news-inner
clock12:37 calendar-gray 14 Aprel 2017 view-gray126 dəfə oxunub
view-gray126 dəfə oxunub

Niyə AYB üzvü olmayanlar təqaüdlər almır? - MÜZAKİRƏ

Artıq bir neçə ildir ki, yazıçılara dövlət tərəfindən illik təqaüdlər verilir. Bu imkandan yalnız Azərbaycan Yazıçılar Birliyinin üzvü olan yazıçılar istifadə edə bilərlər. Qurumun üzvü olmayan onlarla yazıçı bu təqaüddən məhrumdur. Dövlətin ədəbiyyata dəstəyinin yalnız bir qurumla məhdudlaşması məsələsi ədəbi ictimaiyyət tərəfindən uzun illərdir müzakirə olunur. Kulis.az məsələ ilə bağlı ədəbi ictimaiyyətin tanınmış simalarının fikirlərini öyrənib.

Image result for nizami cəfərov

Nizami Cəfərov

- Azərbaycan Yazıçılar Birliyi dövlətin qəbul elədiyi ədəbi qurumdur. Bu qurum istedadlı yazıçılara təqdimat verir. Həmin qurumun təqdimatı ilə də təqaüd verilir. Hansısa bir başqa qurum, təşkilat yarana bilər. Ədəbi mühiti bilən, istedadlı yazarları ətrafında toplayan bir qurum. Bu iş tək-tək olan deyil. Təqaüd məsələsini həddindən artıq, sərbəst, ünvansız buraxmaq olmaz. Yazıçılar Birliyinin üzvü olmayan gənc ola bilər ki, istedadlı, perspektivli olsun. Prinsipcə onun təqaüd alması da mümkün olmalıdır. Bildiyiniz kimi, Yazıçılar Birliyinin gənclər katibi Rəşad Məcid bu məsələnin çıxış yolu üçün Gənc Ədiblər Məktəbi yaradıb. İndi Yazıçılar Birliyinə istedadlı gənclərin qəbul olunması asan başa gəlir, bunun üçün hər bir şərait var. Ancaq prinsipcə Yazıçılar Birliyinin üzvü olmayan istedadlı qələm adamı da bu təqaüddən yararlana bilər. Ola bilsin, həmin şəxs üzv olmaq istəmir və ömrünün axırına qədər də Yazıçılar Birliyinə üzv olmayacaq. Bu təbiidir və anlaşılandır. Ona görə də Yazıçılar Birliyindən kənarda bir qurum, təşkilat düşünülməlidir ki, həmin istedadlı şəxs təqaüddən yararlana bilsin. Ancaq hələ ki belə bir mexanizm yoxdur.

Image result for Aqil Abbas

Aqil Abbas

- Dövlətdən ayrılan vəsaitin istedadlı adamlara verilməsinə mən də razıyam. Ancaq bunun üçün qeyri-hökumət təşkilatları yaradılmalıdır, yaradıcı adamlar ora yığışmalıdır. Dövlət də həmin QHT-lərə pul ayırmalıdır, necə ki ayırıb. Mən həmin yaradıcı təşkilatlara pul ayrılmağının tərəfdarıyam. Ancaq tanıdığımız istedadlı gənclər yığışıb Qeyri-hökumət təşkilatı yaradan deyillər? Çünki iddiaları çox böyükdür. Təşkilatlana bilmirlər. Bəli, istedadlıdırlar, cəmiyyətdə xüsusi yerləri var. Ancaq birləşib təşkilat yaratsınlar, onun nizamnaməsini, qayda-qanunlarını ortaya qoysunlar, təşkilatlansınlar. Bu yaxında yeni bir mədəniyyət layihə üzərində hazırlıq işləri gedir. Yazıçılar Birliyinin məsəl üçün Qazax şöbəsinə də ayrıca pul ayıracaq. Ya da AYO və yaxud digər yaradıcı təşkilatlara da... Bu haqda söz-söhbətlər gedir. Dediyim kimi, istedadlı ədəbiyyat adamlarımız çoxdur. Məsələn, Aqşin Yenisey, Seymur Baycan və s. Ancaq bunu bir təşkilat təqaüdə təqdim eləməlidir. Bu işi görən təşkilatdır. Məsələn, Əməkdar jurnalist adını hansısa qəzet təqdim edir. Təqaüdü verən komissiya qapı-qapı gəzib istedadlı adam axtarmalı deyil. Təşkilat bu işi öz üzərinə götürməli, həmin yazıçının haqqında məlumat verməli, nə yazdığını göstərməlidir.

Otomatik alternatif metin yok.

Səfər Alışarlı

- Mən düşünürəm ki, əgər AYB bu ağsaqqallıq missiyasını öz üzərinə götürübsə, ona üzv olan və ya olmayanlar arasında bu məsələ ilə bağlı ayrı-seçkilik etməməlidir. Hər halda, dövlət pulu dəyərli ədəbi məhsul yaradanlara verir. Təqaüd iddiasında bulunan yazarlar toplaşıb AYB-yə və Mədəniyyət Nazirliyinə təkliflər verməlidir.

Image result for qismət

Qismət

- Məsələnin kökü “dövlətin ədəbiyyata dəstəyi” birləşməsinin içindədir. Nədənsə biz sovet rejimini hər kəlməbaşı danlayırıq, amma iş dövlətdən təqaüd almağa, ev almağa gələndə dönüb oluruq sovet vətəndaşı. Avropa dəyərlərindən, qabaqcıl mədəniyyətlərdən danışırıq, amma iş maddi, merkantil şeylərə gələndə, çevrilib başqa adam oluruq. Əslində, sual budur: Dövlət ədəbiyyata niyə dəstək olmalıdır axı? İstənilən dəstək təmənnalıdır, özü də bunu dövlət edirsə, dünyanın hər yerində məsələ aydındır. Dövlət yaradıcı fərdin, eləcə də yaradıcılıq işinin təşkilatı tərəfləri ilə məşğul olan vətəndaşın özünüifadə imkanlarının qabağını kəsən şlaqbaumları yığışdırmaq, azad rəqabət mühitini təşviq etməklə məşğul olmalıdır. Üz tutduğumuz, can atdığımız, oxşamaq istədiyimiz dünyanın hansı qabaqcıl ölkəsində sənətçilər bizimki qədər dövlətdən ev, təqaüd gözləyirlər? Mən bunu mədəni hesab etmirəm. Bu pəncərədən baxanda, əslində, AYB-nin mövqeyi aydındır, başa düşüləndir, çünki yuxarıda dediyim kimi, əgər sən hər şeyi dövlətdən umursansa, onda dövlətin mədəniyyət siyasətini icra və ifadə edən qurumun üzvü ol, təqaüdünü al, heç bir qurumun hamıya təqaüd vermək borcu və öhdəliyi yoxdur axı. Belə məntiq absurddur, həm AYB-ni sevmirəm, tənqid edirəm, həm də deyirəm ki, niyə mənə təqaüd vermir? İnsan bəyənmədiyi yerdən niyə nəsə gözləməlidir ki? Ona görə istərdim ki, dövlət dəstəkli modeldənsə, alternativlər haqqında düşünək.

news-inner-user

16068 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020