Ömür boyu səadət yox mənimçün

Ömür boyu səadət yox mənimçün
10 aprel 2017
# 17:44

Səfa Rəşid

Məni göylər qucağında aparsa

Sənin yerin cənnət olar bilirəm

Bu məzarda ocaq yandır mənimcun

Bir ah çəksən əlbət olar bilirəm

Yorğun düşən ayaqlarım qızdımı?

Səni gəzib axtardığım küçələr

Bu təklikdə bitirmişdim özümü

Sənin üçün ağladığım gecələr

Bir "yəqin" var məndən sənə hədiyyə

Ömür boyu sənlə qalar darıxsan

Eşiyə çıx

bir göyə bax

mən ordan

Sənə baxdım yatmamısan oyaqsan

Bu sukutla barışımmı görəsən?

Çəkilmişəm göy üzünə yox olub

Ömür boyu səadət yox mənimçün

Sevincimin üzü qara doğulub.

***

Dənizin dərdi qalmayıb

Sükutla yatıb uyuyur

Dəniz adi qalsın deyə

Kiçik dalğa çəkir suyu

Yenə gəldim bu yerlərə

Dənizin sahil dərsinə

Sahildə balıqqulağı

Girib qumun sinəsinə.

Bir azca səssizliyi var

Haylı-küylü bu dənizin

Günəş asta hərarətlə

Açır yenə ağ bənizin

Allah yanında dost yeri

Boş qalıb-böyür deyəsən

Dəniz təkliyi qapılıb

Qapımı döyür deyəsən.

***

Kim düşər bu dərin quyuya axı

Hamı öz yolunu dayazdan keçir

Çəkdim öz başıma dərdin aşından

Gördüm yavaş-yavaş boğazdan keçir

Ölüm məşuqətək güldü üzümə

Amma sığalından ürək açmadım

Gördüm gözlərimdən ağladı dünya

Di gəl, yanağımdan heç nə qaçmadı

Mən necə yandırım nəmli kibriti

Bu şam da, odlanıb şamdana girmir

Görüşdən üstümə qayıdan çiçək

Solur əllərimdə, güldana girmir

***

Dəridən-qabıqdan çıx

Gecələr sevmək öyrən

Sən canin düş yerdə gəz

Hara gedirsən göynən..?

Üzümə qapadığın neçə səhifə qaldı?

Bir incik söz deməknən

Profilin ağardı

Bir azca da insaf et

Üzündə gəzsin gözüm

Bir baxışla bitməz ki

Sənə deyilən sözüm.

***

Yurdumdan köç biriyəm

Çölüm qəhər, içim nə?

Noğul nabat bayramım

Zəhər olub içimdə

Sən bir şeir kimisən

Ovqatın qəm nəğməsi

Sənə sarı üzürəm

Mənsə bir yük gəmisi

Sahilim bəlli deyil

İçində vurnuxuram

Səndən gələn qasirğa

Firtınadan qorxuram

Boylan bir səsə sarı

Məni gəz buralarda

Səndən soraq gəlməsə

Bataram göy sularda

***

Qol-boyun olmuşam dərdlə

Yeriyirəm bir az çətin

Mən bir qara rəngli bulud

Misralarda qara sətir.

Min qarğışın üzərimdə

Üzümdə min rəng çaları

Yenə sənə şeir yazıb

Dilimlədim hecaları

Nə biləydim mən ağlıçaş

Həsrət yuva salıb bizdə

Qaragünlü ağ dəftərim

Yaddan çıxıb qalıb sizdə

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər