Sağalmaz xəstəliyə tutulan adamın killer sifariş verməyi

Sağalmaz xəstəliyə tutulan adamın killer sifariş verməyi
17 iyun 2017
# 09:10

Kulis.az “Naməlum kino” layihəsində Elnur Mehdiyevin “Sifarişçi” və Günel Nəcəfzadənin “Dovşanın ölümü” filmlərini təqdim edir.

Süjet: Filmin qəhrəmanı ağır xəstəliyə düçar olan gənc kişidir (Ötkəm İsgəndərov). Həkimlər xəstəliyin sağalmayacağı, onun bir aydan artıq yaşamayacağı ilə bağlı diaqnoz qoyublar. Kişi ağrılardan qurtulmaq üçün özü qətlinə sifariş verir. Və bunun üçün killer (Kazım Həsənquliyev) tutur. O vidalaşmaq üçün keçmiş sevgilisini (Mehriban Xanlarova) evinə dəvət eləyir. Amma ona həqiqəti demir. Qadına onun həyatında yeganə həqiqət olduğunu və uzaq bir ölkəyə köçəcəyini deyir...

Killer zəng edir və səhər erkəndən görüşəcəyini yadına salır.

O, erkəndən killerlə görüşür. Onlar şəhərdən xeyli kənara, göl qırağına gedir. Killer tapançanı ona uzadır, kişi birdən ona dayanmağı, hələ hazır olmadığını deyir. Amma killer onu dinləmir və tətiyi çəkir, birinci güllə boşa çıxır. Killerlə əlbəyaxa olan kişi tapançını ondan alaraq gölə tullayır...

“Sifarişçi” yazıçı ssenarist Natiq Rəsulzadənin eyni adlı hekayəsinin motivləri əsasında çəkilib.

Filmdə qəhrəmanın hansı xəstəlikdən əziyyət çəkdiyi haqda məlumat verilmir. Çünki xəstəlik şərtidir və fiziki ağrı əslində qəhrəmanın mənəvi dünyasında baş verənləri ön plana çəkir. Əsas məqsəd əzab çəkən insanın tənhalığını, ətrafla ünsiyyətinin qırılmasını, həqiqəti deyə bilməməsini göstərməkdir. Bəzən olur ki, insan ona əzab verən düşüncələrini gerçək yaşantılarını ən doğma adamlarına belə deməkdə çətinlik çəkir. Ya onları incidəcəyindən, ya düzgün anlaşılmamasından qorxur.

Killer kişini öldürməyə aparanda o, fikirlərini qatillə bölüşmək istəyir, ona etiraflar eləmək istəyir. Özünün də dediyi kimi tanımadığı, təsadüfi adamla içindəkiləri bölüşmək daha asandır, çünki yad adamın qarşısında məsuliyyət daşımır, qınaqla üzləşmir. Amma killer soyuqqanlılıqla onu rədd edir və fikirlərinin ona maraqsız olduğunu deyir.

Kişi təbiəti seyr etdiyi an fikrindən vaz keçir, qəfil ayılır, həyatını yenidən dəyərləndirir. Təbiətlə ünsiyyət onun üçün katarsis rolunu oynayır.

Rejissor qəhrəmanın ruhi çırpıntılarını qəfəsdə çırpınan quşla simvollaşdırır.

2000-ci ildə “Debüt” studiyasında çəkilən filmin operatoru Şərif Şərifovdur.

Günel Nəcəfzadənin “Dovaşanın ölümü” minimalist kamera filmdir. Hadisə bağ evində cərəyan eləyir. Film dovşanın basdırılması səhnəsiylə başlayır. Bağdakı iki dovşandan biri ölür. Dovşanın ölümündən sarsılan gənc qadın film boyu ancaq dovşandan danışır, onun xiffətini çəkir. Və ərindən dovşanın tək qalmaması üçün kipri almasını xahiş edir....

“Dovşanın ölümü” Afaq Məsudun eyni adlı hekayəsinin əsasında çəkilib. Afaq Məsudun qadın qəhrəmanları gündəlik, monoton məişət həyatlarında darıxır, sıxılır, şəxsiyyət böhranı keçirir. Və onun əsərlərindəki cütlüklər ünsiyyət qurmağın, bir birini anlamağın çətinliyini yaşayırlar.

Dovşanlar da əslində ər-arvadın həyatına metaforadır. “Dovşanın erkəyiylə dişisini bir yerdə saxlamazlar. Biri ölür həmişə” hekayənin ideyasını açır. Münasibətlərin tükənməsi, yadlaşan adamların məcburi birlikdəliyi mənəvi ölümdür və fiziki ölümdən daha faciəlidir.

Filmin bəstəkarı Cahangir Zülfüqarov, operatoru Fərid Bağırovdur. Film 2008-ci ildə Rüstəm İbrahimbəyovun Bakı Beynəlxalq Kino məktəbində istehsal olunub.

# 4148 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:40 29 iyul 2026
Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

13:20 29 iyul 2026
"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

13:00 29 iyul 2026
Cem Yılmazın yeni serialından ilk fotolar

Cem Yılmazın yeni serialından ilk fotolar

12:40 29 iyul 2026
"Odisseya"nın tərcüməçisindən Nolana sərt tənqid: "Ssenari bərbaddır"

"Odisseya"nın tərcüməçisindən Nolana sərt tənqid: "Ssenari bərbaddır"

12:20 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər