II. Dədə Qorqud Teatr Əsərləri Müsabiqəsi başladı

II. Dədə Qorqud Teatr Əsərləri Müsabiqəsi başladı
22 may 2017
# 17:46

II Dədə Qorqud Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi elan olunub.

Şərtləri təqdim edirik:

Mövzu: Sərbəst

Forma: Sərbəst, (uşaq pyesləri, qısa pyeslər ve təbdillər xaric)

Müsabiqənin dili: Türkiyə türkcəsi, Azərbaycan, Qazax, Qırqız, Türkmən, Özbək, Tatar, Başqırd, Çuvaş, Krım Tatar, Qaqauz, Qaraçay-Balkar, Kumuk, Uyğur, Xakas, Altay, Saha, Tuva Türk dilləri.

Müsabiqədə yaş həddi yoxdur.

Hər müəllif müsabiqəyə yalnız bir əsərlə qatıla bilər.

Müsabiqəyə təqdim olunan əsərlər səhnələşdirmə texnikasına uyğun yazılmalıdır.

Əsər müəllifin özünün yeni, orijinal pyesi olmalıdır. Hər hansı başqa əsərdən bəhrələnmə, təsirlənmə, təbdil olmaz.

Daha öncə hər hansı mətbu orqanda çap olunmuş, teatr səhnəsində oynanılmış, yaxud başqa müsabiqədə mükafat qazanmış əsərlər müsabiqəyə təqdim oluna bilməz.

Müsabiqəyə təqdim ediləcək əsərlər, A4 kağız formatında, Times Roman şrifti ilə, 12 şrift ölçüsündə 1,5 intervalla yazılmalıdır. Əsərlər ən çoxu iki pərdəli ola bilər. Müsabiqəyə təqdim edilən əsərlərin üzərində şərti ad qoyulmalıdır. Müəllifin kimliyinə işarə edən hər hansı bir ad göstərilərsə, əsər müsabiqədən kənarlaşdırılacaq.

Əsərlər 6 nüsxə olaraq təqdim edilməlidir. Ayrıca zərfdə əsərlə bərabər CD-də word formatında yazılmış müəllif haqda məlumat da əlavə olunmalıdır. Müəllif şəxsiyyəti təsdiq edən sənədin surətini, ünvanını, tərcümeyi-halını və bir ədəd fotoşəklini ayrı bir zərfə qoyaraq üzərində şərti adını qeyd edir və əsərlə birlikdə böyük zərfin içində müsabiqəyə təqdim edir. Elektron poçta göndərilən əsərlərdə bu məlumatlar ayrıca əlavə olunmalıdı və müsabiqə komissiyası bunları nəticələr elan olunana kimi gizli saxlamalıdı.

Əsərlər Avrasiya Yazarlar Birliyi, Sakarya Məhəlləsi, Göztepe küçəsi 5/A Ankara-Türkiye ünvanına, yaxud da [email protected] elektron poçtuna göndərilə bilər.

Təşkilatçılar lazım olduqda əsərlərin ilkin seçimi üçün münsiflər heyəti yarada bilərlər. Əsərlər dəyərləndirilmədən öncə Türkiyə türkcəsinə çevriləcək, daha sonra münsiflərə təqdim olunacaq. Müsabiqəyə təqdim olunan əsərlər müəllifə qaytarılmayacaq və müəllifin buna heç bir etirazı olmamalıdır.

Yarışmada qalib olan əsərlər TÜRKSOY üzvü olan ölkələrin teatrlarında istifadə edilməsi üçün tövsiyə olunacaq. Müsabiqənin münsiflər heyəti üzvləri və onların yaxın qohumları əsər təqdim edə bilməzlər. Müsabiqənin şərtlərinə uyğun olmayan əsərlər dəyərləndirilməyəcək. Müsabiqəyə əsər təqdim edən müəlliflər şərtləri qəbul etmiş hesab olunurlar.

MÜSABİQƏ TƏQVİMİ

Müsabiqə elanı: 15.04.2017
Əsərlərin son qəbul tarixi: 30.09 .2017
Nəticələrin açıqlanması: 15.11.2017
Mükafatlandırma mərasimi: Dekabr 2017

Mükafatlar

Birinci yer: 15.000. (On beş min Türk Lirəsi)
İkinci yer: 10.000. (On min Türk Lirəsi)
Üçüncü yer: 5.000. (Beş min Türk Lirəsi)

Həvəsləndirici: 2.500. (İki min beş yüz Türk Lirəsi)

senet.az

# 2599 dəfə oxunub

Oxşar xəbərlər

"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

14:00 25 noyabr 2025
Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

14:40 22 noyabr 2025
"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

12:00 22 noyabr 2025
"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

17:30 21 noyabr 2025
"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

16:00 21 noyabr 2025
Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

13:30 21 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər