news-inner
clock21:00 calendar-gray 03 İyul 2017 view-gray543 dəfə oxunub
view-gray543 dəfə oxunub

Nobelçi yazarın kitabları burda həbs olundu - Kitab Evindən REPORTAJ

Tanınmış jurnalist Səbuhi Məmmədli ötən il Moskva Kitab Evindən reportaj etmişdi. Bu günlərdə isə Nobel mükafatçısı Svetlana Alekseyeviçin kitabları bu ünvandan yığışdırıldı. Məsələnin aktuallığını nəzərə alıb həmin reportajı təqdim edirik.

Kulis.az

Bu mağazanı ildə 7 milyon alıcı ziyarət edir. Eyni zamanda 200 mindən çox kitab var satışda. 50 min növdə də dəftərxana ləvazimatı. Keçmiş SSRİ-nin, hətta bəzi göstəricilərə görə Avropanın ən böyük kitab mağazasıdır: Moskva Kitab Evi.

Moskvanın“Arbatskaya”metro stansiyasından çıxan kimi qarışınıza çıxacaq. Hə, düzdür, mağazanın dizaynı köhnədir. Bir sözlə, sovet memarlığının klassik nümunələrindən biri. Kitab Evinin açılışı 1967-ci ilin elə bu vədələrinə təsadüf edib. Ümumi ərazisi 5 000 kv. metrdir. Təkcə satış sahəsi isə 3700 kv. metri keçir.

Burada hər adda, hər mövzuda, hər yaşa uyğun kitab tapmaq mümkündür. Fəlsəfə, sosiologiya, tarix, iqtisadiyyat, idman, biologiya və təbii ki, bədii ədəbiyyat.

Moskva Kitab Evinin internet mağazası da fəaliyyət göstərir ki, evdən çıxmayıb, istədiyiniz kitabı əldə edə bilərsiniz. Və maraqlıdır ki, bu zaman alacağınız kitabın qiyməti də dəyişmir.

Kitab Evində“Pereplet” Art-klubufəaliyyət göstərir. Kluba giriş sərbəstdir. Bura Rusiya paytaxtında yaradıcı insanların ən sevimli məkanlarından sayılır. Moskva teatrlarının aktyorları, ədəbi camiə, gənc yazarlar, publisistlər, jurnalistlər axşamlar bura yığışaraq, qızğın müzakirələr aparılar. Axşam demişkən, Kitab Evi çox gec bağlanır. Saat 23-ə qədər ziyarətçilərinin qulluğundadır.

Kitab Evində “Bukinist ədəbiyyatı” şöbəsi də fəaliyyət göstərir. Həm bədii, həm texniki ədəbiyyat, həm də müxtəlif lüğətlərdən ibarət böyük və çeşidli məkandır bura. Hətta 19-cu əsrdə çapdan çıxmış kitablara belə rast gəlmək mümkündür.

Audio-video zalda isə ən müasir multimedia texnologiyalarının köməyi ilə minlərlə çeşiddə kitab, ləvazimatla rastlaşa bilərsiniz. Təsəvvür edin, 3500-dən çox audio kitab, 8 mindən çox video material, 45-dən çox dili öyrənmək üçün minlərlə multimedia vasitələri… bir sözlə, zəngin bir yerdir.

***

Həm yerli, həm də şəhərin qonağı olan alıcıların baş çəkdikləri şöbələrdən biri də “Rusiya klassikləri” bölməsidir. Minlərlə kitab var burda. Amma ən maraqlısı “Rus klassiklərinin kitabxanası: 10 əsr, 10 cilddə” seriyasından olanlardır. Burda Qədim Kiyev Rus dövlətindən 19-cu əsrə qədər yazılmış bütün əsərləri bir yerdə almaq imkanınız var. Puşkin, Tolstoy, Turgenev, Dostoyevski, Çexov, Bunin, Nabokov, Soljenitsın, Trifonov, Şukşin, Kantemir, Derjavin, Jukovski, Brodski, Simonov, Çuxontsev, Axmatova və daha kimlər, kimlər… hamısı bir yerdə.

Və ya “Dünyanın ən böyük muzeyləri” silsiləsindən buraxılmış 10 cildlik. Luvr, Drezden, Uffitsi və Pitti, Vatikan, Orse, Vaşinqton Milli Qalereyası, Ermitajı evinizin içində təsəvvür edin. Çox nəfis şəkildə çap edilmiş bu kitablara tələbat da çoxdur.

Uşaq ədəbiyyatı da bir başqa aləm: 3 min çeşiddə uşaq kitabları, əlifbadan tutmuş Harri Potterə qədər.

***

Kitab Evində kitab təqdimatı üçün isə Azərbaycandakı kimi əl-ayağa düşməyə, dost-tanışa zəng edib çağırmağa ehtiyac yoxdur. Əvvəla təqdimata görə, Kitab Evinə pul ödənmir. İkinci isə Kitab Evi böyük məmnuniyyətlə təqdimatı öz üzərinə götürür, anonslar verir, sosial şəbəkələrdə çağırışlarla oxucunu başına toplaya bilir.

Çox uzağa getməyək, məsələn bu günlərdə azərbaycanlı yazar Elçin Səfərlinin "Rasskaji mne o more" (“Mənə dənizdən danış”) kitabının uğurlu təqdimatı olub. Bu mağazada satılan on minlərlə kitabın içində isə Azərbaycan 5-6 adda kitabla təmsil olunub. Bunlardan Həsənzadə və Sankinanın həmmüəllifi olduğu və Azərbaycanı tarixi, təbiəti və mədəniyyətinə həsr edilmiş “Azərbaycan: Yol bələdçisi” kitabı, Tomas De Vallın “Qara Bağ”, Kərim Şükürov və Taleh Bağıyevin müəllif olduqları “Qarabağ”, Vasili Kuznetsovun “5 səyahət: Şimali Koreya, İran, Albaniya, Türkmənistan, Azərbaycan” kitabı və daha bir neçə dolayısı ilə Azərbaycana aid olan nəşrlər var. Və təəssüfedici məqamlardan biri də odur ki, Kitab Evində Aris Kazinyan adlı erməni müəllifin “Poliqon Azərbaycan: Siyasi-kulturoloji tədqiqatlar” kitabı da özünə yer eləyib. Kitabın ilk səhifələrindəcə Nizaminin fars şairi kimi təqdim olunması barədə qeydlər artıq bu cızma-qaranın mahiyyətindən xəbər verir.

Kitab Evində ziyarətçinin rahatlığı üçün hər şeyə əl atıblar. “Ədəbiyyat kafesi”ndə kofe içə-içə ədəbi müzakirələrdə qatılmaq bir ayrı zövq verir. “Ailəvi Oxu Zalı” isə adından da göründüyü kimi mütaliə həvəskarı olan ailələr üçündür. Sifariş şöbəsində dünyanın harasında çapdan çıxmağından asılı olmayaraq istədiyiniz kitabı sifariş verə bilərsiniz. Uzağı bir həftəyə evinizdə, kitabxananızdadır. Bundan başqa 500 rubldan (təxminən 11 manat) artıq dəyərdə kitab aldınsa, sənə hədiyyə kartı verirlər. Bundan sonra ilin 365 günü həmin kartla, Kitab Evindən güzəştli şərtlərlə kitab və ya dəftərxana ləvazimatı, habelə suvenirlər ala bilərsən.

Kitab Evinin ayrıca nəşri də var:“Bir yerdə oxuyaq”.İllüstrasiyalı rəngli jurnaldı, özü də aylıq. Həm də pulsuz...

Səbuhi MƏMMƏDLİ

Moskva

13.10.2016

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021