“Səsimi unutma” tamaşası: ölüm qovuşdurmur! - RƏYLƏR

“Səsimi unutma” tamaşası: ölüm qovuşdurmur! - <span style="color:red;">RƏYLƏR
9 iyun 2017
# 13:21

Kulis.az dünən Yuğ Teatrında ilkin baxışı keçirilən “Səsimi unutma” tamaşası haqqında yazarlarımızın rəyini təqdim edir. Məlumat üçün bildirək ki, tamaşanı yazıçı Kamal Abdullanın “Bir, iki, bizimki...” pyesi əsasında rejissor Gümrah Ömərin səhnələşdirib.

Image result for sevda sultanova

Sevda Sultanova

- Tamaşa həyata fərqli baxan qadın və kişi baxışlarının toqquşması, münasibətlərinin çətinliyi haqdadır və klassik əhvalatdır. Ona görə orda hər birimizə tanış, doğma nələrəsə vardı. O ki qaldı, əsərin bədii həllinə, peşəkar teatr tənqidçisi deyiləm və bu səbəbdən fikirlərimi yalnız sıravi tamaşaçı kimi deyirəm. Məncə, tamaşada rejissorun təklif elədiyi vizual ifadə vasitələri aktyorların oyunu fonunda kölgədə qalırdı və onların oyununa tamamilə qoşula bilmirdi. Məsələn, çıxılmazlıq ifadə edən çərçivələr, fleşbeklər sanki aktyor ifasına uduzurdu. Düzdür, Gülzar Qurbanova elə aktrisadır ki, təkcə duruşu bir tamaşadır. Hər halda mənim üçün tamaşaçı kimi önəmli odur ki, əhvalatın atmosferini duya bildim. Əməyinə görə yaradıcı heyətə, rejissor Gümrah Ömərə təşəkkür edirəm.

Image result for şərif ağayar

Şərif Ağayar

- 90-cı illərin axırlarında Yuğ Teatrının ilk tamaşasına baxanda çaşıb qaldım. Çünki nəsə bir məna axtarırdım və məntiq tapmaq istəyirdim. Səhvi də burda edirdim! İndi bəzən sürreal rəsm əsəri qarşısında heyrətlə dayanan adam görəndə, bir az da dodağım qaçır. Elə sənət nümunələri var ki, onlar ordan məna və məntiq çıxarmaq üçün deyil. Sadəcə baxıb və ya oxuyub öz interpretasiyanda qəbul edirsən. Dünən Yuğ Teatrda ilkin baxışı keçirlərn “Səsimi unutma” tamaşası da məncə bu düstura əsaslanırdı: yazıçı yazdığını yazıb, rejissor qoyduğunu qoyub, tamaşaçı baxdığına baxır... Tamaşanı, qəhrəmanın (Məmməd Səfa) yaddaşına və alt şüuruna səyahət kimi də qəbul etmək olar. Eyni anda ayna effekti ilə qəhrəmanın və sevdiyi Qadının gənclik dövrü səhnədə canlanır (Amid və Ləman). Bəzən hərə öz dövrü ilə, bəzənsə diaqonal dialoqlar gedir. Əslində dialoq da deyil, hərə öz sözünü deyir və sadəcə sözlərin kəşidiyi bəzi məqamlar var. Deyəsən, elə aktyorlar da oynadığını oynayırdı. Əsas odur ki, tamaşa tamaşaçıları axıracan balaca zalın qaranlığındakı ölüm sükutuna gömməyi bacardı. Hətta aradabir güldürdür də! Yəni, axıracan öz emosional-intellektual haləsində saxladı. Rejissor Gümrah Ömər də deyəsən buna görə hərdən məmnunluqla qımışırdı. Gülzar Qurbanova isə tamaşanın sonuna yaxın əməlli-başlı duyğulandı. Bəli. Konkret bir süjetdən, bir hadisədən bəhs olunmasa da hər kəs nəsə götürürdü bu tamaşadan. Çünki hamının həyatında keçmiş, yaddaş, sevgi və ölüm var. Axırıncının gecindən olsun.

Image result for mirmehdi ağaoğlu

Mirmehdi Ağaöğlu

- “Səsimi unutma” tamaşasının afişasında yazılmışdı: “Bir bölümlü yuğlama”. Öyrətmək kimi çıxmasın, yuğlama qədim türklərdə yas mərasiminə verilən addır. Məncə bu tamaşada məhz məzar başında qurulan yuğlama idi. Bir kişi (Məmməd Səfa) sevdiyi Qadının (Gülzar Qurbanova) məzarı başına gəlir və...

Və burada qadınla birgə olduğu illərə, xatirələrə qayıdır. Qadınla ta uşaq bağçasında yaşadığı oyunlar, xatirələr gözünün qabağında canlanır. Eyni zamanda tamaşaçı da səhnədə kişi və qadının uşaqlığını (Amid və Ləman) görür, onların küsməklərinə, barışmaqlarına şahid olur. Həmin “uşaqlar”ın tez-tez işlətdikləri “bir-iki, bizimki” sözləri isə adi deyim deyil, qəhrəmanın altşüuruna, paralel dünyaya keçid üçün sehrli sözlərdir, mantradır, “sim-sim açıl” kimi bir şeydir.

Xəyaldakı qadın kişini həmişə olduğu kimi yenə də tək qoymaqda ittiham edir. İttihamlar qarşısında təslim olan kişi bu dəfə qadının istəyinə əməl edir, “Bir-iki” sehrli sözlərini deyir və qarşısında o dünyanın, paralel dünyanın qapıları taybatay açılır. Kişi ölür. Lakin ölüm qovuşma deməkdirmi? Bu dünyada bir-birini sevənlər o dünyada da qovuşurlarmı? Sonda qəhrəmanların bir-birini axtarmaları və səhnənin yarıqaranlıq atmosferi bu sualın cavabını tamaşaçının ixtiyarına buraxmır, özü verir – qo-vuş-mur-lar!

Görüntünün olası içeriği: 2 kişi

# 2676 dəfə oxunub

Oxşar xəbərlər

"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər