“Bəlkə də görüşmədik” – ŞAMAN HEKAYƏSİ

“Bəlkə də görüşmədik” – ŞAMAN HEKAYƏSİ
25 may 2017
# 13:27

Kulis.az “Sirri bilənlərin hekayəsi” silsiləsindən gənc yazar Ceyhun Zərbəliyevin “Yenidən başlamaq” hekayəsini təqdim edir.

“Gedirəm”.

Başını qaldırmadı. Amma ilıq təbəssümü dərisinin almacıq sümüyündən azca yuxarı dartıldığından hiss olunurdu.

“Məni özümə qaytardınız - sizə necə minnətdar olacağımı bilmirəm. Nə edə bilərəm ki, borcunuzdan...”

Sözünü ağzında qoydu: “Sevgini yay. Fərqinə varmaq üçün yola çıxanlara, həqiqəti bilənlərə sevgini yaya bilmək gücü verilir” - dedi və susdu. Başını qaldırıb sevgi dolu baxışlarla saçlarını oxşadı:

“Sən qarşına qoyduğun məqsədinə çatmısan?”

“Hüzuru tapmaqmı?”

“Hə”.

“Bu barədə düşünmək belə istəmirəm, hiss edirəm ki, heç vaxt olmadığım kimi xoşbəxtəm. İnsanları fərq qoymadan, mühakimə etmədən sevə bilmə gücüm var. Olanlara etiraz bir tərəfə, həmən anlam verməyə çalışmıram. Zatən rahat olanda, cavablar asanlıqla gəlir. Hüzuru tapıb-tapmamaq barədə düşünmək mənə maraqlı deyil artıq... Bəlkə də tapmışam, bəlkə də yox! Önəmli olan bədənin və ruhun tamamlanmış rahatlığını hiss etmək deyilmi?

“Sən yetişmisən artıq - SİRRİ bilirsən... İşığı yay, sevgini yay... Hiss edə-edə...”

“Ailəmin yanına qayıdıram”.

“Bilirəm” - dedi yaşlı şaman. “Yəqin ki, görüşməyəcəyik...”

Sual vermək istədi, amma burada qaldığı bu bir neçə ayda kimsənin ifadə olunmuş sualla cavab tapmağa çalışmadığını, hər həqiqəti izləməklə, hiss etməklə öyrənildiyini bilirdi. Cavabın da olacağına əmin idi.

“Oğlum! Övladına bir şey alanda onun sevincini hiss et. Bu dünyada kiminsə sevincini hiss etməkdən dəyərli olan çox az şey var. Bu elə bir hissdir ki, bütünün iki zərrəsinin sevgisi bütövləşir və həmən doğum baş verir və sevgi sürətlə parçalanmağa baş verir. Elə bir dalğa yaranır ki, sən təkrar-təkrar bu enerjidən yararlana bilirsən.

Evə bil çörək alanda belə onun ətrini, hələ yolda ikən ailənlə paylaşa bilmənin, sevgi ilə paylaşa biləcək insanların varlığının sevincini yaşa - gözəlliyi hiss et.

Şərt deyil, səndən pul istəyən dilənçiyə pul verəsən, bağrına bas, oxşa kirli saçlarını, qoxla onu, anlasın onda olan cövhəri, ək sevgi toxumunu onun qəlbində. O, bu anı heç vaxt unutmayacaq, düşünəcək “məndə nə var idi ki, bu qədər təsirləndilər”. Yollar axtaracaq həyat adlı imtahanında. Əmin ol ki, o toxum bir gün cücərəcək, əsla şübhə etmə ona. Yazığın gəlməsin qəti. Onu bu nöqtədə itirərsən və bəlkə də onun sənin ona yazıqlıq görkəmi verən baxışları ilə anlaşması onu əbədi dilənçi edər.

Əminliklə gülümsə üzünə, ən gözəl anları onun üçün düşün, canlandır və kainata göndər...

İçindən gəlməyəni etmə. Məsələn, kiminsə ad gününü məcbur hiss etmə özünü təbrik etməyə. Onun xoşbəxtliyini düşünsən də olar. Və hətta onun bunu bilməsi də vacib deyil. Təbrik etsən belə, 6-7 cümlə dua, sevgi dolu cümlələr qur. Bir şeylər hiss etdirməsən hər şey boş...

Oğlum! Bütün bədənsəl və ruhsal narahatlıqların kökündə ETİRAZ dayanır. Bunu unutma. Özünə yaxın ol və daha dərin qatlara en! İnsanı mənəvi kamilliyə etirazları və qorxuları aparır. Etirazlara anlam vermək və qorxunun missiyasını dərk etmək insanların haqqı...

Heç havanın əslində min bir ətir saçdığını bilirdin?”

...

“Bu gün sına... Elə indi, bu an...”

Dərindən nəfəs aldı:

“Yasəmən ətri hiss edirəm.”

Qəfildən soruşdu:

“Bənövşəyi rəngdəmi olur hava? Mən bu rəngi hiss edirəm, ustad...”

“Bənövşəyi sənin auranın rəngidir, havaya və ətrafına yansıyır...”

“Sağlıqla qalın... “

“Vidalaşmağa gərək yox. Biz bütünük, həmişə Birik... “

# 1677 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər