Aktyorla Teatr Xadimləri İttifaqının 40 manat davası - QALMAQAL

Aktyorla Teatr Xadimləri İttifaqının 40 manat davası - <span style="color:red;">QALMAQAL
4 aprel 2017
# 17:56

"Aktyor Hikmət Rəhimovun Azərbaycan Teatr Xadimləri İttifaqına qarşı irəli sürdüyü ittiham tam əsassızdır".

Kulis.Azın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə ittifaqın mətbuat xidmətinin açıqlamasında bildirib. Mətbuat xidmətindən qeyd ediblər ki, Hikmət Rəhimovun “Truppa müdiri aktyor və aktrisaları yığıb teatr rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir” cümləsi böhtan xarakterlidir və bu cür fakt, ümumiyyətlə, mövcud deyil:

“Azərbaycandakı bütün yaradıcı ittifaqlarda üzvlük haqqının ödənişi nəzərdə tutulub. Nizamnaməyə görə Teatr Xadimləri İttifaqına illik üzvlük haqqı bir aylıq maaşın beş faizi qədərdir. Məsələn, aktyorun maaşı 300 manatdırsa, bu məbləğin 5 faizi illik 15 manat təşkil edir. Bu məbləği 12 aya bölsək, ayda 1 manat 25 qəpiyə bərabər məbləğ alınır. İttifaqa könüllü üzv olan hər bir yaradıcı insan üzvlüyə qəbul olmaq üçün təqdim etdiyi ərizədə Nizamnamə ilə tanış olduğuna, onun bütün bəndlərini qəbul etdiyinə, o cümlədən üzvlük haqqını ödəməyə zəmanət verir. Ona görə də Hikmət Rəhimovun “40 manat illik pul köçürülmə” ittihamı tamamilə yanlışdır və biz aktyoru bu məsələdə həssas olmağa, ictimaiyyətdə yanlış fikir formalaşdırmamağa, İttifaqın sədrinə qarşı işlətdiyi ifadələrdə korrekt olmağa çağırırıq. İnanırıq ki, Hikmət Rəhimov gələcəkdə eşidib, dəqiqləşdirmədiyi və heç bir fakta əsaslanmayan bu kimi məsələlərdə diqqətli olacaq”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının sabiq əməkdaşı, aktyor Hikmət Rəhimov Akademik Milli Dram Teatrının truppa müdirinin aktyorlardan Teatr Xadimləri İttifaqı üçün pul yığıldığını bildirmişdi.

# 2447 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

12:00 6 oktyabr 2026
Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər