Rusiyadan Gənc Tamaşaçılar Teatrına təşəkkür məktubu

Rusiyadan Gənc Tamaşaçılar Teatrına təşəkkür məktubu
26 aprel 2017
# 17:30

Kineşma Şəhər Adminstrasiyasından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür məktubu ünvanlanıb.

Teatrın mətbuat xidmətinin Kulis.Aza verdiyi məlumata görə, məktub teatrın yaradıcı heyətinin Rusiya Federasiyası İvanov vilayətinin Kineşma şəhərində keçirilmiş “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında uğurlu iştirakı münasibətilə Kineşma Şəhər Adminstrasiyası tərəfindən göndərilib.

Məktubda deyilir: “Hörmətli Mübariz Şəfayət oğlu! Kineşma Şəhər Adminstrasiyası Sizə və rəhbərlik etdiyiniz truppaya “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştiraka görə ürəkdən təşəkkür edir.

Teatr – müxtəlif yaş kateqoriyasından olan ən müxtəlif insanları laqeyd yanaşmağa qoymayan heyrətamiz incəsənət növüdür. Onun məqsədi nəsillərin tərbiyəçisi olmaqdır. Elə buna görə də sənə adamının məsuliyyəti xalq, onun bu günü və gələcəyi üçün çox önəmlidir. Xüsusilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşalarına baxdıqda bunu daha aydın duymaq olur.

Kineşma tamaşaçılarının əsərin qəhrəmanı ilə görüşü aktyor və rejissor sənətkarlığının maraqlı aspektlərini ortaya qoymaqla yanaşı, aktyorun dramatik dərinliyi publikanı güclü emosiyalar yaşamağa sövq etdi.

Aktyor və rejissor əməyinin kökündə isə mənəvi-estetik dəyərlərin tərbiyələndirilməsinə zəmin yaradan Azərbaycanın zəngin mədəniyyəti dayanır.

Sizə Kineşma tamaşaçılarının Azərbaycan aktyorlarının teatr mədəniyyəti ilə ünsiyyəti üçün unikal imkan yaratdığınıza görə ürəkdən təşəkkür edir, rəhbərlik etdiyiniz teatr kollektivinə parlaq premyeralar və tamaşaçı ilə dolu salonlar arzu edirik. Gələcək əməkdaşlıqlara ümid edirik”.

Təşəkkür məktubunu Kineşma Şəhər Adminstrasiyasının rəhbəri A.V.Paxolkov və Kineşma Şəhər Dumasının sədri M.A.Batin imzalayıblar.

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

14:16 12 mart 2026
“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

14:00 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər