writer1

Aqşin Yenisey

Məqalə sayı

64
clock17:31 calendar-gray 13 İyun 2017 view-gray144 dəfə oxunub
view-gray144 dəfə oxunub

“Arzulardan sonrakı şəhər”ə alqışım və qarğışım

Şərif Ağayarın “Arzularımdan sonrakı şəhər” romanını oxudum.

Roman artıq ictimai müzakirəyə çıxarıldığı üçün fikirlərimi özünə deyil, publikaya yazmağı daha faydalı bildim. Romanda alqışladığım və qarğışladığım məqamlar var. Əvvəlcə alqışladığım məqamlardan danışaq.

Birincisi, romanın dünya oxucusu üçün yazıldığı dərhal hiss olunur, bu, möhtəşəm cəhddir.

İkincisi, Şərifin bu romanı yazıçılığın başlıca şərti olan daxili səsin, daxili mühitin diktəsi ilə yazdığını alqışlayıram, publisistik dildən imtina, gündəlik və ani çığırtılardan uzaqlaşmaq romana ədəbi etalonlara xas olan etik və estetik ağırlıq qazandırıb.

Üçüncüsü, hiss olunur ki, Şərif artıq romanı roman üçün yazmaq ustalığına yiyələnib. Çünki bizdə, adətən, şeir də, nəsr də ruhunda aşkar bir qüsur daşıyır ki, bu da əsərin ilk növbədə müəllifin özü üçün yazıldığını hər misrada, hər cümlədə peşəkar oxucuya müjdələyir.

Məsələn, bizim Həmid Herisçinin hər cümləsi car çəkir ki, ay külbaşlar, mən ilk növbədə Herisçinin özü üçün yazılmışam, bu publisistik eqoistlikdən irəli gəlir ki, Şərif, məncə, bundan duyuq düşə bilib. Ən azı, roman özünə əllinin-əlliyə müəlliflik etməyə çalışır.

Keçək qarğışladığım məqamlara.

Hələ Çingiz Aytmaytovun “Əsrə bərabər gün” romanı ilə Azərbaycan ədəbiyyatına ayaq açan, Yusif Səmədoğlunu “Qətl Günü” romanıyla milliləşən və bu gün dünya ədəbiyyatında artıq keçilmiş mərhələ hesab olunan müasirliklə keçmişin, tarixin bu cür üstüaçıq, fəsildən-fəsilə səsləşməsini Şərifin romanda qəbul edə bilmədim.

Bulqakovun “Master və Marqarita”sından sonra buna ehtiyac yox idi; ən azı, bu cür “qarğa məndə qoz” var şəklində yazılması, mənə görə, tələm-tələsik dünya yazıçısına çevrilmək arzusundan yaranıb. İkincisi, romanın Azərbaycan nəsrinin Azərbaycan oxucusuna və dili bilməyən imtiyazlı yazıçılara məğlubiyyəti kimi dəyərləndirdiyim dilin ən axıcı qatında yazılmasıdır.

Roman nağıl deyil, romanın dili mövzunun özü qədər dolaşıq, ziddiyyətli, qarmaqarışıq olmalıdır. Oxucu hadisənin yox, dilin həyəcanını hiss etməlidir. Şərif o qədər ziddiyyətləri elə axıcı dillə yazır ki, adam müharibə hay-həşirinin firavanlığı içində həyatının ən şirin yuxusuna gedir. Müharibənin öz dili olmalıdır, bunu məktəbdə bizə öyrədilən Azərbaycan dilinin qrammatikası ilə eyniləşdirmək olmaz. Bu gün dünya nəsri müharibənin özünü yox, dilini yazır.

Bütün bu alqışlara və qarğışlara baxmayaraq, Şərifi bu romana görə təbrik edirəm, bilmədiyim, yanıldığım bir şey varsa da, öyrənməyə, düzəltməyə hazıram.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019
Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib
12:01 21 Sentyabr 2019
Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video
11:14 21 Sentyabr 2019
Xalq artistimiz Böyük Teatrda oynayacaq
10:05 21 Sentyabr 2019
On yaşlı uşağı qaçırıb evində saxlayırdı...
08:58 21 Sentyabr 2019
“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir?
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019