“Sahə” filmi Sinqapur Beynəlxalq Kino Festivalında

“Sahə” filmi Sinqapur Beynəlxalq Kino Festivalında
8 sentyabr 2011
# 12:12
“Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi 24-cü Sinqapur Film Festivalında (Singapore International Film Festival - SIFF) iştirak edəcək.

Festival sentyabrın 15-dən 25-ə qədər Sinqapurdakı “Shaw Lido” kinoteatrlarında keçiriləcək.

Bir çox kino festivallarda iştirak edən “Sahə” filminin ssenari müəllifi və rejissoru İlqar Safatdır.

1987-ci ildə əsası qoyulan SİFF-in əsas məqsədi novator Asiya filmlərinin və yerli kino industriyanın inkişafına kömək etmədir.

Hər il SİFF üçün 200-300 bədii tam və qısametrajlı filmlər seçilir.

10 gün ərzində keçirilən bu festival öz filmlərini bütün dünya kinosevərlərindən ibarət olan geniş auditoriyaya nümayiş etdirmək istəyən kinematoqrafçılar üçün əvəzolunmaz imkan yaradır.
# 2245 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər