Kim-kimi aldadır – ENDİRİM OYUNLARI

Kim-kimi aldadır – <span style="color:red;">ENDİRİM OYUNLARI
17 iyun 2017
# 11:59

Aliyə

Bu günlərdə məşhur elektrotexnika dükanlarından biri gecə endirimi xəbəri ilə camaatı müjdələdi. Üç qat aşağı qiymətlə təklif olunan mallar həm də ehtiyaca uyğun əşyalar idi. Vədə tamam olanda dükanın qabağında iynə atsan yerə düşməzdi. Az sonra elə bu dükanın qabağında məyus dialoqlar eşidilirdi:

- Ay ma, axı əlində 4 ütü var idi?

- A bala, bunlar camaatı dolayıblar, o ütülər 49 manata imiş. Qayıdıb qoydum yerinə...

- Əşi 3-4 dənə endirimli malı qoyublar qabağa, qalan hamısı od qiymətinə...

- Qayıdun e, qayıdun, endirim nə gəzir...

Bayaqdan dükanın qarşısında bir-biri ilə danışmayan, qapının açılmağını gözləyən adamları indi uğursuzluq birləşdirmişdi; hamı dil açıb dükanın dalınca danışır, bir-birinə narazılığını ifadə edirdi.

Əvvəlcə endirimdəki cəmi 5-10 malı qapıb almış-çalmış adamlar sürətlə maşına minib getdilər, sonra pərt adamlar yavaş-yavaş dağılışdılar, yerində hadisəyə gülüb lağ edən adamlar qaldı, onlar da pərtliyi gülməyə lağa çevirib çıxıb getdilər.

Brend mallar dükanının qarşısında pərtlik nəyin pərtliyi idi? Əlbəttə, az əvvəl uşaq böyük demədən basabas yaradan adamlar həşirlərinin boş yerə olduğundan. Amma həm də növbəti dəfə uduzduqlarından.

Marketinq insan psixologiyasını elə dərindən öyrənibən, insandan düzəlməz istehlakçı hətta şoppinqoman düzəldib. “2-ni al, birini hədiyyə edək” təkliflərilə zəncirlənən alıcılar, nəfsindən ağlından tələyə düşən adamlar çapalayır, çapaladıqca daha çox ilişirlər.

O qədər ki, hər şeyin sadə olduğunu görmək çətinləşir. Məsələn, “2- ini al 1-i hədiyyə” tələsində çapaladığın vaxt, vaxt itirdiyin vaxt qızının təəccüblü sualı səni ayılda bilər: “Mütləq nəsə seçməliyəm? Buradan çıxa bilmərik indi? Nəsə almağa məcbur edirlər ki, bizi, ana?”

Çünki, endirim sözünün yanında ehtiyac sözü yox, udmaq, qabağa düşmək ehtirası dayanır. Məsələ təkcə udmaqdadırmı? Heç bu amansız marketinqlə mübarizə aparmaq olarmı ki udasan da?

Bu pərtliyin bir başqa səbəbi var. Əlbəttə, insanları o dükanın qarşısına həm də ütüyə, ventilyatora və s.- ə ehtiyac gətirib. Amma başqa səbəb var: bu günün istehlakçısı ağır travma yaşayır, aldanmışlıq maniyası içindədir. Ona görə, yüzlər itirən bu istehlakçı, endirimdə qazanacağı manatlarla təsəlli tapmaq, özünü ovundurmaq, “istehlakçı qürurunu” oxşamaq istəyir. Ki, bu dəfə də alınmır.

Yəni, o məşhur filmdə deyildiyi kimi, məsələ bir kilo sosiskada deyil, “vnimatelniy” olmaqdadır”... Hansı ki, o “vnimatelniy olmağı” növbədə bir-birindən əsirgəyirdilər...

Bu günün istehlak cəmiyyətində örnəklər tapmaq asan deyil. Amma imtina etmək həmişə var. Bu udmaq-uduzmaq oyunundan imtina etmək...

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər