Yeni filmlərə necə baxa bilərik? - PROBLEM

Yeni filmlərə necə baxa bilərik? - <span style="color:red;">PROBLEM
16 iyun 2017
# 15:23

Art-house kinosu sevənlərin Bakıda böyük ekranda görmək istədikləri filmlərin sayı il ərzində uzağı bir neçə film olar.

Amma çox zaman bu filmləri böyük ekranda görmək arzusu elə arzu olaraq qalır.

Məsələn, Andrey Zvyagintsevin bu il Kann festivalında mükafatlandırılan “Sevgisizlik” filmi iyunun 1-dən artıq Rusiyada prokata çıxarılıb. Bəs cəmi bir iri müasir kino mərkəzi, 3 kinoteatr şəbəkəsi olan paytaxtda “Sevgisizlik”, “Kvadrat”, “Müqəddəs maralın öldürülməsi”, “Dəqiqədə 120 zərbə” kimi yeni filmləri böyük ekranda görmək qismət olacaqmı?

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova “Sevgisizlik” filmini almadıqlarını deyir: “Distrubütorlar bu filmi bizə təqdim etməyib. Eləcə də adını çəkdiyiniz o biri filmləri. Yəni bizim siyahımızda o filmlər yoxdur.”

“Park-cinema” şəbəkəsinin Meneceri Tatyana xanım da sözügedən filmin repertuarda olmadığını, əlavə izah verə bilməyəcəyini söylədi.

“Cinema Plyus” kinoteatrlar şəbəkəsinin baş direktor müavini Cəfər Axundzadə mükafatlı art-house filmlərinin tamaşaçı gətirmədiyini söyləyir: “Biz, məsələn, “Sevgisizlik” filmini almaq üçün distrübutora müraciət etdik. Amma onlar filmi vermədilər. İki seans göstərməkdənsə, göstərməsəniz daha yaxşıdır, dedilər. Bundan əvvəl Kusturitsanın “Saman yolu ilə”, Zvyaqintsevin özünün “Leviafan” filmlərini göstərdik. Tamaşaçı bu filmlərə gəlmədi. Tamaşaçı gəlməyən filmi almaq sərf etmir. Bununla belə, yenə də həmin filmləri göstərməyə çalışacağıq”.

Həmçinin, Cəfər Axundzadə yerli kommersiya filmlərində keyfiyyət rəqabəti yaratmaq məqsədilə kinoteatrın seçicilik etdiyini söylədi: “Tamaşaçının yerli filmlərə marağı yaranıb və yerli filmlərə baxış sayı o birilərdən artıqdır. Müstəqil kommersiya filmləri necəsə tamaşaçını kinoteatra qaytarıb və biz bu tamaşaçını keyfiyyətsiz filmlərlə kinoteatrdan uzaq sala bilmərik. Bundansa keyfiyyəti aşağı olan filmləri yaxına buraxmırıq. Artıq kino gəlirli sahəyə çevrilir və hər kəs bu işə qoşulmaq istəyir. Bizimsə məqsədimiz çoxlu sayda filmlərin arasında keyfiyyət şkalası yaratmaqdır”.

# 2875 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər