Oğul ilə ata eyni qadına aşiq olarsa - AZƏRBAYCAN FİLMİ

Oğul ilə ata eyni qadına aşiq olarsa - <span style="color:red;">AZƏRBAYCAN FİLMİ
29 aprel 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Hüseyn Mehdiyevin 1987-ci ildə çəkdiyi “Süd dişinin ağrısı” filmini təqdim edir.

Süjet: Hadisə dənizkənarında yerləşən kiçik qəsəbədə baş verir. Əsərin qəhrəmanı balaca Kərimdir (Pərviz Hüseynov). Onun anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat edir. Kərim anasını ancaq şəkillərdən tanıyır, sevir, əzizləyir. Anasına aid hər bir əşya onun üçün müqəddəsdir. O, tez-tez anasını yuxusunda görür.

Kərimin məktəbdəki yaşıdlarının hamısı süd dişini salıb. Təkcə ondan başqa. Kərim süd dişini çıxarmaqdan qorxur. Buna görə də hamı onu ələ salır, qorxaq kimi yanaşır: yaşədları da, qardaşı da, hətta atası da.

Onun böyük qardaşı Səlim (Fuad Dadaşov) anasından qalma boyunbağını sevdiyi qıza (Rəna Tanrıverdiyeva) bağışlayır. Bundan qəzəblənən Kərim oğurluğu atasına xəbər verir. Atası (Əlican Əzizov) Səlimdən boyunbağını geri gətirməsini tələb eləyir.

Kərimgilin sinfinə Çimnaz (Larisa Xələfova) adlı gənc müəllimə gəlir. Günlərin birində Çimnaz müəllimə uşaqların quşlarla qəddar rəftarını görür və o, bunda Kərimi günahlandırır. Valideynlərinə şikayət etmək üçün Çimnaz müəllimə Kərimgilə gəlir və burda onun atası ilə tanış olur. Onların arasında məhrəm münasibət yaranır. Kərim onların yaxın münasibətini qəbul edə bilmir, sərt təpki göstərir.

Son səhnədə Kərim atasının tüfəngini götürür, onu doldurur. Sonra qalın sapın bir ucunu tüfəngə, bir ucunu qapıya bağlayır. Və tüfəngin lüləsini ürəyinə dayayır. Qapı açıldığı halda tüfəng açılmalı və onu öldürməlidir...

Filmdə Tarkovski yaradıcılığının ovqatı duyulur. Onun metafor-simvol sistemi, sakit, təmkinli təsvirlərdəki ekspressiya...

Bu təsir də təsadüfi deyil yəqin. Filmin ssenari müəllifi Ramiz Rövşənə ( film onun eyni adlı poemasının motivləri əsasında çəkilib) Moskva Ali Ssenari Kurslarında Tarkovski dərs deyib.

Rejissorun “Güzgü” ekran əsərinin proloqunda həkim kəkələyən yeniyetməni müalicə edir. Nitqindəki nizamsızlıq yeniyetmənin ətrafla ünsiyyət qura, özünü ifadə etməməsinə əngəl törədir.

Hüseyn Mehdiyevin filmində də balaca Kərimin süd dişinin düşməməsi sanki onun yaşıdları, hətta doğmaları ilə münasibətdə bir qırılma nöqtəsinə çevrilir, onun sosial mühitə daxil olmasını əngəlləyir. Burda süd dişi yalnız fiziki anlam daşımır, eyni zamanda anasız qalan uşağın təkliyindən qopa bilməməsini, mənəvi dünyasındakı əskik qalan bir şeyləri, psixoloji uyğunlaşma çətinliyini, nəinki böyüklərin, yaşıdların dünyasında da özünə yer tapmamasını göstərir. Onun daxili mübarizəsi də əslində qorxudan heç cürə qopara bilmədiyi süd dişi ilədir.

Maraqlıdır ki, əhvalatın mərkəzində kişi obrazları olsa da (Kərim, Səlim, Ata) onlar arasındakı konfliktin əsasında qadınlar dayanır. Belə bir mürəkkəb münasibət strukturu kolliziyaya çevrilir.

Kərim üçün ideal qadını anasıdır. Səlim Rənanı sevir, o, anasından qalan boyunbağını ona hədiyyə etməklə Kərimin qəzəbinə tuş gəlir. Atası Çimnaz müəlliməyə meyl salır və bu uşaqlarda narazılıq doğurur. Ailədə, qadın-kişi, valideyn-övlad münasibətlərində harmoniyanın pozulması təkcə süjet xəttində yox, əndişə, təhlükə aşılayan təsvirlərdə (operator Amin Novruzovdur), soyuq rəng həllində də verilir. Sadəcə, əksər filmlərimizdə olduğu kimi, burda da az qala hər epizod musiqidə boğulur. Cavanşir Quliyevin saspens ovqatı yaradan musiqisindən yersiz istifadə təsvirlərin gücünü azaldır.

Sonda konfliktlər poetik həll olunur. Yağan yağış münasibətlərdəki anlaşılmazlığı yuyub aparır, personajlar katarsis keçirir. Finalda Kərimin özünə dayadığı tüfəngdən güllə açılır. Amma müəllif filmi onun intiharı ilə bitirmir. Eşidilən güllə səsi bir növ şərti xarakter daşıyır, o, qaranlığa düşür, nəhayət anasının səsini eşidir, üzünü görür və geri qayıdır. Film Kərimin gülümsəyən üzü, cəsarətə gələrək qopardığı süd dişinin ovcundakı təsviri ilə bitir.

Kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak edib.

Filmin “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #