Həyatımız kitab olsaydı adı nə olardı? – SORĞU

Həyatımız kitab olsaydı adı nə olardı? – <span style="color:red;">SORĞU
15 mart 2017
# 09:00

Yazıçı və şairlərin əsərləri kimi onların həyat hekayələri də oxucular üçün maraqlı olur. Doğrudur, hər yazıçı, şair yazdıqlarında özündən nəsə qatır. Ancaq bütün həyatının yazıya köçürülməsi də var. Məsələn, Markesin “Anlatmaq üçün yaşamaq”, Tolstoyun “Uşaqlıq”, “Yeniyetməlik”, “Gənclik”, Qorkinin “Uşaqlıq”, “Özgə qapılarında”, “Mənim universitetlərim”, Serqey Dovlatovun “Çemodan”, Ernest Hemenqueyin “Həmişə səninlə bayram” və s. avtobioqrafik əsərlərini misal çəkmək olar.

Bəs bizim yazıçılar özləri haqqında kitab yazsalar onu necə adlandırardılar? Kitabın adı nə olardı?

Kulis.Az bu yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Nəriman Həsənzadə

Mən artıq avtobioqrafik əsəri yazmışam. Adı da “Nabat xalanın çörəyi”dir. Povestdir. Hətta ingilis dilində də çıxıb. Bu yaxınlarda “525-ci qəzet” bu avtobioqrafik kitab haqqında yazmışdı, adı da “Poyludan Amerikaya qədər” idi.

Vidadi Babanlı

“Gizlinlər” adlı avtobioqrafik əsərim var. Orda çox şey yazmışam. Əgər yazası olsam onun davamı olar. Bir də indi bir avtobioqrafik kitab yazmışam, adı “Özümlə müsahibəm”dir. Dialoq üzərindədir əsər. Dil, ürək, yaddaş, ağıl və “mən”in söhbəti. Hələ çap eləməmişəm. Tamamlamışam, ancaq bir də üstündə işləyəcəm.

Sabir Rüstəmxanlı

Maraqlı sualdır. Avtobioqrafik yazılar yazmışam, parça-parça, xırda-xırda qeydlərim var. Amma daha geniş bir kitab üçün düşünməliyəm. “Ömür kitabı”mın bir fəsli belə adlanır: “Ömrümdən keçən vətən”. Əslində hər bir kəsin tərcümeyi-halı onun Vətəninin tərcüməyi-halıdır. Sən Vətənin içindəsən, vətən də sənin içindədir. Bəlkə də o kitabı yazsam, adı belə olardı: “Mən vətənin içində, vətən mənim içimdə”.

Vaqif Nəsib

Özüm haqqında kitab yazası olsam, adını belə qoyardım: “Alabaxtayam, alabaxta”. Yəni döyülmüş, vurulmuş adam.

Seyran Səxavət

Mən özüm haqqında artıq yazmışam: “Qaçhaqaç” romanı avtobioqrafik əsərimdir.

Azər Abdulla

Çətin sualdır... Amma gərək ki, belə qoyardım: “Bir az məndən”, ya da “Bir az özümdən”.

Məmməd Oruc

“Köçürülmə”. Romanımın adı kimi...

Çingiz Əlioğlu

Mən çox güman ki, elə bir kitab yazmayacam. Ona görə də heç ona ad da fikirləşmək istəmirəm. Yazacağım o qədər əsər var ki... Avtobioqrafik nəsə yazmağı düşünmürəm. Həm də hesab edirəm ki, gələcək tədqiqatçıların çörəyini əlindən almış olaram.

Oqtay Rza

Açığı, belə şey fikirləşməmişəm. İndilərdə “kimliyim” ifadəsi dəbdədir. Ancaq mənim bu ifadədən xoşum gəlmir. Bu “kimliyim” ifadəsində tərifləmə də var. Ancaq öz həyatım haqqında kitab yazsam, adı belə olardı: “İki kimlik tarixim var”.

# 4751 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər