writer1

Şərif Ağayar

Məqalə sayı

550
clock11:31 calendar-gray 26 May 2017 view-gray358 dəfə oxunub
view-gray358 dəfə oxunub

Yazıçı olmağın üç şərti

Niyə ürəyimiz istəyəni yaza bilmirik?

Niyə dünyaya çıxa bilmirik?

Niyə bizdə alınmır?

Suallar çoxdur.

Mənə görə, Azərbaycan ədəbiyyatının üç vacib problemi var.

Sıralayaq...

1. İstedad

Əslində, ölkəmizin istedad problemi heç vaxt olmayıb. Ənənəvi istilahla desək, torpaq yetirir! Ancaq istedadı reallaşdırmaq üçün lazımı mühitin olmaması çox vaxt bu istedad sahiblərinin toplumda görünməsinə, qiymət almasına imkan vermir. Azərbaycan istedadlarla yox, məhv olmuş istedadlarla doludur. Dolanışıq dərdi gənc şair və yazıçıların axırına çıxır. Bir yandan da ətrafdakı dərd-əzablara dözməyib içkiyə qurşanmaq mərəzi... Vəziyyət ağırdır.

2. İntellekt

İstedadlı adamların içərisində nadir adamlar olur ki, bu mərhələyə adlaya bilir. Elə bir istedadın məhv olması onun bu və ya digər səbəblərdən gəlib intellekt mərhələsinə ulaşa bilməməsinə görədir. Ədəbiyyatda intellekt hər şey deyil, amma çox şeydir. İntellektli adam dərdə-ağrıya da dözüm tapır, onu ədəbi məhsula çevirərək özünü xilas edir. Üstəlik intellektli adamın dolanışıq, yaşayış dərdi çox olmur. Çünki, nə qədər olmasa savadlı, bacarıqlı, zəhmətkeş insanlar daha asan iş tapa bilirlər.

3. Şəxsiyyət

Şəxsiyyət olmasa, bir ədəbiyyat adamının istedadı və intellekti heç nəyə yaramayacaqdır. Heç nəyə yaramaması bir yana, ədəbiyyata ziyan vuracaqdır. Ədəbiyyat mənəviyyatla sıx bağlı məsələ olduğundan burda oyunbazlıq, üzgörənlik, yaltaqlıq çox pis görünür. Kənardan baxanları sözdən iyrəndirir. Ona görə, şəxsiyyəti olmayan istedadlı intellektual çox təhlükəlidir. Belə adamları adətən prinsipsizliyindən, ikili, üçlü standartlarla düşünmələrindən, şəxsi ambisiyaları ədəbiyyatdanuca tutmalarından asanlıqla tanımaq olar.

Bütün dünyada olduğu kimi, bizdə də sabaha daşınacaq, sabaha işıq salacaq ədəbiyyatı istedadı, intellekti və şəxsiyyəti olan insanlar yaradacaqlar.

Necə ki yaradıblar.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Stalinin əlindən qaçdı, Məkkədə yaşadı, üç arvad aldı - Leninin müsəlman qardaşı
15:33 16 İyun 2021
Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə
14:45 16 İyun 2021
Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi
14:02 16 İyun 2021
Dayısı Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, küsüb Azərbaycandan getdi, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz
13:11 16 İyun 2021
Tarix bizi Şuşada gözləyirdi – Aqşin Yenisey yazır...
12:39 16 İyun 2021
Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi
12:30 16 İyun 2021
Fərid Hüseyn Nizamidən mühazirə oxuyub
11:59 16 İyun 2021
Aləmi bürüyən ədəbiyyat ətri
11:30 16 İyun 2021
Seda Sayan Mehmet Ali Erbili təcavüzdə ittiham etdi
10:56 16 İyun 2021
Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…
10:05 16 İyun 2021
İlhamiyyə Rza: “Həmid efirdə lap ağ eləmişdi” – Müsahibə
09:01 16 İyun 2021
SSRİ-də yay istirahəti - Nostalji fotolar
21:00 15 İyun 2021
Nobelli yazıçı daha bir mükafata layiq görüldü
18:39 15 İyun 2021
Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür
17:45 15 İyun 2021
Öz arvadını söydü, Səməd Vurğunu pislədi, yad qadınla yaxalandı – Hüseyn Arifin heç yerdə yayımlanmayan lətifələri
17:01 15 İyun 2021
Əməkdar artist vəfat etdi
16:18 15 İyun 2021
Bakının yaşı keçmiş ofisiant qadınları: Onları necə alçaldırlar?
15:30 15 İyun 2021
Müğənninin cızma-qarası 281 min dollara satıldı - Foto
14:41 15 İyun 2021
Məşhur bəstəkar vəfat etdi
14:01 15 İyun 2021
Mənə zorla köynək satan qız - Nihat Pir yazır
13:07 15 İyun 2021