Ayaz Salayevin “Qarabağ” biabırçılığı - Sevda Sultanova yazır

<b>Ayaz Salayevin “Qarabağ” biabırçılığı - <span style="color:red;">Sevda Sultanova yazır </b>
8 avqust 2017
# 16:12

Keçən həftə Nizami Kino Mərkəzində kino günü tədbirinə gedəndə yolüstü qatqısız şokolad plitkası aldım. Şokoladı gün ərzində kiçik parçalarla yemək dəridəki quruluğu azaldır, cildin ultrabənövşəyi şüalara qarşı müqavimət göstərməsinə yardım edir, qan dövranını yaxşılaşdırır və s.

Nizami Kino Mərkəzində Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi göstəriləndə bircə onu hiss elədim ki, “sosial çarx” kimi sırınan bu görüntülərə psixoloji müqavimət göstərməyə gücüm yetmir. Onda ayıldım ki, on dəqiqədə ekrandan hücuma keçən psixoloji terrordan qorunmaq üçün iki plitka şokoladı yeyib bitirmişəm.

Ötən il də kino günündə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən bu internet layihəsi göstərilmişdi. Və son tədbirdə A. Salayev Qarabağ alınanadək layihənin davam edəcəyini dedi. Bu isə o deməkdir ki, Qarabağ alınanadək biz hər il kinostudiyanın zay məhsuluna baxmalı olacağıq, üstəlik, ona dövlət büdcəsindən boş yerə pullar xərclənəcək.

Qarabağ Azərbaycan torpağıdır. Burası aydındır və onun geriyə alınması başlıca mübarizə səbəbimizdir. Ancaq Qarabağın azad olunması üçün son illərdə xeyli başqa səbəblər də yaranıb. Kinostudiyanın Qarabağ haqda keyfiyyətsiz “sosial çarxı” da o səbəblərə əlavə kimi qəbul edirəm.

“Qarabağın həsrət salnaməsi” niyə uğursuzdur və niyə sosial çarx deyil? Sosial çarx plakat xarakterlidir, yəni mühüm problemə ictimai diqqəti yönləndirmək, onun daha aktuallaşdırmaq məqsədi güdür, düşündürür və ən azı düşüncələri qıcıqlandırır. Fəqət, yaradıcı yanaşmasız sosial çarxın təsiri olmayacaq. Çağdaş dünyada sosial çarxı çəkmək üçün rəngarəng, fərqli formalar, ifadə vasitələri tapılır, sürətli informasiya axınında itib batan tamaşaçını ekranda saxlaya biləcək əhvalatlar qurulur. Və bu, heç şübhəsiz ki, yaradıcı axtarış tələb edir.

Ayaz Salayev bizə nə təklif edir? O, son dərəcə asan yola əl atır. Elə bir yola ki, bunu özünə İncəsənət Universitetinin birinci kurs tələbəsi belə rəva görə bilməz.

Onun təqdimatında müxtəlif yaş qrupunu, peşəni, təbəqəni təmsil edən insanlar kameraya baxaraq Qarabağdan bir-iki təsirsiz, şablon cümlə deyir. “Qarabağısız Azərbaycan ola bilməz. Qarabağsız Azərbaycan yoxdur. Qarabağı geri alacağıq” və s.

Səslənən cümlələr, üzlərin əksəriyyəti təsir eləmir, toxunmur, yadda qalmır. Yəni sosial çarx əvəzinə formasız, rejissor yanaşmasız, bədii həlli, dramaturgiyası, hekayəsi olmayan, danışan başlardan ibarət videomaterial təqdim olunur. Üstündə kinostudiya adı daşıyan bir qurumun televiziya estetikası və standartlarının ən aşağı səviyyəsində hazırlanan belə materialı kino günündə, özü də kino adamlarına təqdimatına sadəcə heyrət edirəm. Daha çox isə kino bilicisi, saysız hesabsız film izləyən A.Salayevin teleməhsulun qarşısında bu qədər rahat olmasına təəccüblənirəm.

Halbuki videoda bəzi adamların danışığından hiss olunur ki, Qarabağla bağlı ağrılı əhvalatı, hekayəsi var. İnsanları kamera qarşısına düzüb, basmaqəlib cümlə dedirtməkdənsə, həmin hekayələri bədii-sənədli dramaturji materiala - konkret bir insan dramına çevirə bilərdilər. Sadəcə təsvirlərlə də əhvalat danışmaq olardı. Qarabağ kimi ciddi məsələyə məsuliyyətsiz yanaşma bu layihənin müəlliflərinin də, ona razılıq verən məmurların da sosial məsuliyyətsizliyidir.

# 4324 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər