Qan xəstəsi olan uşaq haqda film - TƏQDİMAT

Qan xəstəsi olan uşaq haqda film - <span style="color:red;">TƏQDİMAT
5 iyun 2017
# 10:52

Dünən “Ramada otel”də “Arzuların son uçuşu” adlı filmin təqdimat mərasimi oldu. Kulis.Azın verdiyi xəbərə görə, qısametrajı filmin rejissoru Pəyyam Rafiqoğludur.

Film qan xərçənginə tutulan uşağın son dəqiqələrindən bəhs edir. Balaca Xəyal hər gün ölümlə savaşır, getdikcə daha da solğunlaşır. Onu xilas etməkdə aciz qalan həkim Vidadi və tibb bacısı Lamiyə uşağın əzablar içində qovrulmasına baxa bilmirlər. Tibb bacısı Lamiyə uşağa mehrini salır, onu öz doğması kimi bağrına basır, son dəfə uşağı dəniz sahilinə aparır, balacanı doyunca gəzdirir, bərabər göyərçin uçurdur. Film uşağın ölümü ilə başa çatır.

Əvəz Hüseynzadənin “Çərpələng” hekayəsi əsasında çəkilən “Arzuların son uçuşu” 16 dəqiqəlik qısametrajlı filmdir. Prodüsser Füqanə Zeynallı, rejissor Pəyyam Rafiqoğlu, bəstəkar Sevinc Tofiqqızıdır. Vidadi Quliyev, Mətanət Eres, Sevinc Tofiqqızı, Mehdi Abdullayev, Elçin Əfəndi filmdə rol alıblar.

Filmin baxışından sonra aktyorlar, qonaqlar film haqqında öz fikirlərini, təəssüratlarını bölüşdülər. Baş rolda, həkim obrazını canlandıran Vidadi Quliyev dedi ki, bir neçə dəfə epizodik rollarda filmə çəkilib:

“Mənə belə bir təklif gələndə razılaşmalı oldum. Ssenarini oxudum, mənə ağır gəldi. Çünki özüm də həkiməm. Əslində, öz rolumu oynayacaqdım. Mən filmdə nə qədər aktyor kimi olmağa çalışsam da, alınmadı. Əksinə filmdə də həkim kimi oldum. Ssenaridə yazılmışdı ki, Vidadi həkimin tibb bacısı Lamiyə xanım. Qəribədir ki, mən neçə illərdir Lamiyə adlı tibb bacısıyla bərabər işləyirəm. Qüsurları olsa da, düşünürəm ki, bu film bizim ortaya qoyduğumuz vacib işdir. Mən nə vaxtsa Rasim Balayev, ya da hansısa məşhur aktyor olmayacam. Amma istərdim ki, məni də aktyor sahəsində bir yerim olsun”.

Daha sonra Şeyx Əbdül film haqqında öz təəssüratlarını bölüşdü:

“Aktyorlar zəhmət çəkiblər. Onlar filmin ərsəyə gəlməsi üçün çalışıblar. Qüsurlar həmişə olacaq. Amma bu cür gözəl iş ortaya qoymaq yalnız alqışa layiqdir. Yaradıcı qrupu təbrik edirəm!”

Təqdimatda iştirak edən Flora Kərimova da öz ürək sözlərini dedi, yaradıcı heyəti film münasibəti ilə təbrik etdi: “Ağrılı bir mövzuya toxunublar filmdə. Mən onların bu uğuruna sevinirəm. Vidadi həkimə, digər aktyorlara halal olsun”.

Flora xanım daha sonra maraqlı bir ifa ilə tədbirə şuxluq gətirdi.

Yazıçı Baba Vəziroğlu çıxışında Flora xanımın fikri ilə razılaşdığını dedi, güclü, ya zəif olmasından asılı olmayaraq ortaya iş qoyulmasını təqdir etdi və çıxışının sonunda tamaşaçıların xahişi ilə bir şeirini dedi.

Sonda balaca Xəyalı, xəstə uşağı canlandıran Mehdi Abdullayev danışdı, üç filmə çəkildiyini dedi.

Üzrlü səbəbdən təqdimatda filmin rejissoru Pəyyam Rafiqoğlu iştirak edə bilməyib.

Film təqdimatının sonunda tamaşaçılar aktyorlarla şəkil çəkdirdilər.

# 2727 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər