news-inner
clock12:28 calendar-gray 14 Mart 2017 view-gray265 dəfə oxunub
view-gray265 dəfə oxunub

DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR

Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayevin qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb.Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi ofisdə olub və dəhşətli cinayətin bəzi təfərrüatlarını öyrənib.

Məlum olub ki, Y.Qocayev martın 11-nə keçən gecə dostları ilə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında yeyib-içib. Gecə saat 02 radələrində onlar arasında dava düşüb. Bu zaman Sabirabad sakini olan Elnur Nəhmədov Yalçın Qocayevi döyüb, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirib. Zərbənin təsirindən güclü qanaxma başlayıb. Onlar qanxmanın qarşısını almağa çalışıblar, lakin artıq gec olub.

İlkin məlumatda da həmin şəxslər Yalçın Qocayevin yıxılaraq xəsarət aldığını deyiblər. Lakin sonrakı araşdırmalar nəticəsində şairin oğlunun qəsdən öldürüldüyü məlum olub.

Qonşuluqda yaşayan şəxslər bildiriblər ki, həmin ofisdə tez-tez içki məclisləri təşkil edilirmiş. Ofisdəki çoxsaylı araq butulkaları, kartlar və digər əşyalar da həmin məkanda məclislərin təşkil edildiyini göstərir. Hadisə vaxtı masanın üstündəki araq şüşəsi və digər qidalar, həmçinin qanlı dəsmal hələ də yerində idi.

Bildirilir ki, Y.Qocayevin evi həmin ofisə yaxınlıqda yerləşir və tez-tez bura gəlib-gedir, gecələr kart oynayırlarmış. Onun qeyri-sağlam həyat tərzi keçirən bəzi insanlarla münasibətinin olması atası, xalq şairi Fikrət Qoca ilə münasibətlərinin korlanmasına da səbəb olub.

Yalçın Qocayevin oğluLent.az-ın əməkdaşı ilə söhbətində atasının öldürülməsinə inanmadığını, hər şeyin istintaq nəticəsində məlum olacağını deyib: “Fikrət Qoca necə deyirsə, elədir. Hər şey məhkəmədə üzə çıxacaq”.

***

“Yalçının döyülərək öldürülməsi xəbərini sizdən eşidirəm. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb, dünyasını dəyişib".

Bunu APA -ya açıqlamasında xalq şairi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, Yalçın Qocanın düşməni olmayıb: "Polis məsələnin təfərrüatını açar, mən də bilərəm ki, hadisə necə olub. Mənim düşmənim yoxdur. Yalçının da düşməni olmayıb. Başını aşağı salıb işləyən, yazısını yazan adam idi. Polis də bu günlər ərzində mənə heç nə deməyib. Heç şübhələnmirdim də bu kriminal hadisə ola bilər, onu öldürə bilərlər".

***

Bakıda meyiti tapılan şəxsin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Qeyd edək ki, APA bir neçə gün əvvəl 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyitinin aşkar edilməsi barədə məlumat yayıb. O, xalq şairi Fikrət Qocanın oğludur.

FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR"> FOTOLAR" data-description="gallery" alt="DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR">
news-inner-user

18511 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Nazir Anar Kərimov koronavirusa yoluxub
14:23 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır? – Cavid Ramazanov yazır...
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021
Çingiz Aytmatovun xanımı vəfat etdi
17:30 20 Aprel 2021
“Kurtlar vadisi”nin Güllüsü Qənimətlər parkında - Foto
17:16 20 Aprel 2021
“Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihə başlayıb
16:25 20 Aprel 2021
Məşhur roman əsasında film çəkilir
15:40 20 Aprel 2021
Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim... - Ən böyük donosbaz kim idi?
15:01 20 Aprel 2021
Şəhriyar del Geraninin şeirinə mahnı bəstələndi - Video
14:21 20 Aprel 2021
Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
13:30 20 Aprel 2021
Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021