writer1

Elçin Hüseynbəyli

Məqalə sayı

65
clock11:14 calendar-gray 04 Avqust 2017 view-gray159 dəfə oxunub
view-gray159 dəfə oxunub

Sahil bağı - Sənətçilər bağı olsun

Düzdü, Bakıda belə bir bağ yoxdur, amma olacaq. Hər halda mən və mənim kimi düşünənlər buna ümid edir, hətta inanır da. Birinci yaranan da, sonuncu ölən də ümiddir, inamsa əbədidir. Düz dedimmi, dostlar?! Onda davam edəlim.

Əvvəlcə belə qərara gəldik ki, “Sahil bağı”nın adını dəyişib “Yazıçılar bağı” qoyaq. Bu fikir qəfil ağlımıza gəldi. Daha doğrusu, mənim ağlıma gəldi. Həmkarıma dedim ki, gedək bağçamızda bir az gəzişək.

- Nə bağça? Baxğçanız var?

- Bəs bu nədi? - dedim və “Sahil bağı”nı göstərdim.

O, təəccüblə üzümə baxdı, sonra nə dediyimi anladı və:

- Yaxşı fikirdi, - dedi, - “Yazıçılar bağı”, Hacıbala müəllimə müraciət edək.

- Bu, Hacıbalalıq deyil, parlamentlikdir. Yazıçılar Birliyi Milli Məclisə müraciət edər. Parlamentdə oturan yazarlarımızdan biri bu təklifi səsləndirər, müzakirələr qurtarandan, qərar qəbul olunandan sonra məsələ qalır Prezidentin ixtiyarına, o da imtina eləməz, çünki təşəbbüslərə açıq adamdır, - dedim.

Bax, beləcə, hamıdan xəbərsiz və hələ heç yerə rəsmi müraciət etmədən məsələni öz aramızda həll elədik və “Sahil bağı”nı çevirdik “Yazıçılar bağı”na.

“Sahil bulvarı” var da onsuz. Adamlar da qarışıq salır.

Amma üstündən bir neçə gün keçəndən sonra fikrimi təkbaşına dəyişdim və belə qərara gəldim ki, bu bağçaya bizdən başqa, bəstəkarların və rəssamların da haqqı çatır, çünki onların da qapısı bu bağa açılır. Düzdü, adını çəkdiyim qurumlar bu cür ictimai məslələrdə fəal deyil, əgər fəal olsaydılar, Şabranda sənətçilər üçün ayrılmış “İstirahət Mərkəzi”nin tikintisinə ürək yandırardılar, amma həmişki kimi məsuliyyəti qoydular Yazıçılar Birliyinin boynuna.

Beynimi bir az qurdalayandan sonra o da məlum oldu ki, Teatr Xadimləri İttifaqı, Aktyorlar Evi, Gənc Tamaşaçılar, Opera və Balet teatrları, Rəşid Behbudov adına Mahnı Teatrı da yaxındadır, deməli, oranın adını “Sənətçilər bağı” qoysaq, daha ədalətli olar. Əsası da M.F.Axundzadə adına Milli Kitabxanadır ki, oranın da üzü həmin bağa tərəfdir.

Nəsə...

Deməli biz, yəni mən və həmkarım parlamentsiz-filansız qərarımızı verdik və “Sahil bağı”nı öz aramızda “Sənətçilər bağ”ı adlandırdıq...

Bir zaman gələcək ki, belə də olacaq, dostlar. Bayaq demişdim axı, ümid insanın əsas silahıdır.

Bu sətirləri yazarkən yadıma istedadlı qələm adamı, dostumuz, rəhmətlik Tofiq Abdin düşdü. O, həmişə deyirdi ki, sənətçilər üçün ayrıca qəbiristanlıq yaratmaq lazımdır. Hər yerdə belə qəbiristanlıqlar var. Çünki sənət adamlarının ruhu da eynidir, torpaqları da bir yerdən götürülüb. Qan qohumluğu isə müvəqqətidir. Amma arzusu ürəyində getdi...

Mən və biz ümid edirik ki, bu, ziyansız, hətta müdrik (bura bir smaylik işarəsi qoyaq) təklifimiz həyata keçəcək və biz... ümidsiz, inamsız getməyəcəyik... Birinci cümləyə bax...

Avqustun 1-i, 2017

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19:00 19 Noyabr 2019
Türkiyədə Əhməd Ağaoğlu haqda sənədli film çəkilib - Video
18:24 19 Noyabr 2019
Yağışda gələn qız – Rasim Qaracadan hekayə
17:43 19 Noyabr 2019
Nazir direktoru təltif etdi
17:10 19 Noyabr 2019
Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü
16:35 19 Noyabr 2019
Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
16:10 19 Noyabr 2019
Məşhur diktorla vətəndaş nikahında yaşayan müğənni - Maraqlı faktlar
15:30 19 Noyabr 2019
Xalq artisti səhnədən getdiyini elan edib
14:50 19 Noyabr 2019
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
14:12 19 Noyabr 2019
"Qiyamət gün gəlir" - Rafiq Tağıya həsr olunan şeir
13:30 19 Noyabr 2019
Salam Sarvan məşhur meyxanaçı ilə görüşəcək
12:49 19 Noyabr 2019
Cəfər Cabbarlı həftəsi keçiriləcək
12:40 19 Noyabr 2019
“dOM” teatrının direktoru: “Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin” –Müsahibə
11:59 19 Noyabr 2019
Qadınların məğlub olduğu yer
11:41 19 Noyabr 2019
Bu əlyazma 780 min avroya satıldı
11:20 19 Noyabr 2019
Çox narahatam...
10:50 19 Noyabr 2019
Xalq artisti xəstəxanaya yerləşdirildi
10:12 19 Noyabr 2019
Vyanada Vaqif Mustafazadənin xatirəsinə konsert
09:50 19 Noyabr 2019
Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə
09:00 19 Noyabr 2019