Nə var idi o sandığın içində? – Salam Sarvandan YENİ ŞEİR

Nə var idi o sandığın içində? – <span style="color:red;">Salam Sarvandan YENİ ŞEİR
16 iyun 2017
# 09:00

Kulis.az tanınmış şair Salam Sarvanın yeni şerini təqdim edir.

Bir həkimə yarızarafat

Artemida, heç düşürmü yadına:

Bax indicə ağlaram ha – deyib də

Gözlərinin yaşıyla qorxutmağın...

Əlim dəyib şərabı dağıdanda

Əlin dəyib şirəni dağıtmağın.

Cəmi bir yol durduq sənnən yanaşı

Ki bir görək... beş sant səndən uzundum.

Qarşı divar tavan oldu bir anda:

Ayaq üstdə havadaca uzandıq.

Yadımdadı bir də o köhnə sandıq.

Nə var idi o sandığın içində –

Qara günçün saxladığın qaranlıq?

Biz yoxluqda qarışıqdıq, bir idik:

Artemida, axı niyə yarandıq?!

Gözəl idi göndərdiyin şəkildə

Öz balanın qucağında yatmağın...

Harda qaldı başım üstdə oturub

Baxışınla yuxudan oyatmağın...

Bir-birinə nə tay gəlir, sayırdıq

Ki, dünyada görək nə nəynən gedir:

Sən deyirdin, çaynan gedir mürəbbə,

Mən deyirdim gözlərin göynən gedir...

İndi yaman qocalıram, əzizim:

Artemida, ömür hər şeynən gedir.

Artemida, gözəl idi həyatda

Uşaq kimi məni atıb-tutmağın...

Dedin, bir də qəbrin üstə gələrəm,

Niyə belə yubandı qayıtmağın?

Sevgi nədi – canatdıdı, canatdı...

Bilmək olmaz, bəlkə o da talantdı.

Cəmi bir an bəs elədi hər şeyə –

Cəmi bir an... yanıldım və yanıltdım.

Keçən keçdi, indən belə hər yerə

Beşcə santlıq qırağından baxaram,

Miz üsdəki həmin o külqabının

Səntərəfki yarığından baxaram.

Yenə yoxam, yenə yoxam, yenə yox:

Nə var, nə yox, nə tutmusan əlində?

Nə var idi o sandığın içində,

İndi nə var o sandığın çölündə?

İndi kimnən kim gedir, Artemida

Artemida, indi nə nəynən gedir?

# 6674 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər