“Bacım atamın qucağında öldü” “İNTERNAT ƏDƏBİYYATI” – YENİ LAYİHƏ

“Bacım atamın qucağında öldü” “İNTERNAT ƏDƏBİYYATI” – <span style="color:red;">YENİ LAYİHƏ
2 mart 2017
# 13:42

Kulis.az “İnternet ədəbiyyatı” layihəsindən 1 saylı internat məktəbinin IX sinif şagirdi Emin Məmmədovun yazısını yayımlayır. Layihəni rəhbəri Vüsalə Məmmədova, redaktoru isə Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...

Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...

Vüsalə Məmmədova

Xocalı

Qış günü idi. Soyuq iliyəcən işləyirdi. Xocalıda güclü qar yağmışdı. Anam, mən və ailəmizə yenicə sevinc gətirən körpə bacım evdəydik. Anam bacımı yatızdırmağa çalışırdı. Bacım xəstə idi. Möhkəm qızdırması vardı. Anam onun qızdırmasını sala bilmirdi. Anam bacımı yatızdıranda mənə dedi ki, səs salmayım. Həmişə anam bacımı ayağına qoyub yelləyəndə mən barmaqlarımın üstündə gəzirdim ki, körpə rahatca yuxuya getsin. Atamsa həkim dalınca getmişdi.

Bacım təzəcə gözünü yumub, yuxulamışdı. Anam uşağı beşiyinə qoymuşdu. Bu vaxt dəhşətli səs-küy, silah səsləri qopdu. Erməni əsgərləri və tankları Xocalıya girmişdilər. Bacım diksinib ağlamağa başladı. Anamın gözləri qorxudan böyüdü. Mən isə qaçıb stolun altına girdim. Bu vaxt atam özünü evə saldı və qışqıra-qışqıra anamı tələsdirməyə başladı. Dedi ki, bir dəqiqə də dayanmaq olmaz, qaçmalıyıq. Anam bacımı beşikdən götürdü. Əynimizə qalın paltar geyinməyə vaxtımız yox idi. Ayağımız belə yalın idi. Biz bu vəziyyətdə üzü meşəyə tərəf qaçmağa başladıq. Qaçanların arasında qonşularımız, yaxın qohumlarımız çox idi. Hamı həyəcanla meşəyə tərəf qaçırdı. Yalnız bu vaxt mən gördüm ki, atam qolundan yaralıdı. Qan onun köynəyinin rəngini dəyişmişdi. Yolboyu biz çoxlu insan meyitlərinə və yaralılara rast gəlirdik. Bu vaxt gördük ki, üç erməni əsgəri yaralıların içində gəzir. Onların sağ olub-olmadığını yoxlayır. Atam bizi qara, nəhəng bir kolun arxasına çəkdi. Anam bacımı bərk-bərk özünə sıxmışdı. Biz çox qorxurduq ki, bacım ağlayar, ermənilər bizi tapar. Amma bacım ağlamadı, çünki ağlamağa halı qalmamışdı. Qızdırma onu haldan salmışdı.

Ermənilər uzaqlaşandan sonra biz yolumuza davam elədik. Yolun yarısında atamla-anam başa düşdülər ki, bacım artıq yaşamır. Anam qışqırmaq istədi. Atam onun ağzını tutdu.

Sonra atam məni kürəyinə aldı. Biz meşənin dərinliklərinə doğru qaçmağa başladıq. Anamsa bacımı hələ də bərk-bərk köksünə sıxmışdı. O, səssiz-səssiz ağlayırdı.

Biz sağ qaldıq. Amma o gecə mənim bacımla son görüşüm oldu. Mən hələ də onun az qala yanağına düşən qara kirpiklərini unutmuram. Həmin gecə o dəhşətləri görməmək üçün bacım gözlərini bərk-bərk yummuşdu.

# 1825 dəfə oxunub

Oxşar xəbərlər

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

12:30 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər