news-inner
clock17:45 calendar-gray 04 Aprel 2017 view-gray474 dəfə oxunub
view-gray474 dəfə oxunub

Dahilərin divanından 6 ilin REPORTAJI - Səbuhi Məmmədli yazır

Çox istəyirəm onları. Tam ciddi. Düzdür, onlar xüsusən də “baba Şərif” mənə ədəbiyyatın düşməni adını verib, amma bununla belə çox istəyirəm xətirlərini. Bu, “Kulis”dir, bizim kulis. 6 yaşlı, yaradıcılıqda heç bir sərhəd tanımayan, azadlıq adası adlandıracağımız kiçik bir hücrə. Bu hücrədə 4 nəfər əyləşib. Amma onların bir ildırımötürəni də var - bəndəniz. Onlarla bir otaqda əyləşir. Biz biri-birimizə “abi” deyirik. Düzü, bəzən bu abiliklərin biri bir qəpiyə dönür. Bunu da yola vermək olar. Və veririk də. Yaradıcı mühitdi, neyləyəsiyik?

***

“Kulis” Azərbaycanda bəlkə də üç yaradıcı redaksiyadan biridir ki, burada həmişə və hər gün planlaşdırma keçirilir. Və mən də zorən bu planlaşdırmanı dinləməyə, özləri də etiraf edər ki, dəyərli məsləhətlərimi verməyə hazıram və hərdən verirəm də. “Kulis”də “Bir gün səbr edib” “Küləyi dişləyən” də var, “Fələk qırmancı” ilə öpüşə-öpüşə “9 hekayə” yazan da. Hətta biri var, “Haramı”dan çıxıb, “Şəkil” çəkir, sonra da deyir ki, “Arzulardan sonrakı şəhər”də yaşamaq istəyir. Amma ən balacasının, bu dahilərdən fərqli heç bir iddiası yoxdur. Ayxan sadəcə öz “Buri”siylə məşğuldur.

“Kulis”in planlaşması maraqlıdı. Mən onların gündəlik mövzu işləmələri ilə bağlı müəyyən qeydlər hazırlamışdım. Hətta söz vermişdim ki, bu planlaşdırmadan “Kulis”in ad günündə “Dahilərin divanı” adlı bir yazı da yazacam. Amma bu gün ən böyük “haramı” Şərif qayıtdı ki, abi, məni tənqid etsən, səni bloklayacam. Bu nəhənglikdə adamın bloku ilə üzləşmək umrumda da deyil. Durub adamı bokslaya bilər. Mənim çənəm qıldan nazik, Şərif abi, yazası olmadım.

Şərif deyir ki, məmur da işləmişəm, müəllim də, hətta satıcı da – ət satışı laçınlıların monopoliyasındadır, böyük ehtimalla at, pardon, ət satıb - amma deyir ki, həyatım boyu “Kulis” qədər rahat iş yerim olmayıb. “Mən burda həm də ona görə rahatam ki, sevdiyim yazı-pozu işinin içindəyəm, mədəni-intellektual mühitdəyəm. Yaradıcılıq üçün mümkün olan nə varsa, tapmışam burda. Bu çətin illərdə buna da min şükür deyirəm”.

Şükür içində olsun, təbii. Adam əməlli yazıçıdı. Hələ açığını desəm, perspektiv vəd edən yazıçı.

Cavid Zeynallı var, “Kulis”in uşaqlarından biridir, amma bir qat yuxarıda oturur bizdən. Düzdür, yuxarıdan aşağı baxmır bizlərə, amma bilmək olmaz, onun da öz “Leyla”sı var, hələ “dramatik” işlərlə də məşğuldur. Bu gün yazıb ki, “ədəbiyyatla, sənətlə yaxından-uzaqdan maraqlanan hər kəs “Kulis”i izləyir. Sevən də oxuyur, sevməyən də. Deyir, məncə, ən gözəli budur. “Hətta adamlar var, 5-6 il əvvəl evinə interneti “Kulis”ə görə çəkdirib. İnanıram ki, “Kulis.az” hər gün bir boy da ucalacaq. Qapısını ərklə açdığım əziz redaksiya, işığın həmişə yansın...”.

Yeri gəlmişkən, redaksiyanın işığını yandıran mənəm. Qapıya, işığın yandırıldığı o düyməciyə ən yaxın da mən otururam. Və hər gün dahilərin planlaşdırmasından əvvəl bu sual mənə ünvanlanır: “Abi, işığı yandır”. Düzdür, bu işıq yandırmaq prosesi çətin deyil. Barmağını qoydun, yandı. Çətini bundan sonrakıdır. Bu 4 dahinin planlaşdırılmasına dözmək. Əsil döyüş səhnələrini xatırladır. “Kulis”in əzəli və deyəsən əbədi lideri Qan Turalı qırmancını alıb başlayır. Amma insafən əlində qırmanc əvəzinə qələm olur. Düzdür, əsil yaradıcı mühitdə olduğu kimi Turala qarşı ciddi müqavimət də olur. Və bəzən Tural qırmancını qınına qoyub razılaşır da. Amma bir dəfə mən dözmədim. Deməli, Kulisçilər rus ədəbiyyatının ilk onluğunu hazırlayırdılar, Puşkini həmin onluğa salmamışdılar. Nə illah elədimsə, sonacan Puşkini keçirə bilmədim. Birtəhər yalvar-yaxardan sonra Lermontova yer edə bildim. Sağ olsunlar, razılaşdılar.

***

Mən ona “bala Şərif” deyirəm. Dədə Qorqudluq olmasın, adı tutuzdurmuşam. Çox istəyirəm və istəyirik Ayxanı. “Buri”li uşaqdı. Ayxan deyir ki, “Kulis”in sonbeşiyiyəm. Onun 25, kulisin isə 6 yaşı tamam oldu. “Kulisin ən kiçik əməkdaşı mənəm. Bura mənim üçün məktəb oldu. Yarımçıq hekayələrimi burda tamamladım. “Kulis” nəfəslikdir. O nəfəslikdə hava alıram. Burda işləyə-işləyə öyrənirəm, inkişaf edirəm, üzərimdə daha ciddi çalışıram. Kulis mənim özümü ifadə biləcəyim ən rahat yerdir. Balığın suda rahat olduğu kimi. Çox şükür...”

Bu da şükür deyir. Əgər Miri, yəni Mirmehdi də şükür desə, “Kulis”in adını shukur.az qoyacağıq, deyəsən.

Amma Miri, deyəsən, bir az müdrikdir:

“Bəzən işdə olmayanda belə fikrim saytın yanında qalır. Düşünürəm, görəsən indi sayta nə yazı qoyurlar, tərtibatı necə olacaq, hansı şəkillə verəcəklər? İmkan olan kimi girib baxıram və bu mənə hədsiz zövq verir. Ona görə yox ki, işimə məsuliyyətlə yanaşıram, yox. Ona görə ki, “Kulis”ə bir də kənar gözlə baxmaq özümə də maraqlı gəlir. Mənə görə bu, elə saytımızın hər zaman öz təravətini saxlaması, köhnəlməməsi deməkdir. Bu nəticəni də biz yalnız vahid orqanizm kimi işləməklə əldə etmişik. Burda redaktor-müxbir yoxdur, vahid heyət var və bu heyət lazım gələndə hər işi öhdəsinə götürür. Buna görə nəticə çox vaxt uğurlu olur”.

Əla, şükür, nə mutludur “Kulis” deyən.

“Kulis”in yarandığı 6 ildə bəlkə də 60 yazarı olub. Və hamısı da bir-biridən şükürlüdü. Məsələn, biri elə Cəlil Cavanşir. 600 kiloluluq bu qoca pəhləvan bu günəcən “Kulis”də 280 yazı yazıbmış. Özü deyir eee. Sitat: “Toplam 280 yazı - məqalə, araşdırma, köşə, müsahibə, hekayə, tərcümə, reportaj, açıqlama, sorğu, xəbər...”

Daha sonra görün nə deyir: “Son 6 ildə Kulis.az -da çap olunmuş yazılarımın böyük bir hissəsi...6 ildir ədəbiyyatın yükünü çəkən kulis və kulisçilər, yolu kulisdən keçən hər bir qələm adamı, kulisdə külüng vuran dəyərli həmkarlar, 6 yaşınız mübarək”.

O ki qaldı Kənan Hacıya, yaxşı yazıb. Deyir, ədəbiyyat dünyamıza yepyeni bir internet dərgisinin gəlməsi ərəfəsində sevincimizin həddi-hüdudu yox idi, bir az həyəcanlı, bir az narahat idik. Gücümüzə isə əmin idik. Qısa müddət ərzində yazıçı Qan Turalı peşəkar bir komanda topladı və Vüsalə Mahirqızının bizlərə inamı, dəstəyi nəticəsində uzun və müqəddəs bir yola çıxdıq. Və bu yolun nə zamansa məktəbə çevriləcəyinə adımız kimi inanırdıq. Çünki məqsəd və vəzifələrimiz bəlli idi – Ədəbiyyata vicdanla qulluq etmək”.

Kənan deyir ki, o vaxta qədər ədəbiyyatın “ögey oğulları” hesab olunan istedadlı gənclər “Kulis”də özlərini təsdiq etdilər və ciddi imzaya çevrildilər.

Etiraf edir ki, yazıçı üçün ən vacib şərt olan mənəvi rahatlığı məhz “Kulis”də tapıb. Hətta “Kulis”də yazdığı ilk yazısını da xatırlayır: “Dostoyevskinin ölümü”. “Orda bir cümlə vardı, təxminən belə idi: “Dünya hələ ki, Dostoyevskini məyus etməkdədir; gözəllik dünyanı xilas etməkdə acizdir”.

Nə acizdir, kim acizdir, ay Kənan? Əsas odur, iddialı olasan, necə ki bunu “Kulis” etdi. Və bu gün də iddiasını davam etdirir. Hə, ürəyinizin dərinliyində belə bilirsiniz ki, “Kulis” ədəbi prosesə kifayət qədər ciddi təsir göstərdi, “Kulis”lə hesablaşırlar.

“Kulis”, ədəbi mühitdə öz diktəsini edir və edəcək də. Çünki bura abilər yığışıb. Çünki baş redaktoru fələyin qırmancını düz və nöqtəsinə vurur.

Mən, Səbuhi Məmmədli, ya vəlvələdən, ya zəlzələdən bu uşaqlarla bir yerdə, bir otaqda əyləşirəm. Görünən dağa nə bələdçi? Hə, bu uşaqlardı, Şərifdi, Mirmehdidi, Ayxandı və başda əbədi və əzəli Turaldı, adamlar Azərbaycan ədəbi mühitində öz sözlərini deyiblər, ədəbi ictimai mühiti də formalaşdırırlar. Və bu adamlar “Kulis”i 6 yaşına çatdırıblar. O “Kulis”i ki, bundan sonra ona zaval yox...

Oxşar xəbərlər

Xəbər lenti

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021
Sənubər İsgəndərli yeni veriliş açır
14:10 17 Sentyabr 2021
Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"
13:01 17 Sentyabr 2021
Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi – Oğlunun faciəsində Səyavuş Aslanın günahı
12:30 17 Sentyabr 2021
Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!
11:45 17 Sentyabr 2021
Bakirə qız axtaran debillər
11:10 17 Sentyabr 2021
Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə
10:33 17 Sentyabr 2021
Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb
09:48 17 Sentyabr 2021
Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız
09:00 17 Sentyabr 2021
Ölümünə aktyor, ölümünə inqilabçı... - Bir dahi portreti
21:00 16 Sentyabr 2021
Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021