writer1

Ayxan Ayvaz

Məqalə sayı

442
clock11:38 calendar-gray 17 May 2017 view-gray238 dəfə oxunub
view-gray238 dəfə oxunub

Oxucuya nifrət edən yazıçılar

Keçən həftə “Metamarfoz” adlı layihədə gənc yazar kimi qonaq çağırılmışdım. Çağdaş ədəbi proseslərdən, kitabın durumundan söhbət açdıq.

İştirakçılardan biri belə bir sual verdi: “Niyə indiki yazarlar özlərini dahi kimi aparır və oxucunu aşağılayır?”

Görüşdə dediklərimi təkrarlamaq fikrində deyiləm, ancaq düşünürəm ki, həmin gəncimizi narahat edən bu sual ətrafında düşünməyə dəyər.

Doğurdan bunun səbəbi nədir?

Niyə bəzi yazarlar yazmağı minnət kimi oxucunun boynuna qoyur?

Seymur Baycandan sitat: “Azərbaycanda oxucu yoxdur. Tam səmimi deyirəm, başqa dil bilsəydim, Azərbaycan dilində bir cümlə də yazmazdım və hər dəfə Azərbaycan dilində mətn yazanda özümü dərindən təhqir olunmuş adam kimi hiss edirəm. Əlacım yoxdur, özüm özümü təhqir etməkdəyəm. Çünki Azərbaycan dilindən savayı heç bir dil bilmirəm. Bu, mənim üçün faciədir”.

Seymur bunu dəfələrlə deyib. Elə onun dostu Əli Əkbər də. Axırıncı müsahibəsində də Azərbaycan oxucusunun onun səviyyəsində olmadığını dilə gətirib.

Hər ikisi ölkənin ən tanınmış yazarlarındandır. Səviyyəsiz dedikləri oxucular onları oxuyub. Axı bəs bu nifrət hardan qaynaqlanır? Bir yazıçı niyə bu qədər nifrətlə yoğurulmalıdır?

Ay qardaş, sən bu ölkənin dilini bəyənmirsənsə, ona naqis deyirsənsə, buyur, bu meydan, bu şeytan, başqa dillər nə günə durub? Xaricə gedirsən, illər ötüb keçir, bəs hanı sənin səsin-sorağın?

Sergey Dovlatovun “Qoruq” romanında belə bir yer var. Amerikaya köçmək istəyən xanımına əsəbiləşən Dovlatov deyir ki, orda məni kimdir oxuyan? Xanımı maraqlı bir cavab verir: “Guya Rusiyada oxuyurdular?”

Məsələ burasındadır ki, Seymuru da, Əli Əkbəri də yazıçı edən Azərbaycan oxucusunun münasibətidir. Onların sayı az ola bilər. Ancaq səviyyəsiz deyillər, nəyin nə olduğunu yaxşı bilirlər. Bəs bu qıcıq nədən irəli gəlir? Bəlkə həmin oxucular gözlədikləri nəticəni əldə edə bilmirlər və bunu açıq ifadə edirlər deyə onlara bu qədər qəzəblisiniz?

İçi nifrətlə dolu olan yazıçı heç vaxt uğur qazanmayacaq. Buna tam əminəm. Həm də o nifrətin səbəbi çox gülüncdürsə...

Axı hardadır o səviyyəli oxucular? Dünya sizə qucaq açır da, azərbaycanlı oxucu buna mane olur? Yaxşı əsərlər yazırsınız və tərcümə olunur, amma dünya hələ də sizi qəbul etmir. Günah bizim oxucudadır? Zənn etmirəm. O nifrət, o kin imkan vermir. Yaxşı əsər onsuz da yol tapacaq.

Ancaq bədbəxt o yazıçıdır ki, üç dil bilir, ancaq heç birində özünü ifadə edə bilmir. Və geriyə qalan kinini, nifrətini də camaata püskürür. Məncə, nifrəti kənara qoyub iş görmək lazımdır. Artıq bu söhbətləri arxivə atmağın vaxtı yetişib.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020