news-inner
clock14:53 calendar-gray 27 İyun 2017 view-gray486 dəfə oxunub
view-gray486 dəfə oxunub

Yəqin, rejissor utandığından gəlməyib! - PREMYERA

“Azərbaycanfilm” növbəti dəfə Qarabağ müharibəsi mövzusuna müraciət edib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, iranlı rejissor Babək Şirinsifətin rejissorluğu ilə çəkilən “Üçüncü günün adamı” filmi bayram günlərindən qabaq mətbuata təqdim olundu.

Bu mövzuya həssas yanaşan hər kəs kimi sizdə də ilk növbədə necə sualı yaranacaq.

Xüsusən film dövlət sifarişilə çəkilibsə…

Axı illər əvvəl “əsgər ağlamaz” deyə sözügedən dövlət qurumu filmdən Azərbaycan əsgərinin ağladığı yeri qayçılatmışdı.

Dövlət kinosu konyukturası var. Müharibə vəziyyətində olan ölkədə bu həssas mövzu istər-istəməz bir təbliğat xəttiylə kəsişir. Bu mövzuya toxunan film adətən ya düşmənlə, ya da müharibənin özü ilə vuruşmalı olur.

“Üçüncü günün adamı” filmisə insan taleyi üzərindən yurd sevgisi mövzusu açmaq istəyir, amma mövzunun içində azıb dolaşıq düşür, fantastik süjet realist filmin qəhrəmanlarını gülməli vəziyyətə qoyur. Bunun üzərindən müəliflər vətən sevgisi notları vururlar ki, filmin xilası tamamən mümkün olmur.

“Üçüncü günün adamı” filmi təsadüfən rastlaşan iki nəfərin Sadiq (Hikmət Rəhimov) və İntiqamin (Rasim Cəfər) cəbhənin təmas xəttini keçib dağılmış evlərini axtarmasından bəhs edir.

Image result for üçüncü günün adamı

Biz onların təhlükəyə qatlanıb can atdıqları evlə hər hansı bağlılığını görmürük, müəlliflər qaçqınlıq faciəsindən keçmiş yerli tamaşaçıların yaddaşına güvənir. Ona görə də ekranda biz iki gəncin sərguzəştini izləyirik. Nəinki ömründən illəri “itirə-itirə” yaşayan insanın faciəsini...

Baş qəhrəmanın - Sadiqin yaşına çox da uyğun gəlməyən uzun bir həyat yolu var: Əfqanısatn müharibəsində SSRİ tərəfdən iştirak edib, əfqanalara əsir düşüb, buraxılanda nişanlısının başqasıyla evləndiyini görüb. Sonrasını qəhrəman xatırlamır, amma onu keşmiş nişanlısının ərini öldürməkdə ittiham edir və 17 il həbs verirlər. Biz qəhrəmanı həbsdən çıxandan sonra görürük. Həyat yolundakı fraqmentlərə fləşbəklərlə qayıdacaqlar. Həbsdən çıxan qəhrəmanın məqsədli şəkildə yox, tamamən təsadüfdən düşmən əlində olan dogma kəndinə qayıtmaq fikrinə düşməsinə qədər əsas süjetə elə də isti-soyuğu olmayan qəziyyələr izləyirik. Və bu qəziyyələrin qəhrəmanın xarakterində, vərdişlərində də hansısa izləri yoxdur.

Sadiq təsadüfi yol yoldaşı ilə işğal olunmuş kəndinə qayıdır, o, burada qətlində ittiham olunduğu Yavərin atası ilə rastlaşır. Qoca onları əvvəlcə əsir saxlamaq istəsə də yumşalır. Az sonra gənclər (gənc derkən Sadiqin 40-45 yaşları olmalıdır ki, bu qədər hadisəni ömrünə yerləşdirə bilsin) çoxlarından fərqli olaraq vətənində bəxtəvərcə ölən qocanı dəfn edirlər.

İzlərinə düşən düşməndən qaça-qaça atası erməni anası azərbaycanlı qızla – Mərcanla (Mətanət Abbas) tanış olurlar. Meşənin kənarında tək yaşayan qız onlara geri qayımağa kömək edir. Min bir əziyyədən sonra təmas xəttinə çatan yoldaşlardan biri - Sadiq qəfil qayıtmaq fikrindən vaz keçir: silahı suya atıb düşmən əlində olan torpağına qayıdır. İntiqam isə yolayrıcında onu səsləyir: “Gələn il gələcəm! Bir şey lazımdısa de, gətirərəm”. Bu yerdə filmin bəstəkarı optimist bir musiqi verir…

Tamaşaçının anlayacağı nə olmalıdır? Dövlət sifarişli film bu son epizodlarla bizə nə deyir? Qayıdış belə gizlicə baş verir, hər kəs tək-tək qayıdır və ya qayıdacaq? Düşmən elə kütdür ki, onu aldadıb işğal olunmuş vətənə istədiyin qədər gedib-gələ bilərsən?

Image result for Üçüncü günün adamı premyera

Silahın suya atılması, təbiət gözəllikləri təsviri “Biz müharibə istəmirik, vətənimizi istəyirik”, “Təbiət də bu azadlıq və torpağa bağlılıq hissimizlə harmoniyadaır” deməkdirsə, Rasimin eyni pozitiv musiqi ilə təmas xəttini keçib qalib kimi təhlükəsiz tərəfə keçməsi nə deməkdir? Ümumiyyətlə, film hansı mesajı verir? Düşmən əlində olan Qarabağda hər kilometrdən bir, bir azərbaycanlı ilə qarşılaşan qəhrəmanı izləyən qarabağlının “Deyəsən hamı qayıdıb e, bizə deməyiblər təkcə..” - qənaətindəki acı istehzadan nəyi götürüb adam qabağına çıxarmalıyıq? Acınımı, istehzanımı?

Anlamaq olmur ki, qəhrmanın nişanlısını əlindən alan Yavərlə evini əlindən alan düşməni paralelləşdirmək istəyib müəlliflər, yoxsa, Rusiya bazarında alverlə məşğul olan İntiqamla, 17 il həbsxana həyatı yaşamış Sadiqi ədəbi ana dilində danışdırmaqla vətənpərvər mətnləri kinotəsvirlə deklamasiya edir?

Ya da ki, bütün bunlar aktyorları, pis vəziyyətdə qoymaq üçün düşünülüb? Kamran rolunun yersizliyini qeyd etmək özü yersizlikdir - absurdun içində əlavə bir absurd axtarmaq olardı bu, halbuki, belə epizodlar heç olmasa az təminatlı aktyorlara maddi dəstək olub. Əgər olubsa.

Əlbəttə, süjeti subideyalardan arındırıb ona ideoloji-politik-təbliğati yox, həyati aspektdən yanaşmaq olar. Yaxın illərdə belə fakt da ortaya çıxmışdı - təmas xəttini keçib işğal olunmuş torpağına dəfələrlə gedən iki azərbaycanlı düşmən əlinə keçdi. Amma əlbəttə, məsələ bu fakta necə yanaşmaqdadır. “Üçüncü günün adamı” filmi bunu nikbin final kimi göstərir - o musiqi ilə, o dialoqlarla, o gülməli təsadüflərlə…

Bu bir yana, gözümüzün qarşısında o boyda fakt ola-ola bu film bizi olmuş hadisəyə inandıra bilmir. Və burada aktyorlarda heç bir problem yoxdur. Rejissor nə istəyib, ssenari müəllifi nə yazıb onu da oynayıblar. Hətta Hikmət Rəhimovla Rasim Cəfərin simasında “sərguzəşt -macəra -vətənpərvərlik” janrları arasında ciddiliyini itirən bir əhvalatın qəbullanması əziyyətini görürük.

İkincisi, axı dövlət kinosu konyukturası “günümüzü müəyyən edən, təmsil edən nikbin adam”ı - ifadə Nazirliyin kino yaradıcılığı və filmlərin təbliği sektorunun rəhbəri Yusif Şeyxova aiddir - göstərmək istəyirsə, bir tamaşaçı olaraq ondan nikbinliyin səbəbini soruşmaq istəyirik.

Yusif Şeyxovu xatırlamışkən, layihə təsdiqlənəndən, film çəkilib başa çatanadək filmin ssenari müəllifi rəsmi mənbələrdə belə Mədəniyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxovun adı yazılır. Amma premyera günü titrlərdə qəfil Maqsud Qarayşa adını görürük. Film boyu təsirlənə bilməsək də, bu yerdə əlbəttə ki təsirlənirik: vicdanlı məmurumuz qeyri-kommersiya çəkən kinematoqrafçılarının növbə gözlədiyi, artıq il-ildən azalan, təsdiqlənən kinolayihələrində adının görünməsindən utanır. Yoxsa “özləri yazır, özləri çəkir” deyərlər.

Çox təsirli hərəkətdir. Məsələn, Kinostudiyanın direktoru Müşfiq Hətəmov illərdir dövlət sifarişi ilə çəkilən filmlərdə adının qarşısına prodüser yazılmasından çəkinmir. Filmin təqdimatında kinoşünas Aygün Aslanlı da rejissorun iştirak etməməsi haqda versiyasını dedi: bəlkə utanır?

Film yaxşı alınsa bu sual kinoşünas xanımın ağlına gəlməzdi, bu qanqaraldan yazı da yazılmazdı, bəlkə Yusif Şeyxov da keyfiyyətli işin altından öz imzasını qoymağa utanmazdı.

Allah baisin evini yıxsın!

Təbii ki, ermənilərin...

news-inner-user
Aliyə

999 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021