news-inner
clock13:19 calendar-gray 09 Mart 2017 view-gray140 dəfə oxunub
view-gray140 dəfə oxunub

Uşaqlar üçün çəkilən bu filmdə homoseksuallıq var?

Yaxın günlərdə böyük ekranlara çıxması gözlənilən “Gözəl və bədheybət” filminin müəllifləri personajlardan birinin homoseksual olduğunu elan ediblər.

“Disney” studiyasının istehsalı olan “Gözəl və Bədheybət”in rejissoru Bill Condon'dur (“Alatoranlıq. Saqa: Sübh”, “Tanrılar və Yıtrıcılar”). Əsas rollarını Emma Watson, Den Stevens, Emma Thompson, Luke Evans, Kevin Kline, Ian Mckellen və Ewan McGregorun oynadığı film 1991-ci ildə çəkilmiş eyniadlı animasiya filminin rimeykidir.

Deyilənlərə görə, qatı feministliyi ilə tanınan Emma Watson bundan əvvəl “Sinderella”nın ekranlaşdırılmasında çəkilməkdən imtina etsə də, “Gözəl və Bədheybət”də Bell obrazını yaratmağa razılıq verib. Onun fikrincə, Sinderelladan fərqli olaraq Bell müstəqil xarakterə sahibdir və öz taleyini özü həll eləyən qadındır.

Film bir neçə cəhətləriylə animasiya versiyasından fərqlənir. Belə fərqlərdən biri də Lefu adlı personajın homoseksual olmasıdır. Lefu (Josh Gad) - əsas mənfi qəhrəman Qastonun (Luke Evans) əlaltısıdı və müəyyən andan sonra ağasına vurulur. Daha doğrusu, əvvəlcə Lefu Gastona qarşı heyranlıq hiss eləyir, sonra onu öpmək istəyi yaranır.

Lefu obrazı – “Disney Studios”un istehsal etdiyi filmlərdə göstərilən ilk açıq homoseksualdır. Tənqidçilər bu hadisəni studiya üçün tarixi an adlandırırlar, zira “Disney” studiyası layihələrində bircinsli münasibətləri iqnor etdiyinə və LGBT qəhrəmanlara yer vermədiyinə görə LGBT təşkilatları tərəfindən ən çox tənqid olunan kinoşirkətlərdən biri idi.

“Attitude Magazine”in baş redaktoru Matt Cain kinoşirkətin qərarını təqdir edərək “kiçik, lakin əyləncəli bir səhnədə eynicinsli münasibətləri göstərməklə studiya cəmiyyətə bunu normal və təbii olduğu barədə mesaj ötürür. O mesaj dünyanın hər ölkəsində, hətta homoseksuallığın qanunla qadağan edildiyi ölkələrdə belə eşidiləcək” yazır.

“Gözəl və Bədheybət”in rejissoru Bill Condon “Disney”in filmə homoseksual personaj daxil etmək qərarını alqışlayıb: “filmdə təsvir olunan LGBT personaj-bəstəkar, açıq homoseksual Howard Ashmana ithafdır”.

Howard Ashman “Su pərisi” və “Gözəl və Bədheybət” animasiyalarında səslənən mahnıların müəllifidir və hər iki filmdəki işinə görə “Oskar” alıb.

B.Condonun sözlərinə görə, filmin finalında homoseksuallıqla bağlı epizod da olacaq. Lakin rejissor epizodun konkret nədən ibarət olacağını açıqlamayıb.

Həm aktyorlar, həm də əksər tənqidçilər “Disney”in yeni personajını sevinclə qarşılayıblar, amma Lefunun əleyhdarları da az deyil. Məsələn, Alabama ştatında özəl bir kinoteatr, filmi öz ekranlarına buraxmaqdan imtina edib. Kinoteatrın sahibi Facebookda yazdığı statusda bu qərarını əsl xristian olması isə açıqlayıb: “Əgər on bir yaşlı qız, səkkiz yaşlı oğlan nəvəmizi bu filmə apara bilmiriksə, onu, ümumiyyətlə, göstərməsək, yaxşıdı. Əgər mən filmə baxarkən Tanrı və İsa Məsihin yanımda oturduğunu hiss eləmirəmsə, onda o filmi, ümumiyyətlə, göstərməsəm, yaxşıdı. Hər şeydən əvvəl biz xristianıq və İncilin öyrətdiklərindən vaz keçməyəcəyik. Bundan sonra da yalnız ailəvi baxış üçün nəzərdə tutulmuş filmlər göstərəcəyik. Siz seks, çılpaqlıq, homoseksuallıq və senzuradan kənar söyüşlər eşidəcəyinizə görə narahat olmayasınız və rahat, sərbəst şəkildə filmə baxasınız deyə”.

Onun fikrincə, “Disney” şirkəti insanlara öz dəyərlərini sırımağa çalışır.

Son vaxtlar müxtəlif bəhanələrlə (insanların dini hisslərinin təhqir olunması, dövlətin maraqları, vətənpərvərlik duyğuları v.s.) incəsənətin, az qala, bütün sahələrində senzura tətbiq etməsilə gündəmdən düşməyən Rusiya da Lefu personajına “Disney”dəki interpretasiyasına mənfi münasibət bəsləyənlərin sırasındadı. Belə ki, martın 4-də Dövlət Dumasının deputatı Vitali Milonov Mədəniyyət Naziri Vladimir Medinskiyə müraciət eləyib və “Gözəl və Bədheybət”də “homoseksuallığın təbliğ olunub-olunmadığını” araşdırmasını və əgər belə bir şey olarsa, filmin Rusiyada nümayişinin yasaqlanmasını istəyib. Milonovun dediyinə görə, bu müraciəti etməsinə narahat valideynlərdən aldığı çoxsaylı şikayətlər səbəb olub: “Belə hallarda kinoprokatçıların günahı, iyrənc seksual münasibətləri uşaq nağılı adı altında açıq-aşkar və vicdansız şəkildə təbliğ etmələrinə ictimaiyyət səssiz qala bilməz”.

Milonovun Mədəniyyət Nazirinə müraciəti artıq Avropa mətbuatında və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrin istifadəçiləri “niyə homoseksualların münasibəti insanları qıcıqlandırır, amma gənc qızın heyvanla sevgi macərası yox” deyə soruşurlar.

“Disney” studiyasının canlı aktyorlarla çəkdiyi rimeyk hələ keçən ilin noyabr ayında, ilk treyleri internetə qoyulanda bir sutka içində 124 min baxış toplayaraq kino tarixinin ən həvəslə gözlənilən filmləri siyahısına daxil edilmişdi./azadliq.org/

news-inner-user

15731 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020