Mövludsuz 40 gün

Mövludsuz 40 gün
26 aprel 2017
# 10:25

Məcid Həsənli

Gənc yazar Mövlud Mövludu mən sadəcə Mövlud kimi tanıyırdım.

Yazıçılığından əvvəl mənim üçün gözəl insan idi Mövlud.

Tanışlığımız necə, nə cür, harada olmuşdu dəqiq yadımda deyil. Səhv etmirəmsə, ilk dialoqumuz kiminsə yas mərasimindən qayıdanda baş vermişdi. Yanımızda başqa yazar dostlar da varıydı. Mən həmişəki kimi az-az danışırdım. Mövlud zarafatla Ayxan Ayvaza dedi ki, bu deyəsən “vor zakon”du, çox söz danışmaq istəmir. Biz gülüşdük.

Mövludla ünsiyyətim belə başlamışdı. Sonralar tez-tez görüşərdik. Bu görüşlərin çoxunda Ayxan da iştirak edərdi.

Mövlud həmişə şən, dünya vecinə olmayan insan tək yadda qalmışdı. Hər zaman deyib gülərdi. Qarışqaya belə pisliyi dəyməyən insan idi.

Qazax, saz dilindən düşməzdi. Elə bil cismi Bakıda, ruhu Qazaxda qalmışdı.

Və... On yeddinci mərtəbə. Belə gözəl insan necə oldu ki, özünə qıydı? Hadisəni eşidəndə əlbəttə inanmadım ki, yox, bu bizim Mövlud ola bilməz. Mövlud hara, intihar hara. Mövlud elə iş görməz. O pozitiv adam idi, belə addım atmazdı. Amma, deyirlər, sən saydığını say, görək fələk nə sayır?

Dünya 40 gündür Mövludsuzdu. Ədəbiyyatımızda da, dost siyahımızda da bir dəyərli insan azaldı. 40 gün necə gəldi keçdi, hiss eləmədik.

Mövlud artıq əbədi olaraq, müqəddəsləşdirdiyi torpaqda - Qazaxda qalacaq.

Allah bütün Mövlud üçün yananlara səbr versin!

# 2791 dəfə oxunub

Oxşar xəbərlər

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər