ismarıc göndərir ki, bəs məni əmimoğluna verirlər...və s. və i.a.

Yəni, sən Azərbaycanda yaşayıb, azərbaycanca düşünüb, Azərbaycan dilində yazıb da bir qərblinin həyatını qələmə ala bilməzsən. Sənin kinolarda gördüyün o həyat barədə reallıqda təsəvvürün yoxdu, hansısa bir Conun həyat tərzini, ictimai mühitini, psixologiyasını yazıya gətirəcək qədər bilgiyə malik deyilsən. Qəhrəmanlara viski içirtmək, sevgili ilə sərxoş olub küçədə mahnı oxumaq, hökumət binasının qabağında antikapitalist çıxışlar etmək, köynəyini cırıb bayrağa çevirmək kimi romantik film epizodlarının təsiri ilə əsər əmələ gətirməyi düşünürsənsə, bəribaşdan qələmi yerə qoymağın məsləhətdi.

Qısası: Bu növ ədəbi mutasiya ilə dünya ədəbiyyatına çıxmaq, dünya oxucusunu maraqlandırmaq mümkün deyil, əbəs əziyyətdi, həm də gülməlidi. Üstəlik, yazıçılıq kimi maarifçi, inqilabi sənətə iddialı biri kimi, sən öz cəmiyyətindəki “elçilik” adlı feodalizmdənqalma zorakı adəti ləğv edə bilməmisənsə, (heç olmasa, öz çevrəndə buna qarşı çıxmamısansa) sənin romanında baş verən bütün haqq-hesablar “Iphone” icad edən bir millətin oxucusu üçün çoxdan tarixə qovuşmuş ibtidai problemlərdi və hər hansı çəkisi ilə diqqəti cəlb edə bilməz.

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər