news-inner
clock14:20 calendar-gray 19 İyul 2017 view-gray368 dəfə oxunub
view-gray368 dəfə oxunub

Cəlalla çayda, Baladadaşla çimərlikdə... - Ədəbi obrazlarla YAY TƏTİLİ

İnsan xəyalına dürlü-dürlü şeylər gəlir. Xəyallar əlindən alınarsa insandan heç nə qalmaz. O, böyük nemətdir. Çünki zaman və məkan sərhədi tanımır. Bir gün məşhur ədəbi obrazlarımızın hansıylasa yay istirahətinə çıxmaq ağlınıza gəlibmi heç? Gəlməyibsə, bu barədə düşünün və bir də onu düşünün ki, yoldaşlıq etmək üçün hansı obrazı seçərdiniz? Biz öz variantımızı təqdim edirik.

Cəlal – Səməd Vurğunun “Komsomol” poeması

Gedərdik çayda çimməyə, qıjov yerin üstündən adlayardıq, sonra bağa girib meyvə yeyərdik. Gəlib yarğanın başında ilan kimi qıvrıla-qıvrıla axan çaya tamaşa edəydik. Humaydan danışardıq. Deyəydim ki, qaçıraq qızı, uzaqlara aparaq. O da köks ötürərdi, deyərdi, indi hər yer belədir, qoymazlar Humayla xoşbəxt olaq...

Məmmədhəsən əmi – Cəlil Məmmdquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti

Bir eşşək tapıb minəydin üstünə, hərdən sən minərdin, hərdən də o. Kəndin qırağına çıxardın, iki tərəfi də yaşıllığa bürünən yerlərdən keçərdin. Eşşək gözlərini aşağı dikəydi, sən göy üzünə baxaydın, səmada dağılan buludları bir yerə yığıb xəyalında çərpələng düzəldəydin, əlinə alıb qaçaydın, eşşək də düşəydi arxanca, Məhəmmədhəsən əmi də, yol da, küləklər də...

Tapdıq – İsa Hüseynovun “Tütək səsi” povesti

Balaca təpələrə çıxasan, günəşin şəfəqində şahmat fiqurları kimi görünən evlərə baxıb gülümsəyəsən. Bir dovşan qaça uzaqdan. Dalınca bir tüfəng atıla, amma dəyməyə. Qol-boyun olub gəzəsən, sərin külək vura üzünə. Deyəsən ki, yaşamaq gözəl şeydir, qardaşım, ölmə, ölmə, ölmə...

Kefli İskəndər – Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi

Hansısa şəhərin küçələrində dolaşardıq. Məsələn, Parisdə Eyfel qülləsinə baxardıq. Oturub sərin pivədən udumlayardıq. Səndirləyə-səndirləyə gəzərdik səhər-axşam. Qaş qaralanda evimizi, doğulduğumuz yeri yadımıza salıb kövrələrdik. Ölü dirildən Şeyx Nəsrullahın qarasınca danışardıq. Bir çarə axtarardıq, avam insanları zülmətdən işığa çıxarmaq üçün.

Piri baba – Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi

Bağa gedərdik, meyvə dərərdik... Təzə-tər meyvələr... Ağır-ağır addımlarla gələrdi arxanca, sən də o ağac sənin, bu ağac mənim qaçardın. Böyük, qollu-budaqlı ağacın başına çıxıb qışqırardın: “Piri baba, o ağalar məni niyə sevmir?”

Əjdər – Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsi

Şəhərin ayaq dəyməyən yerlərinə gedərdik. Hüznlü türkülər kimi hüznlü küçələrdə. Bir-birimizə baxıb susardıq, gözlərimizlə ifadə edərdik içimizdə yatan dinozavrın əzablarını. Həsrət və ayrılıq qoxuyan vağzala gəlib bir-biri ilə vidalaşan, əl sallayan adamlara baxıb köks ötürərdik. Sonra bir bilet alaydı sənə, deyəydi ki, bir də buralara gəlmə. Təmiz adamlar daha tez kirlənər axı...

Kəbirlinski – Anarın “Dantenin yubileyi” hekayəsi

Bir otelə gedəydin, çarpayıda uzanıb gözlərimiz tavanda gəzişə-gəzişə söhbət edəydik. Deyəydin, alınmayan həyatı yaşamaq olmur. Bir də deyəydin, Kəbirlinsi, həyat özü bir tamaşadır, rolları sən seçmirsən amma. Və əlavə edəydin dediyinə, deyəydin, sən alınmayan həyatı olan adamın rolundasan. Bir də ki, nə olsun aktyorluq səndə alınmır, pəncərədən çölə bax, qum topasından ev quran uşaqlara, çimərlikdə əl-ələ tutuşub dənizə girməyə hazırlaşan xoşbəxt cütlüyə qoşul, başqalarının həyatına lövbər sal, insanları sevməyi öyrət qəlbinə. Deyəydin, belə, o da gülümsünəydi, nəsə demək istəyəydi, amma deyə bilməyəydi.

Səbzəli dayı – Yusif Səmədoğlunun “Bayatı Şiraz” hekayəsi

Bir kafedə oturub dərdləşəsən. Yemək ola süfrədə, bir də araq. Bir də kimsə oxuya yavaşca. Kənarda dayanıb saçlarını darayan gözəl bir qadına baxıb köks ötürəsən. Dərdli-dərdli müharibədən danışasan, bir badə qaldırıb ölənlərin ruhuna içəsən. Vaxtın bol ola, daha düşünməyəsən ki, müştəri gələcək, kontrabası sazlamaq gərəkəcək. Qəmli musiqilərə son verəsən, düşüb ortalığa qol qaldırasan onunla. Oynayasan axşam-səhər.

Baladadaş – Elçinin “Baladadaşın ilk məhəbbəti” hekayəsi

Çimərliyə gedərdik. Ləpələrin sahil daşlarını döydüyü yerə tamaşa edib xəyala dalardıq. Aerodrom kepkasını başından çıxarıb atardı sahilə, uzanardıq qumsallığa. Sonra dənizin qucağına girərdik, sərinlənərdik. Bəlkə bir pivə də içərdik günəşin dənizin arxasında itdiyi vaxt. Sevdiyi qızdan danışardı, əlimi çənəmə dayaq eləyib qulaq asardım ona. Dənizə gecə düşəydi, yuxulayaydı, biz də göy üzündə ulduz axtarışına çıxaydıq.

Şamxal – İsmayıl Şıxlının “Dəli Kür” romanı

Meşədə ağacların arasında gəzərdik. Student pencəyini çıxarıb əynindən tutardı əlində, hərdən-hərdən Cahandar ağadan söz eləyərdi, deyərdi, yaxşı kişidir, bircə anamın üstünə gətirdiyi qadına görə onu bağışlamağa çətinlik çəkirəm. Sonra Qərblə Şərqin oxşar və fərqli cəhətlərindən danışardıq. Axşam ova çıxıb bildirçin vurardıq, kabab çəkərdik, oturub ləzzətlə yeyərdik.

news-inner-user
Ayxan Ayvaz

499 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəzənib, qurşanıb sеyrə çıxan yar... – Aşıq Ələsgərdən qoşma çələngi
11:00 07 Mart 2021
Məşhur müğənni kitabxanada striptiz klip çəkdi – Video
18:00 06 Mart 2021
Xalq artisti “Ay laçın” mahnısına klip çəkdirdi - Video
17:05 06 Mart 2021
Papaq - Cəfər Cabbarlının hekayəsi
16:32 06 Mart 2021
“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsi keçirilib
16:10 06 Mart 2021
Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
15:02 06 Mart 2021
Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021