Mel Gibson yəhudiləri yenidən qəzəbləndirdi
Kulis.azın “The Hollywood Reporter” qəzetinə istinadən verdiyi xəbərə görə Amerikadakı yəhidi icması Warner Bros kino kompaniyasının İuda Makkaveyə həsr olunmuş film çəkmək ideyasını qəzəblə qarşılayıb.
İuda Makkavey İsrailin milli qəhrəmanı, hərbçidir. O, Suriya çarı, iudaizmin kökünü kəsmək istəyən Antiox IV Epifana qarşı mübarizə aparıb.
Ssenari üzərində “Əsas instinkt” filminin sseanristi Co Esterhaz işləyir.
Layihənin prodüseri isə Mel Gibsondur.
O, həm də layihənin rejissoru və baş rolun ifaçısı da ola bilər. Amma son qərarı Gibson ssenari bitəndən sonra verəcək.
İcma nümayəndələrindən biri Abraham Foksmen bəyan edib ki, İuda Makkavey daha yaxşısına layiqdir.
O deyib: “Yəhudilərin milli qəhrəmanlıq tarixini başqa insanların dini baxışlarına hörmət etməyən adama həvalə etmək səhvdir”.
Qeyd edək ki, onların qəzəbinə səbəb Mel Gibsonun “İsa Məsihin əzabları” filmində yəhudiləri peyğəmbərin qatili kimi göstərməsidir.
Rəna Nevzat

Oxşar xəbərlər
Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında
16:23
13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?
16:00
13 noyabr 2026
Conni Depp Skrucla qayıdır
15:23
13 noyabr 2026
“Children of Blood and Bone” filmindən yeni treyler
13:04
13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası
12:38
13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə
15:11
12 noyabr 2026