news-inner
clock16:54 calendar-gray 14 İyul 2017 view-gray386 dəfə oxunub
view-gray386 dəfə oxunub

Hasan Şaşı araq dalınca göndərən şairimiz... - LƏTİFƏLƏR

Kulis.az mərhum şair Akif Səmədin lətifələrini təqdim edir.

Akif Səmədə yaxın bir həkim araq içməyi qəti qadağan edir. Akif müəllim israrla yüz qram içməyə icazə ala bilir. Bir gün yüz qramdan artıq içdiyini görən dostlarından biri soruşur:

- Bəs həkim yüz qaramdan artığını qadağan eləmişdi?

Akif Səməd cavab verir:

- Üç həkim dostum var. Hərəsindən yüz qramın icazəsini almışam...

***

Akif Səməd Bilgəhdə ürəyindən müalicə alırmış. Dostları ziyarətinə gedir. Kabab, bozartma, hər cür yemək alırlar... Akif müəllim araq içmək istəyir. Dostları irad bildirəndə deyir:

- Heç olmasa yarım litrlik arağın balacasından birini alaq...

***

Şair M.Nağıyev adına xəstəxanada yatırmış. Bir neçə içki içməyən dostu əllərində mer-meyvə ona baş çəkir. Dostlardan biri soruşur:

- Akif müəlim, o araq vurduğun adamlardan biri gəlib sənə baş çəkdi?

Akif Səməd ciddi-ciddi cavab verir:

- Yox. Yaxşı da elədilər. - əlini onlar alan meyvəyə uzadır – arağın pulunu belə axmaq-axmaq şeylərə vermək olmaz!

***

Akif Səməd paxmel vaxtı Türkiyə-Braziliya oyununa baxırmış. Hasan Şaşın performansını görüb heyrətlə deyir:

- Çox qəşəng qaçır. Araq dalınca göndərmək olar.

***

Akif qağa dəm vəziyyətdə metroya girmək istəyir, polis bunu saxlayır.

Akif Səməd:

- Məni niyə saxlamısız? Qatarı mən sürməyəcəm ha!

***

“Azadlıq” meydanına yaxın, “Köhnə Dəyirman”ın yanındakı “Nərgiz” kafesində yeyib-içən Akif Səməd Meydan hərəkatından danışan məclis əhlinə deyir:

- Mən də o vaxt milli hərəkata qoşulmuşdum. Amma hər dəfə buracan gəlirdim.

***

Məclislərin birində Akif Səməddən soruşurlar:

- Ehtiram İlham 10 ballıq şkala ilə neçəlik şairdir?

- O, şkalaya sığmaz! – deyə Akif Səməd cavab verib.

***

Başqa bir məclisdə daha bir sual verirlər:

- Akif müəllim, sizdən nə qalacaq?

- Ağamalı Sadiq imkan versə, iki-üç gəraylı...

***

Akif Səmədin dahiyanə deyimlərindən biri: “Bilirsiniz, biz vətəni niyə yarımçıq sevirik? Çünki vətən özü də yarımçıqdır; 20 faizi işğaldadır.”

***

Türkiyədə ciddi tədbirlərin birində türk qardaşlarımız Akif Səməddən soruşurlar:

- Şair, erməni nədir ki, onun qabağından qaçdınız?

Akif Səməd qeyri-adi cavab verir:

- Erməni nədir? Biz rus imperiyasından 80 faiz torpağımızı azad eləmişik, 20 faiz qalıb. Bizə kömək eləməkdən iynəli suallar verirsiz.

***

Akif müəllim cavan vaxtı da xeyli yaşlı görünürdü. Xüsusən qoyduğu buxara papağa görə ona bəzən öz yaşıdları da əmi, ya dayı deyirdi. Buna görə dostları onunla zarafatlaşırdılar və təbii ki, Akif Səməd də vecinə almırdı. Ancaq həmişə belə olmurdu.

Bir dəfə taksiylə gedirmişlər, dostlarından biri sürücüyə müraciət edib qabaqda oturan Akif Səmədi göstərir:

- Bu adama neçə yaş verərsiz?

Taksi sürücüsü gözlərini qıyaraq şairə baxır və düşünüb-düşünüb dillənir:

- 73!

Dostlar gülüşür.

Taksidən düşüb xeyli aralanırlar, hamı taksidəki söhbəti unudur və düşünürlər ki, Akif Səməd də unudub. Ancaq şairin dodaqaltı taksi sürücüsünün qarasına deyindiyini görəndə yanıldıqlarına əmin olurlar:

- Köpəyoğlu! Elə də 73 deyir, guya çox dəqiq tapıb! Heç olmasa yuvarlaq rəqəm denən də! Ya 70, ya 75! 73 nəydi day...

news-inner-user

19996 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021