news-inner
clock16:46 calendar-gray 08 İyun 2017 view-gray353 dəfə oxunub
view-gray353 dəfə oxunub

Bayıldan bayıra - Həyat Şəmi yazır...

O, bir müddət həbsdə yatdı. Amma yatmadı... Adı gələndə hər kəsdə dəhşət yaradan məkan - içəri ona çox şey yazdırdı. İçəridə nə yaşadı, nələr gördüsə hamısını qələmə aldı. Bir sözlə, orda da mütaliəsindən, yazmasından, qələmindən, düşünməsindən qalmadı.

Onun ən gözəl şeirləri içəridə yazılan şeirlər oldu. Buna görə də ona içəri şeirləri üçün "içəriyə düşməyə dəyərmiş" deyənlər çoxdur. Özü isə "Burda darıxmaq olmaz" dedi 2008-ci ildə, amma hiss olundu ki, darıxa-darıxa yazırmış ən gözəl şeirlərini:

Sənsizlikdən darıxıb,

dərindən ah çəkirəm,

Mən şeir yazmıram ki,

sözlə günah çəkirəm.

Yaxud,

Səbrin çatacaqmı payıza qədər

durub gözləyəsən...

Gözləmək çətin

ağlına yerləşsin...

Bu dar məhbəsin,

Geniş qapısından çxmaq bir yana,

Sənin xatirənlə əl-ələ tutub

Bu məhbəs boyunca gəzinmək çətin.

Sonra 2017-ci ildə "Bayıldan bayıra" kitabıyla sözünü dedi. Bu "söz" çoxlarının üzünə sillə kimi dəydi. Çünki, bu söz dramatik hadisələrlə zəngin həyat və həyatın konkret insanlarını göstərdi...

Bəzilərini ifşa etdi...

Həqiqəti açıqladı...

Mən də oxucusu oldum "Bayıldan bayıra" kitabının. Onun bu kitabı "Lənətlənmiş həyat" povesti və hekayətlərdən oluşub. Hekayətlərin qəhrəmanları ən ağır imtahanlardan kemiş, həyatın hər üzünü görmüş, yük daşımış insanlar olsalar da, maraqlıdırlar, real insanlardır. Müəllif cinayətkar bir cəmiyyətin cəm olduğu, cəza çəkdiyi yerdə az müddət olsa da, müştərək həyat yaşadı.

Yaşadığı bu qısa müddətdə içəridəkilərlə, içərisində olduğu mühitlə canlı ünsiyyətdə oldu və bu, ona canlı bir əsər yazmağa kömək etdi. Əsər həyat həqiqətlərinin əksindən, bu həqiqətlərin acı simasından bəhs edir. Törətdikləri cinayətlərin, çəkdikləri "srok"un fərqliliyi ilə fərqli insanlar cəm olub bu kitabda.

Əsər Bayılla tanışlıqdan başlayıb, içəridə bağışlanmayanlardan tutmuş bağışlananlara qədər hər şeydən danışır. Həm həqiqətin hər üzü açılır, həm də pozitiv bir niyyətlə rəng qatılır ona. Kitabı oxuduqca düşünürdüm ki, o, yalnız o, bu məhkum olduğu həbsxana həyatına nikbin baxmağı bacara bilərdi. İçəridə onun yerinə başqa bir yazıçı və ya şair xəyal etdim. Dərhal da, bədbin bir sima gəldi gözümün önünə.

Əsər boyu müəllifin "türmə" həyatına yumorlu yanaşması və istintaq metodlarına ironiyası özünü göstərir. Məsələn, müstəntiqin "Ə, qoduq, camaatın balasını niyə zəhərləyirsən?" - sualına Məmməd "Neyləmişəm ki, nəçənnik?" deyir. "Neynəməmisən, ə, qoduq oğlu qoduq!" deyən müstəntiqə "Söyüş söymə, nəçənnik, ayıbdı" deməklə müəllif Məmmədin diliylə müstəntiqi tənbeh edir. "Ə, səni bilirsən neyləyərəm? Cavab qaytarırsan, ə, mənə? Petuxun biri petux!" deməklə isə müstəntiqin leksikonuna tənə edir.

Maraqlı və fərqli qəhrəmanların hekayətləri öz adlarıyla verilib əsərdə: Masallı Mamed, Şirxan, Füzuli, Akula Tolik, Şəhriyar, Cibgir Pərviz (Lap burda Cibgir Rantik düşdü yadıma), Alatavalı Talış Zaur, Umud, Mehman, Sarı, Mayor Mikayıl, Xaqani, Kazbek, Fəxri, Zabit Nizar, Güləbirdli Vaqif, Xosrov dayı, Ağır Seyid, Samir, İşverən Hüseyn, Pələng Cavad, Erməni Mişa, Malış Vaqif, Yasamallı Teymur, Dağlar oğlu Ramiz, Gülsüm, Ziba və sairə...

Əsər "türmə" terminləri, jarqon ifadələrlə zəngindir. Bu qədər jarqon ifadələrin bol olduğu ikinci bir əsərə rast gəlməmişdim. Bu da əsərin özəlliyini artırır: "Qrex", "zon", "ranq", "kormuşka", "podval", "katyol", "okansovka", "praykovoy", "volya", "xata", "peredaça", "pristupnı mir", "uçastkovı", "koterjan", "şponka", "paçka", "poxodka", "xlebnik", "opartaçyonnı", "qrev", "kalendar", "krıtıda olmaq", "tasovkalamaq" və sairə... Kitabda sovet dövrünün islah düşərgələrindəki vəziyyətin eybəcər qalıqları kimi kriminal aləmi dolğun əks etdirən rus terminləri də az deyil: Qorotdel, KPZ, İVE, ŞİZO, ÇP, DRENK və sairə.

"Bayıldan bayıra" əsəri müəllifin nəsri kimi zühur etdi və zənnimcə uğurlu alındı. Onun nəsri də poeziyası qədər sevilən oldu.

Bəs müəllif kimdir?

Əlbəttə ki, hamı tanıyır onu, deməsək də olar. Amma deyək: Faiq Balabəyli!

news-inner-user

17144 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020
“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti
17:05 30 Noyabr 2020
Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi
16:23 30 Noyabr 2020
Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video
15:34 30 Noyabr 2020
Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli
14:52 30 Noyabr 2020
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı – Məşhur şairdən maraqlı faktlar
14:11 30 Noyabr 2020
Trampın arvadı Ağ Evdə baş verənlərdən kitab yazır
13:25 30 Noyabr 2020
Müharibə başlayıb, Nəbatat bağındayam... - Rəşad Nağı Mustafadan yeni şeir
12:43 30 Noyabr 2020
Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər
12:11 30 Noyabr 2020
Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
11:39 30 Noyabr 2020
Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
11:05 30 Noyabr 2020
"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
10:30 30 Noyabr 2020
Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
10:06 30 Noyabr 2020
Qərbin sülh riyakarlığı və bizim saxta pasifistlər – Sevda Sultanova yazır...
09:00 30 Noyabr 2020
Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020